KORVALOL 25ML DAMLA (UKR)
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.KORVALOL, oral damcı
KORVALOL tərkibi
KORVALOL tərkibi, 1 ml məhlulun (26 damcı) tərkibində 20 mq α-bromizovalerian turşusunun etil efiri (100% maddəyə nəzərən), 18,26 mq fenobarbital, 1,42 mq nanə yağı (mentha oil) vardır Köməkçi maddələr: 96%-li etanol, natrium izovalerianat, təmizlənmiş su.
KORVALOL, istifadəsinə göstərişlər
Yüksək əsəbiliklə müşayiət olunan nevrozlar; yuxusuzluq: hipertoniya xəstəliyinin və vegeto-damar distoniyasının kompleks müalicəsində: koronar damarların kəskin nəzərə çarpmayan spazmları, taxikardiya: neyrovegetativ pozğunluqlarla əlaqədar bağırsaqların spazmı (spazmolitik preparat kimi).
Əks göstərişlər
Preparatın komponentlərinə, broma qarşı yüksək həssaslıq; qaraciyər və/və ya böyrək funksiyasının nəzərəçarpan pozulmaları; qaraciyərin kəskin porfiriyası; fenobarbital tərkibli dərman vasitələri nəzərə çarpan arterial hipotenziya, kəskin miokard infarktı, şəkərli diabet, depressiya və suisidal davranışa meylli olan xəstələrdə depressiv pozulmalar , miasteniya, alkoqolizm, narkotik və medikamentoz asılılıq ( eyni zamanda anamnezdə qeyd olunan), təngənəfəslik ilə müşayiət olunan respirator xəstəliklər, obstruktiv sindrom zamanı istifadəsi əks göstərişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz.
KORVALOL, istifadə qaydası
Korvalol® gündə 2-3 dəfə qida qəbulundan asılı olmayaraq su ilə və ya şəkərlə 15-30 damcı dozada daxilə qəbul edilir. Ehtiyac yarandıqda (nəzərəçarpan taxikardiya və koronar damarların spazmı) birdəfəlik doza 40-50 damcıya qədər artırıla bilər. Preparatın istifadəsinin davametmə müddətini həkim klinik effektdən və dözümlülükdən asılı olaraq təyin edir. Uşaqlar Uşaqlarda müalicə üçün preparatın istifadə təcrübəsi yoxdur, buna görə dərman vasitəsini pediatrik təcrübədə istifadə olunmamalıdır.