Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində, 100% quru maddə hesabı ilə, 1,0 mq 2,6- diaminoheksan turşusunun essin duzu vardır.
Postravmatik və əməliyyatdan sonra meydana çıxan yumşaq toxumaların müxtəlif lokalizasiyalı ödemi; Travmatik və əməliyyatdan sonra meydana çıxan baş beyin və onurğa beyin ödemləri; Ödemlə müşayiət olunan xroniki beyin qan dövranı pozğunluqları.
− 2,6-diaminoheksan turşusunun essin duzuna və/və ya preparatın tərkibində olan hər hansı digər komponentlərə qarşı yüksək həssaslıq; − qeyri-stabil hemodinamika ilə müşayiət olunan qanaxmanın aktiv davam etməsi; − böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları; − qaraciyər funksiyalarının ağır dərəcəli pozğunluqları; − hamiləlik və laktasiya dövrü; Uşaqlar 18 yaşa qədər uşaqlarda və yeniyetmələrdə preparatın istifadəsi əks göstərişdir.
Hamiləlik və ya laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Müalicə müddətində ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.
Hal-hazırda preparatın n əqliyyat vasitəsini və ya digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur; lakin, preparatdan istifadə etdikdə, sinir sistemində meydana çıxan əlavə reaksiyaların inkişaf etməsi ehtimalını nəzərə almaq lazımdır.
Preparat vena daxilinə və ya damcı üsulu ilə vena daxilinə yeritmək üçün nəzərdə tutulmuşdur. Preparatın arteriya daxilinə yeridilməsinə yol vermək olmaz! Tövsiyə olunan birdəfəlik dozanı 0,9 % -li natrium xlorid məhlulu ilə 15 -100 ml həcmə qədər durulaşdırdıqdan sonra, preparatı infuziya şəklində tədricən vena daxilinə yeritmək tövsiyə olunur. L-lizin essinat preparatının böyüklər üçün maksimal sutkalıq dozası – 25 ml (5 ampul) təşkil edir.
Preparatın tövsiyə olunan sutkalıq dozaları Böyüklər üçün L-lizin essinat preparatının tövsiyə olunan sutkalıq dozası – 5-10 ml (1-2 ampul) təşkil edir. Pasiyentin həyatı üçün təhlükəli olan vəziyyətlərdə, sutkalıq dozanı 20 ml-ə qədər artırmaq və bu dozanı 2 dəfəyə yeritmək lazımdır; müalicə kursu 8 sutkaya qədər davam etdirilə bilər. Müalicə kursunun davametmə müddəti – pasiyentin vəziyyətindən və müalicənin effektivliyindən asılı olaraq, 2 gündən 8 günə qədər təşkil edir.