Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Kordaron 200 mq N30 tablet

Məhsul Kodu : 111-05686
İstehsalçı ölkə: Fransa
10,36 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KORDARON, tabletlər

Kordaron tərkibi

 Təsiredici maddə:   1 tabletin tərkibində 200 mq amiodaron hidroxlorid vardır.                       Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, polividon K90F (E 1201), susuz   kolloidal silisium dioksid (E551), maqnezium stearat (E470). 

İstifadəsinə göstərişlər:

 Residivlərin profilaktikası: - Həyat üçün təhlükəli olan mədəcik taxikardiyası: müalicə stasionarda ciddi nəzarət altında başlanmalıdır. - - - - Elektrokardioqrafiya üsulu ilə təsdiqlənmiş, simptomatik və əlillik ilə nəticələnən mədəcik taxikardiyası. Elektrokardioqrafiya üsulu ilə təsdiqlənmiş supraventrikulyar taxikardiya, müalicə zəruri olduğu halda, taxikardiya digər müalicə növlərinə qarşı dayanıqlı olduğu halda və ya digər preparatların istifadəsinə qarşı əks göstərişlər olduğu halda. Mədəciklərin fibrillyasiyası. Volf-Parkinson-Uayt sindromu zamanı ritm pozulmalarının profilaktikası. Səyrici aritmiyanın müalicəsi: ürək vurğuları tezliyinin zəifləməsi və ya qulaqcıqların titrəməsi və ya səyriməsi (fibrilyasiyası) zamanı sinus ritminin bərpası. Amiodaron ürəyin işemik xəstəliyi və/və ya sol mədəciyin disfunksiyası zamanı xüsusilə tövsiyə edilir (Farmakodinamika bölməsinə bax). Simptomatik durğunluq ürək çatışmazlığı və ya zəif atım fraksiyası fonunda  miokard infarktı ilə və ya asimptomatik mədəcik ekstrasistoları ilə yüksək riskli pasiyentlərdə ölüm hallarının profilaktikası. Amiodaronun, işemik və ya qeyri-işemik mənşəli durğunluq ürək çatışmazlığından əziyyət çəkən yüksək riskli pasiyentlərdə qəfləti ürək ölümü daxil olmaqla, ümumi ölüm hallarının profilaktikası üçün istifadəsi göstərilib. Yüksək risk, əsasən, nəzərə çarpan ürək çatışmazlığının klinik simptomlarının mövcudluğu və ya mədəcik aritmiya əlamətləri ilə müşayiət olunan və ya olunmayan sol mədəcikdən atım fraksiyasının 40%-dən çox azalması ilə müəyyən edilir.

Əks göstərişlər:

  Yoda, amiodarona və ya istənilən köməkçi maddəyə qarşı hiperhəssaslıq. - - - - - - - Sinus bradikardiyası və ürəyin sinoatrial blokadası, süni ritm tənzimləyicisinin istifadəsi halları istisna olmaqla. Sinus düyününün zəifliyi sindromu, süni ritm tənzimləyicisinin istifadəsi halları istisna olmaqla (sinus düyününün dayanması təhlükəsi). Atrioventrikulyar keçiriciliyin ağır pozulmaları, süni ritm tənzimləyicisi istifadə olunmayan hallarda. Qalxanabənzər vəzinin disfunkasiyası. Hamiləlik, xüsusi hallar istisna olmaqla (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi” və “Fertillik”). Ana südü ilə qidalandırma (laktasiya dövrü). “Piruet” tipli mədəcik taxikardiyasının inkişafına səbəb ola biləcək preparatlarla yanaşı istifadəsi. Qeyd olunan preparatlara aşağıdakılar aiddir (antiparazitar vasitələr, neyroleptiklər və metadon istisna olmaqla): • Ia sinif antiaritmik preparatları (xinidin, hidroxinidin, dizopiramid). • IIIa sinif antiaritmik preparatları (sotalol, dofetilid, ibutilid). • Arsen preparatı, bepridil, sizaprid, sitalopram, essitalopram, difemanil, domperidon, dolasetron venadaxili, dronedaron, eritromisin venadaxili, levofloksasin, mekvitazin, mizolastin, moksifloksasin, prukaloprid, spiramisin venadaxili, toremifen, vinkamin venadaxili (Digər dərman preparatları ilə qarşılıqlı təsiri və qarşılıqlı təsirin digər formaları bölməsinə bax).

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlarda preparat bəzi heyvanlarda fetotoksik təsir göstərmişdir. Hamiləliyin 2-ci və 3-cü trimestrlərində, xüsusilə də doğuşdan əvvəl amiodaronun qəbulu risk ilə bağlıdır; preparat yenidoğulmuşlarda bradikardiyanın inkişafına və QT intervalının uzanmasına səbəb ola bilər və döldə qalxanabənzər vəzi funksiyasının pozulmasına səbəb olur. Bununla əlaqədar, hamiləlik zamanı amiodaron ilə müalicə əks göstərişdir, potensial fayda riskdən üstün olan xüsusi, nadir hallar istisna olmaqla. Laktasiya dövrü Amiodaron böyük miqdarda ana südünə keçir, bu səbəbdən laktasiya dövründə amiodaronun istifadəsi əks göstərişdir.  Fertillik  Insanın reproduktiv sisteminə olan təsirinə dair məlumatlar mövcud deyil.

Kordaron istifadə qaydası, dozası

 Göstərilən dozalar yalnız böyüklərdə istifadə oluna bilər. Yükləyici doza Başlanğıc dozalanma rejimi (yükləyici doza) 8-10 gün müddətində gündə 3 tabletin (600 mq) təyinini nəzərdə tutur (gündə 3 dəfə 1 tablet). Bəzi hallarda müalicənin əvvəlində daha yüksək dozalar istifadə oluna bilər (gündə 4-5 tablet, yəni 800-1000mq), lakin yalnız qısa müddət ərzində və elektrokardioqrafik nəzarət altında. Amiodaronun farmakoloji təsirinin nəticələri EKQ dəyişiklikləri ilə təzahür edir: U dalğanın yaranması ilə müşayiət oluna bilən QT intervalının uzanması (repolyarizasiya dövrünün uzanması nəticəsində) (Xüsusi göstərişlər bölməsinə bax). Dəstəkləyici doza Pasiyentin fərdi cavabından asılı olaraq, ½-2 tablet/gün təşkil edə bilən minimal effektiv doza seçilməlidir. Müalicə müddətində müntəzəm EKQ nəzarət aparılmalıdır. Xüsusi pasiyent qrupları Böyrək çatışmazlığı Böyrək çatışmazlığı ilə pasiyentlərdə dozanın tənzimlənməsi tələb olunmur (bax: “Farmakodinamikası”, “Farmakokinetikası” ), lakin klinik təcrübə mövcud deyil. Qaraciyər çatışmazlığı Qaraciyər funksiyasının pozulması ilə pasiyentlərə dair klinik təcrübə mövcud deyil. Ahıl yaşlı pasiyentlər Ahıl yaşlı pasiyentlərdə istifadəsinə dair kifayət qədər məlumat mövcud deyil. Ahıl yaşlı pasiyentlərdə Amiodaron xüsusi ehtiyat ilə istifadə olunmalıdır. Pediatrik pasiyentlər Amiodaronun uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Halhazırda əldə olan məlumatlar Farmakodinamika və Farmakokinetika bölmələrində öz əksini tapmışdır. İstifadə qaydası Daxilə istifadə edilir.

Prepared by  T-Soft E-Commerce.