Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

KURANTIL 25MG N120 TB

Məhsul Kodu : 111-05932
10,00 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KURANTİL N, 25 örtüklü tabletlər

KURANTİL N tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq dipiridamol vardır.

İstifadəsinə göstərişlər

- İşemik tipli beyin qan dövranı pozğunluğunun müalicəsi və profilaktikası; - dissirkulyator ensefalopatiya; - arterial və venoz trombozun, həmçinin onun ağırlaşmalarının profilaktikası; - ürək qapaqlarının protezləşdirilməsi əməliyyatından sonra, tromboemboliyanın profilaktikası; - ağırlaşmış hamiləlik zamanı plasentar çatışmazlığın profilaktikası; - mikrosirkulyasiya pozğunluğu zamanı, kompleks terapiyanın tərkibində; - qripin və tənəffüs yollarının kəskin infeksiyalarının müalicəsi və profilaktikası üçün interferon stimulyatoru və immunomodulyatoru kimi.

Əks göstərişlər

- Dipiridamola və ya preparatın tərkibində olan (bax: “Tərkibi”) hər hansı digər komponentə qarşı allergiya; - yaxın zamanlarda keçirilmiş miokard infarktından sonra; - qeyri-stabil stenokardiya; - koronar arteriyaların yayılmış stenozlaşan aterosklerozu; - subaortal stenoz; - dekompensasiya olunmuş ürək çatışmazlığı; - arterial hipotenziya, kollaps; - ürək ritminin ağır dərəcəli pozulması; - hemorragik diatez; - qanaxmalara meyilliliklə müşayiət olunan xəstəliklər (mədə və onikibarmaq bağırsaq xoraları və s.) olduqda.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə, həmçinin ehtimal edilən və ya planlaşdırılan hamiləlik zamanı, göstərilən preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hamiləlik və laktasiya dövründə Kurantil ® N 25 preparatını, yalnız həkim tərəfindən preparatın istifadəsinin fayda və risk nisbəti qiymətləndirildikdən sonra istifadə etmək olar.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Hətta lazımi istifadə olunduqda, Kurantil® N 25 preparatı, dolayı yolla nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər, çünki qan təzyiqinin aşağı düşməsi nəticəsində, reaksiya pozula bilər.

KURANTİL N istifadə qaydası və dozası

Göstərilən dərman preparatını həkimin tövsiyələrinə müvafiq dəqiq qəbul etmək lazımdır. Hər hansı şübhə olduqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Tövsiyə olunan doza Trombositlərin aqreqasiyasını azaltmaq məqsədi ilə, bir neçə qəbula bölünmüş, sutkada 75-225 mq dipiridamol (3-9 örtüklü tablet Kurantil ® N 25 preparatı) qəbul etmək tövsiyə olunur. Ağır hallarda dozanı sutkada 600 mq dipiridamola qədər yüksəltmək olar.

Beyin qan dövranı pozğunluqlarının müalicəsi və profilaktikası üçün sutkada 3-6 dəfə (225-450 mq dipiridamol), 3 örtüklü tablet Kurantil® N 25 preparatı qəbul etmək tövsiyə edilir. Dipiridamolun maksimal dozası 450 mq təşkil edir (18 örtüklü tablet Kurantil® N 25 preparatına müvafiqdir). Qripin və digər kəskin respirator virus infeksiyalarının, xüsusilə epidemiyalar zamanı, profilaktikası üçün, preparatın aşağıdakı qəbul rejimi tövsiyə olunur: 4-5 həftə müddətində 7 gündə 1 dəfə sutkada 50 mq dipiridamol (2 örtüklü tablet Kurantil® N 25 preparatı). Tez-tez respirator virus infeksiyalarına yoluxan pasiyentlərdə təkrar xəstəliklərin profilaktikası üçün Kurantil® N 25 preparatını aşağıdakı qaydada qəbul etmək tövsiyə olunur: 8-10 həftə müddətində, həftədə 1 dəfə sutkada 100 mq dipiridamol (2 saatlıq intervalla, 2 dəfə 2 örtüklü tablet Kurantil® N 25 preparatı).

Uşaqlarda istifadəsi Kifayət qədər klinik istifadə təcrübəsinin olmadığını nəzərə alaraq, Kurantil® N 25 preparatını 12 yaşdan kiçik uşaqlarda istifadə etmək tövsiyə olunmur. Müalicəni tədricən artan dozalardan başlamaq lazımdır, örtüklü tabletləri acqarına, bölmədən, maye ilə birlikdə qəbul etmək lazımdır. Müalicənin davametmə müddətini və preparatın dozasını fərdi tələbatdan və keçirilmədən asılı olaraq, müəyyən etmək lazımdır. Müalicənin müddəti Kurantil ® N 25 preparatı uzunmüddətli müalicə üçün yararlıdır.

Kurantil® N 25 preparatının qəbul edilməsi ötürüldükdə Ötürülən dozanı kompensasiya etmək üçün ikiqat doza istifadə etmək olmaz. Əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.