Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq ivabradin (5,390 mq ivabradin hidroxloridə ekvivalent) və ya 7,5 mq ivabradin (8, 085 mq ivabradin hidroxloridə ekvivalent) vardır. Köməkçi maddələr: laktoza monohidrat, maqnezium stearat (E470B), qarğıdalı nişastası, maltodekstrin, susuz kolloidal silisium 4-oksidi (E551). Örtük: hipromelloza (E464), titan 4-oksid (E171), makroqol 6000, qliserin (E422), maqnezium stearat (E 470B), sarı dəmir oksidi (E172), qırmızı dəmir oksidi (E172).
İstifadəsinə göstərişlər:
Koraksan – döş nayihəsində ağrı ilə müşayiət olunan stabil stenokardiyanın müalicəsi üçün təyin olunur: Sinə ağrısına səbəb olan stabil stenokardiya. Bu dərman beta-blokatorlar adlanan ürək dərmanlarını qəbul edə bilməyən və ya onlara qarşı dözümsüzlüyü olan xəstələrdə istifadə edilir. Bu preparat, həmçinin beta-blokatorlarla vəziyyətinə tam nəzarət oluna bilməyən xəstələrdə beta-blokatorlarla birgə istifadə edilir. Ürək döyüntülərinin sayı artmış xroniki ürək çatışmazlığı olan xəstələrdə (70 və ya ondan yuxarı 1 dəqiqədə ürək döyüntülərinin tezliyini). Stabil stenokardiya barəsində məlumat Stabil stenokardiya – ürək kifayət qədər qanla təchiz olunmadıqda əmələ gələn xəstəlikdir. Adətən 40-50 yaş arasında inkişaf edir. Stenokardiyanın ən yayılmış simptomu - döş nayihəsində ağrı və diskomfort hissidir. Əksər hallarda stenokardiya ürək vurğularının sayı artdıqda, yəni fiziki və emosional gərginlik zamanı, soyuq mühitdə yaxud yeməkdən sonra əmələ gəlir. Stenokardiyalı xəstələrdə ürək vurğularının tezləşməsi döş nayihəsində ağrının əmələ gəlməsi ilə nəticələnə bilər. Xroniki ürək çatışmazlığı barəsində məlumat Xroniki ürək çatışmazlığı - ürək orqanizmi kifayət qədər qanla təchiz etmədiyi zaman əmələ qələn xəstəlikdir. Xroniki ürək çatışmazlığının ən yayılmış simptomları – təngnəfəslik, yorğunluq və ayaq şişməsidir.
Əks göstərişlər:
İvabradinə və ya Koraksanın istənilən digər komponentinə qarşı yüksək həssaslıq (allergiya) Müalicədən öncə, sakit vəziyyətdə ürək vurğularının tezliyi çox az olduqda (dəqiqədə 70 vurğudan az) Kardiogen şoka məruz qaldıqda (stasionar müalicə tələb edən hal) Ürək vurğularının tezliyi pozulduqda Ürək tutması zamanı Arterial təzyiqin çox aşağı olması Qeyri-stabil stenokardiya hallarında (istər sakitlik, istərsə gərginlik nəticəsində döş nayihəsində əmələ gələn ağrılarla müşayiət olunan xəstəliyin ağır forması ) Ağır dərəcəli ürək çatışmazlığı hallarında (ürək ritminin pozulmaları ) Ürək ritminin elektrokardiostimulyatorla təmin edilməsi zamanı Qaraciyərin ağır xəstəlikləri Göbələk infeksiyalarının müalicəsi üçün təyin olunmuş dərman vasitələri qəbul edirsinizsə ( ketokonazol, intrakonazol), makrolid antibiotiklər (cozamisin, klaritromisin, telitromisin və ya peroral eritromisin), QİCS infeksiyasının müalicəsi üçün təyin olunmuş dərmanlar (nelfinavir, ritonavir) və ya nefazodon (depressiyanın müalicəsi üçün dərman) (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”) Qadınlarda: etibarlı kontraseptiyadan istifadə edilmədiyi hallar Hamiləlik dövrü və ya hamiləliyin planlaşdırılması Laktasiya dövrü
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamilə olduqda, hamiləlik nəzərdə tutulduğu zaman və ya etibarlı kontrasepsiya istifadə etmirsinizsə, Koraksan qəbul etməyin (“Əks göstərişlər” bölməsinə bax). Hamiləlik müddətində Koraksan qəbul etmisinizsə müalicə həkiminizlə məsləhətləşin. İstənilən dərmanı qəbul etməzdən öncə müalicə həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Laktasiya dövründə Koraksan qəbul etməyin (“Əks göstərişlər” bölməsinə baxın).
