Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Kromaks 10 Ml Göz damlası

Məhsul Kodu : 111-21536
İstehsalçı ölkə: Ruminiya
7,00 AZN
Daha çox Göz və qulaq
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KROMAKS, göz damcısı

Kromaks tərkibi 

Təsiredici maddə:1 ml məhlulun tərkibində 20 mq natrium kromoqlikat vardır. Köməkçi maddələr: dinatrium fosfat dodekahidrat, natrium dihidrofosfat monohidrat, polisorbat 80, sorbitol mayesi, dinatrium edetat dihidrat, benzalkonium xlorid, təmizlənmiş su.

İstifadəsinə göstərişlər:
 Kəskin allergik konyunktivit, xroniki allergik konjunktivit və yaz mövsumi ilə əlaqəli yaranan keratokonyunktivitin profilaktik və simptomatik müalicəsi üçün.

Əks göstərişlər:
 − Preparatın aktiv maddəsinə və ya tərkibindəki digər köməkçi maddələrinə qarşı yüksək həssaslıq.

 − 4 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Bütün dərmanlarda olduğu kimi, xüsusilə hamiləliyin ilk üç aylıq dövründə (trimester) diqqətli olmaq lazımdır. Natrium kromoqlikat ilə əldə edilən kumulyativ təcrübə onun dölün inkişafına mənfi təsir etmədiyini göstərir. Hamiləlik dövründə preparat yalnız dəqiq ehtiyac olduğu təqdirdə istifadə edilməlidir. Laktasiya dövrü Natrium kromoqlikatın ana südünün tərkibinə ifraz edib-etməməsi məlum deyil, lakin fizikikimyəvi xüsusiyyətlərinə görə nüfuz etmə ehtimalları mümkün deyildir. Natrium kromoqlikatın istifadəsinin körpəyə arzuolunmaz təsirləri olduğunu göstərən heç bir məlumatlar yoxdur.

Kromaks istifadə qaydası, dozası


 Dozalanması Böyüklər və 4 yaşdan yuxarı uşaqlarda istifadəsi Adi tövsiyə olunan doza hər gözə bir və ya iki damcı gündə dörd dəfə və ya həkim tərəfindən təyin edildiyii şəkildə istifadə edilir. Simptomların tam remissiyasından sonra belə müalicəni uzatmaq tövsiyə olunur. Müalicə vaxtından əvvəl dayandırıldıqda, pasiyent həssas olan stimullara məruz qaldıqda simptomlar yenidən geri dönə bilər. Klinik əlamətlərin yaxşılaşmasından sonra doza intervalını artırmaqla preparatın istifadəsi azaldıla bilər. Yaşlılarda istifadəsi Yaşlı pasiyentlər üçün dozanın dəyişdirilməsini tələb edən dəlillər yoxdur. 4 yaşa qədər uşaqlarda istifadəsi Kromaks 20 mq/ml göz damcısı məhlulunun 4 yaşa qədər uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi hələ də öyrənilməmişdir. Tətbiqi üsulları Preparat, yalnız gözlərə istifadə üçün nəzərdə tutulmuşdur. Birdən çox yerli oftalmik dərman preparatları istifadə edilərsə, onların hər birinin istifadələri arasında ən azı 15 dəqiqə ara verilməlidir. Göz məlhəmləri sonuncu olaraq tətbiq edilməlidir. Damcıladıcının ucu və məhlulun çirklənməsinin qarşısının alınması məqsədilə damcıladıcının ucunun göz qapaqlarına, gözətrafı səthlərə və ya digər səthlərə toxundurulmamasına diqqət yetirilməlidir. Preparat artıq istifadə edilmədikdə, flakonun möhkəm bağlanmasına dair pasiyent məlumatlandırılmalıdır.

Prepared by  T-Soft E-Commerce.