Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 100 ml məhlulun tərkibində 0,05 q və ya 0,1 q ksilometazolin vardır. Köməkçi maddələr:benzalkonium xlorid məhlulu, dinatrium fosfat dodekahidrat, natrium dihidrofosfat dihidrat, natrium xlorid, təmizlənmiş su.
İstifadəsinə göstərişlərı:
Ksilometazolin simptomatik müalicələr zamanı istifadə olunur: - virus və bakterial etiologiyalı kəskin rinit; - kəskin sinusit və ya residivləşən xroniki sinusitin kəskinləşməsi; - allergik rinit;
Əks göstərişlər:
- Ksilometazolinə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; - atrofik rinit; - qapalı bucaqlı qlaukoma; - əgər Siz hipofizektomiya və ya sinir sisteminin digər cərrahi əməliyyatları olmusunuzsa; - feoxromositoma və ya prostat hipertrofiyası və ya MAO inhibitorları ilə müalicə alan xəstələr; - 3 yaşa qədər uşaqlarda (Ksilometazolin 0,5 mq/ml, burun spreyi, məhlul üçün); - 12 yaşa qədər uşaqlarda (Ksilometazolin 1,0 mq/ml, burun spreyi, məhlul üçün).
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik dövründə Ksilometazolin istifadə etməyin. Ksilometazolinin ana südünə keçməsi barəsində məlumat yoxdur. Ana südü ilə qidalandırma dövründə preparat ehtiyatla təyin olunur, belə ki,aktiv maddənin ana südünə keçib keçməməsi barəsində məlumat yoxdur.
Ksilometazolin 0,5 mq/ml burun spreyi məhlul 3-12 yaşlı uşaqlar Hər burun dəliyinə gündə 1-2 dəfə 1 püskürtmə. Maksimal müalicə müddəti – 5 gün. Püskürtmə zamanı başı arxaya əymək olmaz Ksilometazolin 1 mq/ml, burun spreyi, məhlul Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara Hər burun dəliyinə gündə 2-3 dəfə 1 püskürtmə. Maksimal müalicə müddəti – 5 gün. Püskürtmə zamanı başı arxaya əymək olmaz. Püskürtməni düzgün həyata keçirmək üçün püskürdücünü şaquli istiqamətdə elə tutmaq lazımdır ki, ucluq yuxarıya doğru yönəlsin. Sonra şəffaf qoruyucu qapaq çıxardılır, ucluq burun dəliyinə yerləşdirilir, 1 dəfə tez və kəskin şəkildə püskürdücüyə basılır və püskürdücü ayrılmadan burun dəliyindən çıxardılır. Püskürtmə zamanı burunla bir qədər hava almaq lazımdır ki, bu da, ksilometazolinin optimal yeridilməsinə şərait yaradır.