Koraksanın qəbulu zamanı həkim təyinatlarına riayət edin. Hər hansı bir şübhəniz yaranıbsa, müalicə həkiminizlə məsləhətləşin. Koraksan yemək zamanı qəbul olunmalıdır. Stabil stenokardiya müalicəsində Tövsiyə edilən ilkin dozası – gündə 2 dəfə 5 mq tabletdən çox olmamalıdır.Əgər sizdə hələ də stenokardiya simptomları qalırsa, ehtiyac yarandıqda doza artırıla bilər. Tövsiyə edilən doza gündə 2 dəfə 7,5 mq-dan cox olmamalıdır. Qəbul olunacaq doza barəsində qərar həkiminiz tərəfindən verilir. Müalicənin adi rejimi: səhər və axşam bir tablet. Bəzi hallarda (məsələn, yaşlı xəstələrdə) həkim dozanın yarısını təyin edə bilər, yəni 5 mq Koraksan tabletinin yarısı (2,5 mq ivabadrin) səhər, 5 mq tabletin o biri yarısı isə axşam qəbul edilir. Xroniki ürək çatışmazlığının müalicəsində Koraksanın adətən tövsiyə edilən ilkin dozası – gündə 2 dəfə 5 mq tabletin qəbulundan ibarətdir, ehtiyac yarandıqda doza gündə 2 dəfə 7,5 mq-a qədər artırıla bilər. Qəbul olunacaq doza barəsində qərar həkiminiz tərəfindən verilir. Müalicənin adi rejimi: səhər və axşam bir tablet. Bəzi hallarda (məsələn, yaşlı xəstələrdə) həkim dozanın yarısını təyin edə bilər, yəni 5 mq Koraksan tabletinin yarısı (2,5 mq ivabadrin) səhər, 5 mq tabletin o biri yarısı isə axşam qəbul edilir. Koraksanın qida və içkilərlə qəbulu Koraksan ilə müalicə müddətində qreypfrut şirəsinin istifadəsi məhdudlaşdırılmalıdır. Koraksanı preparatının qəbulunu unutduqda Koraksanı qəbul etməyi unutduqda növbəti dozanı adi vaxtda qəbul edin. Unudulmuş dozanın əvəzinə ikiqat doza qəbul etməyin. Tabletlər yerləşdirilmiş blisterin üzərində çap olunmuş təqvim Koraksanı sonuncu dəfə nə zaman qəbul etdiyinizi yadda saxlamaq üçün köməkçi vasitədir. Koraksan preparatının qəbulunu dayandırdıqda Stenokardiyanın ya xroniki ürək çatışmazlığının müalicəsi üçün adətən ömürboyu təyin edilir, bu dərman preparatının qəbulunu dayandırmazdan əvvəl həkiminizlə məsləhətləşməlisiniz. Bu preparatın istifadəsinə dair əlavə suallarınız varsa, həkiminizdən və ya əczaçıdan soruşun. Koraksanın təsirini həddindən artıq zəif və ya güclü hesab edirsinizsə, müalicə həkiminizlə və ya əczaçınızla məsləhətləşin.