Out Of Stock
Notify me when its in stockTəsiredici maddə: 1 tabletin tərkibində 2,5 mq bisoprolol hemifumarat (2:1) (bisoprolol fumarat) vardır. Köməkçi maddələr:susuz kolloial silisium dioksid, maqnezium stearat, krospovidon, mikrokristallik sellüloza, qarğıdalı nişastası, susuz kalsium hidrofosfat. Örtük: hipromelloza 2910/15, dimetikon 100, makroqol 400, titan dioksid (E171).
İstifadəsinə göstərişlər:
Xroniki ürək çatışmazlığı.
Əks göstərişlər:
• Bisoprolola və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. • Kəskin ürək çatışmazlığı, inotrop müalicənin aparılmasını tələb edən dekompensasiya mərhələsində olan xroniki ürək çatışmazlığı. • Kardiogen şok. • Elektrokardiostimulyator olmadan II və III dərəcəli atrioventrikulyar blokada (AV). • Sinus düyününün zəifliyi sindromu. • Sinoatrial blokada. • Simptomatik bradikardiya. • Simptomatik arterial hipotenziya. • Ağır bronxial astma. • Arterial qan dövranının periferik okklyuzion zədələnməsinin ağır forması və ya Reyno sindromu. • Müalicə olunmayan feoxromositoma. • Metabolik asidoz. • 18 yaşa qədər şəxslər (bu yaş qrupunda effektivlik və təhlükəsizliyinə dair kifayət qədər məlumat yoxdur).
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik Bisoprololun farmakoloji təsiri hamiləliyə və/və ya dölə/yenidoğulmuşa neqativ təsir göstərə bilər. Bir qayda olaraq, beta-adrenergik reseptorların blokatorları plasentar qan dövranını azaldır ki, bu da, inkişafın ləngiməsi, bətndaxili ölüm, uşaqsalma və ya vaxtından əvvəl doğuşa səbəb ola bilər. Arzuolunmayan effektlər (məsələn, hipoqlikemiya və bradikardiya) döldə və yenidoğulmuşda yarana bilər. Beta-adrenergik reseptorların blokatorları ilə müalicə vacib olduqda, beta1-adrenoreseptorların selektiv blokatorlarının istifadəsinə üstünlük verilir. Hamiləlik dövründə bisoprololdan istifadə etmək olmaz, buna ehtiyac olduğu hallar istisna olmaqla. Bisoprololla müalicə vacib edildiyi halda bətndaxili-plasentar qan dövranına və dölün böyüməsinə nəzarət etmək lazımdır. Hamiləliyə və ya dölə neqativ təsir etdikdə, alternativ terapevtik tədbirləri nəzərdən keçirmək lazımdır. Doğuşdan sonra yenidoğulmuşu ciddi müayinə etmək lazımdır. Həyatının ilk üç günü bradikardiya və hipoqlikemiya simptomları yarana bilər. Laktasiya Bisoprololun ana südünə nüfuz etməsi barədə məlumat yoxdur. Bu səbəbə görə qadınlara laktasiya dövründə Konkor® Kor preparatının qəbulu məsləhət görülmür.
Konkor® Kor preparatının tabletlərini sutkada 1 dəfə səhər yeməyindən əvvəl, səhər yeməyi zamanı və ya səhər yeməyindən sonra az miqdar maye ilə birlikdə daxilə qəbul etmək lazımdır. Tabletləri çeynəmək və ya xırdayalaraq, toz halına salmaq olmaz. Həkimin xroniki ürək çatışmazlığının müalicəsi təcrübəsinə malik olması tövsiyə olunur. Dozalanma rejimi XÜÇ-nin standart müalicə sxemi angiotenzinçevirən ferment (AÇF) inhibitorlarının və ya angiotenzin II reseptorlarının antaqonistlərinin (AÇF inhibitorlarının dözümsüzlüyü qeyd olunduğu halda), beta-adrenoblokatorların, diuretiklərin və fakultativ olaraq, ürək qlikozidlərinin istifadəsini əhatə edir. Bisoprolol ilə müalicənin başlanması üçün stabil xroniki ürək çatışmazlığının qabaqlayıcı kəskinləşmə əlamətlərinin qeyd olunmaması və pasiyentin vəziyyətinin stabil olması mühüm amildir. Konkor® Kor preparatı ilə xroniki ürək çatışmazlığının müalicəsini aşağıda göstərilən titrləmə sxeminə müvafiq başlamaq lazımdır. Bu zaman, pasiyentin təyin olunan dozanı nə dərəcədə yaxşı keçirməsindən asılı olaraq, fərdi adaptasiya tələb oluna bilər; bu isə o deməkdir ki, dozanı yalnız, əvvəlki doza pasiyent tərəfindən yaxşı keçirildiyi halda, artırmaq mümkündür.