Sevimlilərə əlavə edin
Paylaşın

Kerifer 20 Mq 5 ml N1 Ampul

Məhsul Kodu : 111-25817
İstehsalçı ölkə : Hindistan
0 Şərh Şərh
7,32 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

Kerifer, vena daxilinə yeritmək üçün məhlul 

Kerifer tərkibi

Təsiredici maddə:   1 ml məhlulun tərkibində  dəmir(III) hidroksid saxaroza  kompleksi (20 mq  
elementar dəmirə ekvivalentdir) vardır. 

Əks göstərişlər 

Preparata qarşı allergik (hiperhəssaslıq) reaksiyalar müşahidə edilən hallar.  
Digər inyeksiya şəklində istifadə edilən dəmir preparatlarına qarşı ciddi allergik (hiperhəssaslıq) 
reaksiyalar müşahidə edilmişdirsə.  
Dəmir çatışmazlığı ilə əlaqəli olmayan anemiya hallarında. 
Orqanizmdə dəmirin miqdarı həddindən çox olduqda  və ya orqanizm tərəfindən dəmirin 
mənimsənilməsində problem varsa.  
Yuxarıda qeyd edilmiş hər hansı hallardan biri müşahidə edildikdə Kerifer preparatı təyin 
edilməməlidir. Əmin olmadığınız halda Kerifer dərman vasitəsini istifadə etməzdən qabaq 
həkiminizlə məsləhətləşin.

Hamiləlik və laktasiya dövründə  istifadəsi 

Hamiləliyin ilk trimesterində olan qadınlar üzərində  Kerifer dərman vasitəsinin istifadəsi 
yoxlanılmamışdır. Hamiləsinizsə, və ya hamilə olduğunuzu ehtimal edirsinizsə və ya hamiləliyi 
planlayırsınızsa bu barədə həkimə məlumat vermək vacibdir.   
Kerifer dərman vasitəsi ilə müalicə müddətində hamilə qalmısınızsa, məsləhət almaq üçün 
həkimə müraciət edin.  
Həkim bu zaman Kerifer preparatı ilə müalicənin davam etdirilib-etdirilməməsinə dair qərar 
verəcəkdir.   
Laktasiya dövründə Kerifer dərman vasitəsi istifadə edilməzdən qabaq həkimlə məsləhətləşmək 
lazımdır.  
Hamiləlik və ya laktasiya dövrü hər hansı dərman vasitəsini istifadə etməzdən qabaq məsləhət 
üçün həkim və ya əczaçıya müraciət etmək lazımdır.

Pediatriyada istifadəsi 

Kerifer preparatının uşaqlardə istifadəsi tövsiyə edilmir.    

İstifadə qaydası və dozası 

Kerifer dərman vasitəsinin dozası həkim tərəfindən təyin edilir. Həmçinin, preparatın yeridilmə 
tezliyi və müddətinə dair həkim qərar verəcəkdir. Dozanın düzgün təyin edilməsi üçün həkim 
qan testinin həyata keçirilməsini tələb edəcək.  
Kerifer preparatının tətbiqi həkim və ya tibb bacısı tərəfindən aşağıda qeyd edilmiş üsullardan 
hər hansı biri istifadə edilməklə həyata keçirilir:                                                                  Venadaxili tədrici inyeksiya şəklində – həftədə 1-3 dəfə.                                                            Venadaxili infuziya (damcı üsulu ilə)  şəklində – həftədə 1-3 dəfə.                                                Dializ zamanı – dializ cihazının venoz ucluğuna daxil edilməsi yolu ilə yeridilir.  
Kerifer preparatının tətbiqi immunoallergik halların anında aradan qaldırılması və müvafiq 
tədbirlərin görülməsi mümkün olan müəssisələrdə həyata keçirilməlidir.  
Preparatın hər tətbiqindən sonra pasiyent ən azı 30 dəqiqə ərzində həkim və ya tibb bacısının 
müşahidəsi altında olmalıdır. Kerifer qəhvəyi rəngli mayedir və inyeksiya və ya infuziya 
məhlulu qəhvəyi rəngdə görsənəcək.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25817

Oxşar Məhsullar

Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Aevit N30 Cap
3,60 AZN -%0
3,60AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Alpeforeks 15 ml Damla
17,30 AZN -%0
17,30AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
Aminoven 10% 500 ml Infuziya
31,04 AZN -%0
31,04AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce