Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

KVAMATEL 40MG N14 TB

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-00539
İstehsalçı ölkə: Macaristan
5,50 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

KVAMATEL, 20 mq; 40 mq örtüklü tabletlər

KVAMATEL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq və ya 40 mq famotidin vardır.

İstifadəsinə göstərişlər

Onikibarmaq bağırsağın xora xəstəliyi. Mədənin xoşxassəli xorası. Qastro-ezofageal reflyuks. Mədə şirəsinin hipersekresiyası ilə müşayiət edilən digər xəstəliklər (məsələn, Zolinger-Ellison sindromu). Xora residivinin profilaktikası. Ümumi anesteziyanın aparılması zamanı mədənin möhtəviyyatının aspirasiyasının profilaktikası (Mendelson sindromu).

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq. Preparat uşaqlarda, hamiləlik və laktasiya dövründə əks göstərişdir (istifadə təcrübəsinin olmaması ilə əlaqədar).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Fertillik Bədən çəkisinə görə sutkada 2000 mq və 500 mq peroral dozanın yeridilməsilə siçovullar və dovşanlar üzərində aparılan tədqiqatlarda müvafiq olaraq, famotidinin fertilliyə təsirinin əlamətləri müşahidə edilməmişdir. Lakin hamilələrdə adekvat və yaxşı nəzarət edilən tədqiqatlar aparılmamışdır. Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlarda alınan məlumatlara əsasən famotidin plasentar baryerdən keçir. Lakin hamilə qadınlarda adekvat və yaxşı nəzarət edilən tədqiqatlar aparılmamışdır. İstifadə təcrübəsinin olmadığı ilə əlaqədar hamilə qadınlarda famotidinin istifadəsi məsləhət görülmür. Laktasiya dövrü Famotidin ana südü ilə xaric olur. Südəmər körpələrdə famotidinin təsiri məlum olmadığı üçün o, mədənin sekretor funksiyasına təsir edə bilər, Kvamatel tabletlərinun qəbulu zaman ana südü ilə qidalandırmanı dayandırmaq vacibdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Kvamatel örtüklü tabletlərin avtomobil və digər mexanizmləri idarə etməık qabiliyyətinə təsiri barədə hər hansı məlumat yoxdur.

KVAMATEL istifadə qaydası və dozası

Kvamatel preparatının tabletləri qida qəbulundan asılı olmayaraq, bütöv, çeynənilmədən, bir stəkan su ilə birlikdə daxilə qəbul edilməlidir. Onikibarmaq bağırsağın xora xəstəliyi Onikibarmaq bağırsağın kəskin xora xəstəliyinin müalicəsi üçün preparatın tövsiyə edilən dozası sutkada 1 dəfə yuxuya getməzdən əvvəl 40 mq və ya sutkada 2 dəfə (səhər və axşam) 20 mq təşkil edir. Müalicənin davametmə müddəti 4-8 həftədir. Mədənin xoşxassəli xoraları Preparatın tövsiyə edilən dozası sutkada 1 dəfə yuxuya getməzdən əvvəl 40 mq təşkil edir. Müalicənin davametmə müddəti 4-8 həftədir. Xora residivlərinin profilaktikası Xora residivlərinin profilaktikası məqsədi ilə preparat sutkada 1 dəfə yuxuya getməzdən əvvəl 20 mq dozada istifadə edilir. Qastro-ezofageal reflyuks Preparat 6-12 həftə müddətində gündə 2 dəfə (bir tablet səhər və bir tablet axşam) 20 mq dozada təyin edilir. Qastro-ezofageal reflyuks xəstəliyi qida borusunun iltihabı ilə müşayiət olunduğu hallarda, Kvamatel preparatının tövsiyə edilən dozası 12 həftə müddətində 20-40 mq təşkil edir. Zollinger-Ellison sindromu Əvvəllər antisekretor müalicə qəbul etməyən pasiyentlərdə preparatın başlanğıc dozası adətən, hər 6 saatdan bir 20 mq təşkil edir. Daha sonra preparatın dozası pasiyentin vəziyyətinə müvafiq qaydada korreksiya edilməlidir. Əvvəllər digər H2 antihistamin dərman preparatından istifadə edən pasiyentlər başlanğıc doza ilə müqayisədə, Kvamatel preparatının daha yüksək dozalarının istifadəsinə keçirilə bilərlər ki, bu da hər 6 saatdan bir 20 mq təşkil edir. Preparatın istifadəsi, bunun üçün klinik göstərişlər mövcud olana qədər davam etdirilməlidir. Ümumi anesteziya zamanı mədə möhtəviyyatının aspirasiyasının profilaktikası Əməliyyatdan əvvəl axşam və ya əməliyyat günü səhər 40 mq dozada təyin edilməlidir. Xüsusi qrup pasiyentlərdə istifadə qaydası və dozası Böyrək çatışmazlığı zamanı Famotidin, əsasən, böyrəklər vasitəsilə ekskresiya olunduğu üçün böyrək çatışmazlığı olan pasiyentlərdə onu ehtiyatla istifadə etmək lazımdır. Kreatininin klirensi < 30 ml/dəqiqə, zərdab kreatininin səviyyəsiisə > 3 mq/ml olduqda, gündəlik doza 20 mq-a qəsər azaldılmalı və doza qəbulu arasındakı interval 36-48 saata qədər artırılmalıdır. Uşaqlarda istifadəsi

Bu preparatın uşaqlarda təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Yaşlı pasiyentlərdə istifadəsi Yaşdan asılı olaraq, dozanın korreksiyası tələb olunmur.

Prepared by  T-Soft E-Commerce.