Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr:1000 ml məhlulun tərkibində 20,00 q etilbromizovalerianat (α-bromizovalerian turşusunun etil efiri), 18,26 q fenobarbital, 1,42 q nanə yarpaqlarının yağı vardır.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; böyrək və/və ya qaraciyər funksiyalarının ifadəedilmiş pozulması; alkoqolizm; kəllə-beyin travması, baş beyin xəstəlikləri; hamiləlik, laktasiya dövrü; 3 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə Korvalol preparatının istifadəsi əks göstərişdir, belə ki, preparatın tərkibində fenobarbital vardır ki, bu da, plasentadan keçir və teratogen təsir göstərir, dölün
formalaşmasına və yenidoğulmuşun MSS-in sonrakı funksiyasına mənfi təsir göstərir, ana südünə nüfuz edir, yenidoğulmuşda fiziki asılılığın inkişafı mümkündür. Laktasiya dövründə istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanın dayandırılması məsələsini həll etmək lazımdır.
Yeməkdən əvvəl, əvvəlcədən bir qədər suda (30-50 ml) həll edilərək, daxilə qəbul edilir. Doza və
istifadə müddəti həkim tərəfindən fərdi təyin edilir. Böyüklərdə birdəfəlik doza 30 damcıdır, ehtiyac olduqda (məsələn, ifadəedilmiş taxikardiya zamanı) maksimal birdəfəlik doza 40-50 damcıya qədər artırıla bilər. Böyüklər üçün istifadə sayı sutkada 2-3 dəfədir.
3 yaşdan yuxarı uşaqlarda həyatının hər yaşına 1 damcı sutkada 1 dəfə təyin edilir. Təkrar dozanın
istifadəsinin vacibliyini xəstəliyin klinik təsvirindən asılı olaraq, həkim müəyyən edir.