KORDİAMİN, daxilə qəbul üçün damcı
Kordiamin tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 250 mq niketamid (dietilamid nikotin turşusu) vardır. Köməkçi maddələr:təmizlənmiş su
İstifadəsinə göstərişlər:
Kollaps, arterial təzyiqin enməsilə müşayiət olunan hallar, damar tonusunun azalması və infeksion xəstəliklər zamanı və sağalma dövründə tənəffüsün zəifləməsi.
Əks göstərişlər:
Niketamidə qarşı yüksək həssaslıq, epilepsiya, qıcolmaya meyillilik, anamnezdə qıcolma, uşaqlarda hipertermiya, hamiləlik, laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə kordiaminin istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Kordiamin istifadə qaydası, dozası
Qida qəbulundan asılı olmayaraq, daxilə qəbul edilir. Böyüklər Gündə 2-3 dəfə 15-40 damcı. Böyüklər üçün yüksək birdəfəlik doza 60 damcı, sutkalıq doza 180 damcıdır. 10 yaşa qədər uşaqlar Gündə 2-3 dəfə, 1 qəbuldakı damcı sayı yaşın sayına bərabər olmalıdır. 10 yaşdan yuxarı uşaqlar Gündə 2-3 dəfə 10 damcı. Preparatın kurs istifadəsinin məqsədəuyğunluğunu müəyyən etmək üçün həkimlə məsləhətləşmək lazımdır.