Добавить в любимое
Делиться

Kökarboksilaza 50 Mg 2 ml N5 Ampula

Код продукта : 111-21106
İstehsalçı ölkə : Ukrayna
0 Комментарий Комментарий
КоллекцияЦена сигнализации

KOKARBOKSİLAZA, inyeksiya məhlulu hazırlamaq üçün liofilizat

KOKARBOKSİLAZA tərkibi

Təsiredici maddə: 1 ampulda 0,05 q kokarboksilaza hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Metabolik, tənəffüs və diabetik asidoz; böyrək, qaraciyər, ürək (kəskin, xroniki) çatış mazlığı; ürək ritminin pozulması, miokard infarktqabağı vəziyyət, miokard infarktı; diabetik və qaraciyər koması; periferik nevrit, dağınıq skleroz, xroniki alkoqolizm, kəskin alkoqol zəhərlənməsi, yoluxucu xəstəliklər, nevralgiya, barbituratlarla zəhərlənmələr, intoksikasiya; karbohidrat mübadiləsinin pozulması ilə müşayiət olunan patoloji proseslər.

Əks göstərişlər

Preparata qarşı fərdi yüksək həssalıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hec bir məhdudiyyət yoxdur.

KOKARBOKSİLAZA istifadə qaydası və dozası

Əzələdaxili və venadxaili inyeksiyalar.1 ampulun möhtəviyyatı inyeksiya üçün 2 ml suda həll olunur (1 həlledici ampul). Məhlul bilavasitə istifadə etməzdən əvvəl hazırlanır. Ürək-damar xəstəlikləri zamanı böyüklərdə birdəfəlik doza 0,05- 0,15 q, gündəlik doza 0,05 -0,2 q-dır. Müalicə kursu 15- 30 gündür.

Ş əkərli diabet zamanı böyüklərdə gündəlik doza 0,1- 1 q- dır. Müalicə kursu 5-10 gündür.

Фильтры продуктов
Код продукта поставщика:111-21106
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce