KORTEKSIN 5MG N10 FLK
Bitib
Stokda olanda mənə xəbər verin.KORTEKSİN, 10 mq inyeksiya üçün liofilizat
KORTEKSİN, beynəlxalq patentləşdirilməmiş adı: yoxdur
KORTEKSİN tərkibi
Təsiredici maddə: 1 flakonda 10 mq korteksin (suda həll olunan polipeptid fraksiyaları kompleksi) vardır.
İstifadəsinə göstərişlər
Beyin qan dövranı pozğunluqları, kəllə-beyin travması və nəticələri, müxtəlif mənşəli ensefalopatiyalar, koqnitiv pozğunluqlar (yaddaş və təfəkkür), kəskin və xroniki ensefalit və ensefalomielitlər, epilepsiya, astenik vəziyyətlər (vegetativ pozğunluqlar), öyrənmə qabiliyyətinin zəifləməsi, psixomotor və nitq inkişafının ləngiməsi, uşaq serebral iflici formalarının kompleks müalicəsində istifadə olunur.
Əks göstərişlər
Preparata qarşı fərdi dözümsüzlük.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Klinik məlumat çatışmazlığı səbəbindən hamiləlik dövründə istifadə olunmamalıdır. Laktasiya zamanı istifadə zəruri olarsa, ana südü ilə qidalanma dayandırılmalıdır.
Pediatriyada istifadəsi
Bədən kütləsi 20 kq-a qədər olan uşaqlara 0,5 mq/kq dozada, 20 kq-dan yuxarı uşaqlara 10 mq dozada 10 gün müddətində əzələ daxilinə yeridilir. Zərurət yarandıqda 3-6 aydan sonra təkrar kurs aparıla bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Oyadıcı təsir müşahidə olunduqda nəqliyyat vasitələrinin və mexanizmlərin idarəsi zamanı ehtiyatlı olmaq lazımdır.
KORTEKSİN istifadə qaydası
Preparat əzələ daxilinə yeridilir. Flakonun tərkibi 1-2 ml 0.5%-li prokain (novokain), inyeksiya üçün su və ya 0.9%-li natrium xlorid məhlulunda həll olunur. Köpüklənmənin qarşısını almaq üçün iynə flakon divarına yönəldilir.
Böyüklər: 10 gün ərzində gündə 1 dəfə 10 mq dozada.
Uşaqlar: 0.5 mq/kq və ya 10 mq – 10 gün ərzində.
Hemisferik insultun kəskin dövründə – gündə 2 dəfə 10 mq 10 gün ərzində. Zərurət olduqda 10 gündən sonra kurs təkrarlanır.