Sevimlilərə əlavə edin
Paylaşın

Ketosteril 600MG N100 Tb

Məhsul Kodu : 111-01581
İstehsalçı ölkə : Portuqaliya
1 Şərh Şərh
119,63 AZN
Kateqoriya: Sidik-cinsiyyət
KolleksiyaQiymət Xəbərdarlığı

KETOSTERİL, örtüklü tabletlər

KETOSTERİL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində vardır: izoleysin alfa-ketoanaloq (DL-metil-okso-2-kalsium valerinat) 67 mq, leysin alfa-ketoanaloq (metil-4-okso-2-kalsium valerinat) 101 mq, fenilalanin alfa-ketoanaloq (okso-2-fenil-3-kalsium propionat) 68 mq, valin alfa-ketoanaloq (metil-okso-2-kalsium butirat) 86 mq, metionin alfa-hidroksianaloq (DL-hidroksi-2-kalsium metilbutirat) 59 mq, L-lizin monoasetat 105 mq, L-treonin 53 mq, L-triptofan 23 mq, L-histidin 38 mq, L-tirozin 30 mq.

İstifadəsinə göstərişlər

Zülal-energetik çatışmazlığı, böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda xroniki böyrək çatışmazlığı zamanı zülal metabolizminin dəyişməsilə törədilən pozuntuların profilaktikası və müalicəsi və rasionda zülal məhdudluğu zamanı. Əsasən yumaqcıq filtrasiyasının sürəti 25 ml/dəqiqədan az xroniki böyrək çatışmazlığı olan pasiyentlərdə istifadə edilir ki, bu da, yumaqcıq filtrasiyası 25 ml/dəqiqədən yüksək olan zaman da istifadəsini istisna etmir.

Əks göstərişlər

Hiperkalsiemiya, aminturşu mübadiləsinin pozulması, hiperhəssaslıq. İrsi fenilketonuriya zamanı nəzərə almaq lazımdır ki, preparatın tərkibində fenilalanin vardır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamilə qadınlarda istifadəsi barədə kifayət qədər klinik məlumat yoxdur. Klinikaya qədərki tədqiqatlarda hamiləliyin gedişinə, enbrio-fetal inkişafa, doğuşa və postnatal inkişafa birbaşa və ya dolayı zərəri aşkar edilməyib. Hamiləlik zamanı preparatı ehtiyatla istifadə etmək lazımdır. Laktasiya dövründə istifadə təcrübəsi mövcud deyil. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda, fayda/risk nisbətini nəzərə almaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın istifadəsi nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaq qabiliyyətinə təsir etmir.

KETOSTERİL istifadə qaydası və dozası

Daxilə qəbul edilir. Böyüklər və 3 yaşdan yuxarı uşaqlara 5 kq bədən çəkisinə görə və ya 0,1 q/kq bədən çəkisinə sutkada 1 tablet təyin edilir. Başqa təyinat olmadıqda, yemək vaxtı gündə 3 dəfə qəbul edilir. Çeynəmədən udulur. İstifadə müddəti Ketosteril® yumaqcıq filtrasiyasının sürəti 25 ml/dəqiqədən az olduğu bütün dövrü ərzində təyin edilir. Predializ mərhələsində xroniki böyrək çatışmazlığının dərəcəsindən asılı olaraq, qidanın tərkibində zülalın miqdarının gündə 40 q-dan artıq olmaması məsləhət görülür. Dializdə olan pasiyentlərdə zülal tələbatı qəbul edilmiş standarta müvafiq olmalıdır.

Böyüklər üçün adi doza (bədən çəkisi 70 kq) gündə 3 dəfə 4-8 tablet təşkil edir. Uşaqlar üçün adi doza 5 kq bədən çəkisinə sutkada 1 tabletdir. 3-10 yaşlı uşaqlar üçün qidada məsləhət görülən zülalın miqdarı sutkada bədən çəkisinə 1,4-0,8 q/kq, 10 yaşdan yuxarı uşaqlar üçün sutkada bədən çəkisinə 1,0-0,6 q/kq-dır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-01581

Oxşar Məhsullar

Adenurik 120 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Adenurik 80 Mq N28 Tablet
36,62 AZN -%0
36,62AZN
Agneteks Forte N60
53,20 AZN -%0
53,20AZN
Agolutin 30 Mq 2 ml N5 Ampula
18,00 AZN -%0
18,00AZN
Alkalurin 150 Qr Toz
53,00 AZN -%0
53,00AZN
Allopurinol 100 Mq N50 Tablet
3,59 AZN -%0
3,59AZN
Alsevag N10 Şam
36,50 AZN -%0
36,50AZN
Arista 5 Mq N14 Tablet
29,87 AZN -%0
29,87AZN
Astrogen N60 Kapsul
57,80 AZN -%0
57,80AZN
Atom Plus N10 Tab
71,99 AZN -%0
71,99AZN
Belara N21 Tablet
19,55 AZN -%0
19,55AZN
Benoprost N30 Kapsul
53,50 AZN -%0
53,50AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce