Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq kvetiapinə ekvivalent 28,78 mq kvetiapin fumarat, 50 mq kvetiapinə ekvivalent 57,56 mq kvetiapin fumarat, 100 mq kvetiapinə ekvivalent 115,12 mq kvetiapin fumarat, 200 mq kvetiapinə ekvivalent 230,24 mq kvetiapin fumarat, 300 mq kvetiapinə ekvivalent 345,36 mq kvetiapin fumarat vardır.
- Şizofreniya da daxil olmaqla, kəskin və xroniki psixozların müalicəsi; - bipolyar pozğunluqlar fonunda baş verən maniakal epizodların müalicəsi; - bipolyar pozğunluqlar fonunda baş verən orta ve ağır dərəcəli depressiv epizodların müalicəsi (8 həftə müddətində). - Əvvəllər kvetiapinlə müalicə olunmuş bipolyar pozğunluğu olan xəstələrdə maniakal ve depressiv epizodların təkrarlanmasının qarşısını almaq üçün
- Sitoxrom P450 inhibitorları ilə müştərək istifadə (azol qrupuna aid olan göbələkəleyhinə preparatlar, eritromisin, klaritromisin, nefazodon, proteazanın inhibitorları); - preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq.
Kvetiapinin hamilə qadınlarda effektlilik və təhlükəsizliyi müəyyən olunmamışdır. Buna görə də, hamiləlik dövründə yalnız ana üçün gözlənilən fayda döl üçün potensial riskdən yüksək olduğu hallarda istifadə oluna bilər. Kvetiapinin ana südü ilə xaric olması naməlum olduğundan, preparatla müalicə zamanı ana südü ilə qidalandırma dayandırılmalıdır. Qaraciyər funksiyalarının pozğunluqları zamanı istifadəsi Qaraciyər çatışmazlığı olan xəstələrdə müalicəyə 25 mq/gün doza ilə başlamaq məsləhət görülür.
Sonra doza hər gün 25-50 mq olmaqla effektli dozaya qədər artırılır. Böyrəklərin funksional pozğunluqları zamanı istifadəsi Böyrək çatışmazlığı olan xəstələrdə kvetiapinlə müalicəyə 25 mq/ gün doza ilə başlamaq tövsiyə olunur. Sonra doza hər gün 25-50 mq olmaqla effektli dozaya qədər artırılır.
Kvetiapin yuxululuğa səbəb olduğundan onunla müalicə dövründə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək tövsiyə olunmur.
Kvetiapin gündə 2 dəfə, qida qəbulundan asılı olmadan qəbul edilir. Yaşlılarda şizofreniya da daxil olmaqla kəskin və xroniki psixozların müalicəsi zamanı ilk 4 gün ərzində dozalanma 1-ci gün- 50 mq, 2-ci gün- 100 mq, 3-cü gün- 200 mq, 4-cü gün- 300 mq şəklindədir. Klinik effektdən və xəstənin fərdi həssaslığından asılı olaraq, doza 150 mq- 750 mq/gün intervalında dəyişə bilər. Maksimal gündəlik doza 750 mq təşkil edir.
Bipolyar pozğunluqlar fonunda maniakal epizodların müalicəsi üçün kvetiapin monoterapiya və ya əhval-ruhiyyəni sabitləşdirmək üçün adyuvant müalicə şəklində tətbiq edilir. Müalicənin ilk 4 günü ərzində gündəlik dozalanma 1-ci gün- 100 mq, 2-ci gün- 200 mq, 3-cü gün- 300 mq, 4-cü gün- 400 mq şəklindədir. Sonrakı müddət ərzində müalicənin 6-cı günündən etibarən gündəlik doza artırılaraq 800 mq-a çatdırıla bilər. Gündəlik dozanın artırılması 200 mq/gün dozanı keçməməlidir.
Klinik effekt və fərdi həssaslıqdan asılı olaraq, doza 200-800 mq/gün intervalında tərəddüd edir. Adətən effektiv doza 400- 800 mq/gün təşkil edir. Maksimal gündəlik doza 800 mq-dır. Bipolyar pozğunluqlar fonunda depressiv epizodların müalicəsi zamanı kvetiapin gündə 1 dəfə axşamlar qəbul olunur.
Məsləhət görülən doza 300 mq-dır. Müalicənin ilk 4 günü ərzində gündəlik doza: 1-ci gün- 50 mq, 2-ci gün- 100 mq, 3-cü gün- 200 mq, 4-cü gün- 300 mq təşkil edir. Maksimal gündəlik doza 600 mq-dır. 600-mq-dan yüksək dozalarda klinik yaxşılaşma müəyyən olunmamışdır.
Yaşlı xəstələrdə başlanğıc doza 25 mq/gün təşkil edir. Dozanı hər gün 25-50 mq olmaqla effektli doza əldə edənə qədər artırmaq lazımdır. Yaşlılar üçün effektli doza cavan xəstələrə nisbətən daha aşağıdır. Böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə kvetiapinlə müalicəyə 25 mq/gün doza ilə başlanması tövsiyə olunur.
Dozanı hər gün 25-50 mq olmaqla effektli doza əldə edənə qədər artırmaq tövsiyə olunur. Uşaqlarda və yeniyetmələrdə kvetiapinin effektliliyi və təhlükəsizliyi öyrənilməmişdir.