Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr:1 tabletin tərkibində 3,395 mq təmiz perindoprilə ekvivalent 4 mq perindopril tert-butilamin və 5 mq təmiz amlodipinə ekvivalent 6,935 mq amlodipin bezilat vardır.
- Arterial hipertenziya; - Ürəyin işemik xəstəliyi (stabil gərginlik stenokardiyası).
- Anamnezində əvvəllər AÇF inhibitorları ilə müalicə fonunda angionevrotik ödem olan xəstələr; - irsi və ya idiopatik angionevrotik ödem; - nəzərəçarpan (kəskin) hipotenziya; - şok (həmçinin kardiogen şok); - sol mədəciyin qanqovma traktının obstruksiyası (məsələn, aortanın nəzərəçarpan stenozu); - qeyri- stabil stenokardiya (Prinsmetal stenokardiya istisna olmaqla); - kəskin miokard infarktından sonrakı ürək çatışmazlığı (ilk 28 gün ərzində); - hamiləlik; - laktasiya dövrü; - perindopril, amlodipin, peparatın tərkibindəki digər komponentlərə qarşı yüksək həssaslıq; - digər AÇF inhibitorları və kalsium kanallarının blokatorlarına qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Preparatla müalicə olunan xəstələr, avtonəqliyyat vasitələrini idarə edərkən və potensial təhlükəli mexanizimlərlə iş zamanı ehtiyatlı olmalıdırlar. Xüsusilə müalicənin başlanğıcında arterial təzyiqin enməsi ilə əlaqədar psixomotor reaksiyaların ləngiməsi baş verə bilər. Başgicəllənmə və yorgunluq halları ola bilər.
Preparat yaşlılara 1 tablet gündə bir dəfə olmaqla səhərlər yeməkdən əvvəl təyin olunur. Maksimal birdəfəlik və gündəlik doza 1 tabletdir. Lazım gəldikdə preparatın fərdi olaraq dozasının titrlənməsi və ya perindopril və amlodipinin sərbəst kombinasiyası ilə əvəzlənməsi məsləhət görülür. Kreatinin klirensi KK ≥ 60ml/dəq.
olduğu hallarda dozanın tənzimlənməsi tələb olunmur. Kreatinin klirensi KK< 60 ml/dəq. olan xəstələrdə komponentlərin ayrılıqda dozasının titrlənməsi məsləhət görülür. Müalicə müddəti fərdi təyin olunur.