Kodelak Neo, daxilə qəbul etmək üçün damcı
Kodelak Neo tərkibi
Təsiredici maddə: 20 ml damcının tərkibində 100% maddəyə nəzərən 100 mq butamirat sitrat
vardır.
Əks göstərişlər
Preparatın tərkib hissələrinə qarşı yüksək həssaslıq.
Fruktozaya qarşı yüksək həssaslıq.
Hamiləlik (I trimestr).
Laktasiya dövrü.
2 aylığa qədər uşaq yaş dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın hamiləlik dövründə istifadəsi və plasentar baryeri keçməsi barədə məlumat yoxdur.
Preparatın hamiləliyin birinci tremestrində istifadəsi əks göstərişdir. Preparatın hamiləliyin II və
III tremestrində istifadəsi ana üçün olan fayda ilə dölə olan potensial risk arasındakı nisbət
nəzərə alınmaqla mümkündür.
Preparatin ana südünə keçməsi öyrənilməyib, buna görə də preparatın laktasiya dövründə
istifadəsi tövsiyyə olunmur.
İstifadə qaydası və dozası
Daxilə, yeməkdən əvvəl.
Uşaqlar
2-12 aylıq – gündə 4 dəfə 10 damcı.1-3 yaş arası – gündə 4 dəfə 15 damcı.
3 yaşdan yuxarı – gündə 4 dəfə 25 damcı.
2 yaşına qədər uşaqlarda istifadə zamanı əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Daxilə qəbul etmək üçün damcı 5mq/ml (1 ml-də 22 damcı var).
Əgər öskürək xəstəlik başlayandan 5 gündən çox davam edərsə həkimə müraciət etmək lazımdır.