Sevimlilərə əlavə edin
Paylaşın

Kreoflat 170/80MG N60 Tb

Məhsul Kodu : 111-23588
0 Şərh Şərh
15,60 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

KREOFLAT, örtüklü tabletlər

KREOFLAT tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 170 mq pankreatin (5500 amilaza, 6500 lipaza, 400 proteaza F.I.P vahidləri) və 310 mq quru silikon tozu (80 mq dimetilpolisilikona bərabər) vardır.

İstifadəsinə göstərişlər

− Həzm sistemi pozğunluqlarına bağlı köp problemləri, − Dispepsiya, − Aerofagiya (hava udma) müalicəsi, − Yağ-zülal-karbohidratların həzminin pozulması, − Mədəaltı vəzin çatışmazlığı zamanı, − Əməliyyatdan əvvəl və ya sonra yaranan köp problemləri, − Qarın boşluğu orqanlarının rentgenoloji müayinələrindən əvvəl köpü aradan qaldırmaq üçün istifadə olunur.

Əks göstərişlər

Pankreatinə və ya dimetilpolisilikona və ya preparatın tərkibində olan hər hansı bir köməkçi maddəyə qarşı hiperhəssaslıq hallarında dərman maddəsi təyin olunmamalıdır. Allergik reaksiyalara qaşınma, səpgi, üzdə, dodaqlarda, qollarda və ayaqlarda şişkinlik və nəfəsalmada çətinliklər daxildir. Hər hansı bir zülala qarşı həssaslığı olan şəxslərdə preparat istifadə olunmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərman maddəsini qəbul etməzdən öncə həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hamiləlik zamanı Kreoflatın qəbulu məsləhət görülmür. Hamiləlik zamanı preparat yalnız həkim tərəfindən mütləq göstəriş olduqda qəbul edilə bilər. Kreoflatla müalicə zamanı hamilə olduğu nuz müəyyənləşdirilərsə dərhal həkimə və ya əczaçıya mə lumat verilməlidir.

Kreoflatın ana südünə keçməyi haqda kifayət qədər mə lumat olmadığından laktasiya dövründə dərman maddəsinin istifadəsi məsləhət görülmür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmlər i idarəetmə qabiliyyətinə təsiri haqqında məlumat yoxdur.

KREOFLAT istifadə qaydası və dozası

Kreoflat örtüklü tablet daxilə qəbul edilməlidir. Gündə 1-2 tablet yemək vaxt maye ilə udulmalıdır. Rentgen müayinəsi zamanı köpü aradan qaldırmaq üçün müayinədən 2 gün əvvəl gündə 3-4 dəfə 2 tablet və müayinə günü səhər ac qarına 2 tablet qəbul edilməlidir. Həkim tərəfindən xüsusi təyinat olmadıqda preparat qeyd olunan şəkildə qəbul edilə bilər.

Uşaqlarda istifadəsi Kreoflat örtüklü tabletin 12 yaşdan kiçik uşaqlarda istifadəsi məsləhət görülmür. Böyrək/qaraciyər çatışmazlığı olan xəstələrdə istifadə Qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın azaldılması müşahidə olunmur. Böyrək çatışmazlığı olan xəstələrdə preparat ehtiyatla istifadə olunmalıdır. Kreoflatın qida və içkilərlə qəbulu Kreoflat yemək zamanı su ilə qəbul edilməlidir.

Dərman maddəsini bölmək, çeynəmək və ya sormaq olmaz. Preparat rentgen müayinəsindən əvvəl ac qarına qəbul edilə bilər. Preparatın təsirinin çox güclü və ya çox zəif olduğu halda həkimlə məsləhətləşmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-23588

Oxşar Məhsullar

Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
Almagel 170 ml Sirop
3,33 AZN -%0
3,33AZN
Almagel A 170 ml Suspenziya
4,14 AZN -%0
4,14AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce