Sevimlilərə əlavə edin
Paylaşın

Kökaviteks (50+20+0.5+10)mg N3 Amp

Məhsul Kodu : 111-29879
İstehsalçı ölkə : Gürcüstan
0 Şərh Şərh
9,42 AZN
Kateqoriya: Bioloji əlavələr
KolleksiyaQiymət Xəbərdarlığı

KOKAVİTEKS, inyeksiya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz (həlləedici ilə)

KOKAVİTEKS tərkibi

Təsiredici maddə: 1 ampulda 20 mq nikotinamid, 50 mq kokarboksilaza, 0,5 mq sianokobalamin, 10 mq dinatrium adenozintrifosfat trihidrat vardır.

İstifadəsinə göstərişlər

• Diabetik polineyropatiyanın simptomatik müalicəsi. • Nevralgiya. • Radikulit. • Mialgiya, işias.

• Bursit və tendinit. • Reyno xəstəliyi. • Ürəyin işemik xəstəliyi, miokardit və kardiomiopatiya. • Hamiləlik toksikozu, döldə hipoksiya.

• B qrupu vitaminlərinin defisiti, xroniki xəstəliklərin kompleks müalicəsi.

Əks göstərişlər

• Preparatın istənilən komponentinə və ya həllediciyə qarşı hiperhəssaslıq. • Ürək-damar xəstəlikləri: kəskin miokard infarktı, nəzarət olunmayan arterial hipertenziya, arterial hipotenziya, bradiaritmiyanın ağır forması, II-III dərəcəli AV blokada, xroniki ürək çatışmazlığı (NYHA üzrə III-IV mərhələ), kardiogen şok və şokun digər növü, QT intervalının uzanması sindromu, tromboemboliya, hemorragik insult. • Ağciyərlərin iltihabi xəstəlikləri, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxial astma. • Hamiləlik (toksikoz halından başqa), laktasiya dövrü.

• Hiperkoaqulyasiya (o cümlədən kəskin tromboz zamanı), eritremiya, eritrositoz. • Kəskinləşmə mərhələsində mədə və onikibarmaq bağırsağın xora xəstəliyi. • Podaqra. • Hepatit, qaraciyər sirrozu.

• 18 yaşadək uşaqlarda istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Kokaviteks preparatını hamiləlik dövründə (toksikoz halından başqa) istifadə etmək məsləhət görülmür. Preparatla müalicə dövründə ana südü ilə qidalandırmanı müvəqqəti dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Mərkəzi sinir sistemində baş verən əlavə təsirlərin (başgicəllənmə, şüurun dumanlanması) yaranması zamanı nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etməkdən çəkinmək məsləhət görülür.

KOKAVİTEKS istifadə qaydası və dozası

Preparat əzələdaxili dərinə (sağrı əzələsinə) yeridilir. Güclü ağrı sindromu zamanı müalicəni kəskin simptomlar aradan qalxana qədər sutkada 1 ampul (2 ml) əzələdaxili yeridilmə ilə başlamaq məqsədəuygundur. İstifadə müddəti 9 gündür. Simptomlar aradan qalxdıqdan sonra və ya polineyropatiyanın mülayim simptomları zamanı 2-3 həftə ərzində həftədə 2-3 dəfə 1 ampul təyin edilir.

Xəstəliyin ağırlığından asılı olaraq müalicə kursu 3-9 inyeksiya məsləhət görülür. Müalicənin müddəti və təkrar kursun aparılması xəstəliyin xarakterindən və ağırlığından asılı olaraq həkim tərəfindən müəyyən edilir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-29879

Oxşar Məhsullar

Acm Novofan N60 Cap
63,00 AZN -%0
63,00AZN
Additiva Roiibos-Mix, Vitamin C N10 Paket
19,00 AZN -%0
19,00AZN
Additiva Vit C Activline Xurma 240 Mq N20 Efv
15,20 AZN -%0
15,20AZN
Aevit Forte 350 Mq N30 Kapsul
3,40 AZN -%0
3,40AZN
Aevit N30 Cap
3,60 AZN -%0
3,60AZN
Agemo Omg 3 N50 Kapsul
40,60 AZN -%0
40,60AZN
Akvadetrim D3 10 ml Damla
4,48 AZN -%0
4,48AZN
Alpeforeks 15 ml Damla
17,30 AZN -%0
17,30AZN
Aminobol 5% 250 ml Məhlul
16,32 AZN -%0
16,32AZN
Aminokapronovaya Kislota 100 ml Sistem (Ukr)
2,18 AZN -%0
2,18AZN
Aminokard N30 Tablet
38,20 AZN -%0
38,20AZN
Aminoven 10% 500 ml Infuziya
31,04 AZN -%0
31,04AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce