Sevimlilərə əlavə edin
Paylaşın

Kökarboksilaza 50 Mq 2 ml N10 Ampul

Məhsul Kodu : 111-00066
İstehsalçı ölkə : Ukrayna
1 Şərh Şərh
5,94 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

KOKARBOKSİLAZA, HİDROXLORİD

İnyeksiya üçün məhlul

Kokarboksilaza tərkibi, təsiredici maddə 

1 ampulda (2 ml) 50 mq kokarboksilaza hidroxlorid vardır. Köməkçi maddələr: natrium sitrat, dinatrium edetat, malein turşusu, inyeksiya üçün su.

İstifadəsinə göstərişlər:

Kompleks müalicənin tərkibində:

− karbohidrat mübadiləsinin pozulması ilə patolojı proseslər;

 − şəkərli diabet nəticəsində törənən ağırlaşmalar;

 − ritm pozulmaları (ekstrasistoliya) ilə müşayiət edilən ürək xəstəlikləri;

 − periferik nevrit.

Əks göstərişlər:

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövründə kokarboksilaza hidroxloridin istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir, bu səbəbə görə bu dövrlərdə preparat təyin edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Bəzi xəstələrdə dərman zəifliyə, şüurun dumanlanmasına, tormozlanmaya səbəb ola biləcəyi üçün avtomobil idarə edərkən və ya digər mexanizmlərlə işləyərkən istifadəsi tövsiyə edilmir.

Kokarboksilaza istifadə qaydası, dozası:

 Adətən kompleks müalicənin komponenti kimi istifadə edilir. Preparat, əzələdaxili, nadir hallarda dərialtı və ya venadaxili təyin edilir. Venadaxili şırnaq üsulu ilə yeridildikdə, məhlulun həcmini 10-20 ml-ə qədər artırmaq, damcı üsulu ilə yeridildikdə 0,9%-li natrium xlorid və ya 5%-li qlükoza məhlulu əlavə edərək məhlulun həcmini 200-400 ml-ə qədər artırmaq lazımdır. Doza, xəstəliyin xarakteri və pasiyentin vəziyyətinin ağırlığı nəzərə alınmaqla, fərdi təyin edilir. Böyüklərə 50-100 mq/sutka dozada 1 dəfə yeritmək lazımdır. Müalicə kursu 15-30 gün təşkil edir. Ehtiyac olduqda, qeyd edilən doza 1-2 saatdan sonra təkrar edilə bilər. Sonradan sutkada 1 dəfə 50 mq dozada dəstəkləyici terapiyaya keçmək lazımdır. Uşaqlara dərialtına və ya əzələdaxilinə yeritmək lazımdır: həyatın ilk günündən 3 aya qədər körpələrə sutkada 1 dəfə 25 mq; 4 ay-7 yaşlı uşaqlara sutkada 1 dəfə 25-50 mq; 8-18 yaşlı uşaqlara sutkada 1 dəfə 50-100 mq təyin etmək lazımdır. Ehtiyac olduqda, qeyd edilən sutkalıq dozaları iki dəfəyə yeritmək olar.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00066

Oxşar Məhsullar

Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Aevit N30 Cap
3,60 AZN -%0
3,60AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Alpeforeks 15 ml Damla
17,30 AZN -%0
17,30AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
Aminoven 10% 500 ml Infuziya
31,04 AZN -%0
31,04AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce