Добавить в любимое
Делиться

Kodelak N10 Tablet

Код продукта : 111-06250
İstehsalçı ölkə : Rusiya
1 Комментарий Комментарий
КоллекцияЦена сигнализации

KODELAK, tabletlər

Kodelak tərkibi 

Təsiredici maddələr:1 tabletin tərkibində 8 mq kodein, 20 mq termopsisotu, 200 mq natrium  hidrokarbonat, 200 mq biyan kökü vardır.  Köməkçi maddələr:   kartof nişastası, əvvəlcədən jelatinləşdirilmiş nişasta, natrium  karboksimetilnişasta (natrium nişastaqlikolyatı), mikrokristallik  sellüloza, talk.

İstifadəsinə göstərişlər :

Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda kəskin respirator xəstəlikləri zamanı qeyri-produktiv (bəlğəmsiz) və az produktiv öskürək.

Əks göstərişlər :

Hiperhəssaslıq, tənəffüs çatışmazlığı, astmatik status, 12 yaşa qədər uşaqlar. Preparat tənəffüs sisteminin patologiyası (məsələn, bronxial astma və digər xroniki tənəffüs xəstəlikləri) olan 12 yaşdan 18 yaşa qədər uşaqlar və yeniyetmələrə əks-göstərişdir. Sitoxrom P450 (CYP2D6) fermentinin yüksək aktivliyi olan xəstələrə mısləhət görülmür.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Aşağıda göstərilən hallarda preparat ehtiyatla təyin edilir: düşük təhlükəsi, hamiləlik (xüsusən I və III trimestr, laktasiya dövrü (kodeinin plasentar və hematoensefalik baryerlərdən yaxşı keçməsi ilə əlaqədər olaraq uşaqda tənəffüsün ləngiməsi təhlükəsi).

Kodelak istifadə qaydası, dozası 

Daxilə, gündə 2-3 dəfə 1 tablet qəbul edilir. Müalicənin maksimal müddəti (həkimin məsləhəti olmadıqda) 5 gün təşkil edir.

 

Фильтры продуктов
Код продукта поставщика:111-06250
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce