Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

LAMIZIL 250MG N14 TB

Məhsul Kodu : 111-00715
31,13 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LAMİZİL, tabletlər

LAMİZİL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq terbinafin əsasa ekvivalent 281,25 mq terbinafin hidroxlorid var.

İstifadəsinə göstərişlər

• Dermatofit-göbələklər vasitəsilə törənən onixomikoz (dırnaqların göbələk infeksiyası). • Başın tüklü hissəsinin mikozları (Tinea capitis). • Dərinin göbələk infeksiyalar ının – hamar dəri və aralıq trixofitiyası, dermatomikozlar, həmçinin dərinin Candida cinsindən olan göbələklər (məsələn, Candida albicans) vasitəsilə törədilən infeksiyaları – infeksiyanın lokalizasiyası, təzahür dərəcəsi və ya yayılması peroral müalicənin məqsədəuyğunluğunu müəyyən edir. Qeyd: yerli istifadə olunan Lamizildən fərqli olaraq, daxilə qəbul edilən Lamizil rəngbərəng dəmrov – Pityriasis versicolor (Tinea versicolor) zamanı effektli deyil.

Əks göstərişlər

• Terbinafinə və ya preparatın istənilən köməkçi maddəsinə qarşı yüksək həssaslıq. • Xronik və ya aktiv qaraciyər xəstəlikləri.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Reproduktiv potensiala malik qadınlar Peroral kontraseptiv dərman vasitələrilə yanaşı Lamizil qəbul edən bəzi xəstələrdə qeyri -müntəzəm aybaşı halları qeyd olunmuşdur. Buna baxmayaraq, bu pozulmaların tezliyi yalnız peroral kontraseptivlər qəbul edən xəstələrdə baş verən pozulmaların tezliyi həddində qalmışdır. Reproduktiv potensiala malik qadınlar üçün xüsusi tövsiyələrə dair heç bir məlumat yoxdur. Hamiləlik Terbinafinin döl ə toksik t əsirinə dair heyvanlar üz ərində aparılan t ədqiqatlarda preparat heç bir əlavə təsir göstərməmişdir.

Hamilə qadınlarda sənədləşdirilmiş klinik t əcrübələr məhdud olduğu üçün Lamizil preparatlarını potensial faydanın potensial riskə nisbətən üstünlük təşkil etmədiyi təqdirdə istifadə etmək tövsiyə olunmur. Laktasiya Terbinafin ana südün ə nüfuz edir; Lamizill ə peroral müalic ə alan analar uşaqlarının ana südü il ə qidalandırmasını dayandırmalıdırlar. Fertillik İnsanlarda fertilliyə təsirinə dair məlumat yoxdur. Siçovullar üz ərində aparılan tədqiqatlarda fertilliyə və ya reproduktivliyə heç bir əlavə təsir aşkar edilməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Lamizilin nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqında məlumat yoxdur.

LAMİZİL istifadə qaydası və dozası

Doza rejimi Müalicənin davametmə müddəti göstərişlərdən və xəstəliyin ağırlığından asılı olaraq dəyişir. Böyüklər üçün doza gündə bir dəfə 250 mq təşkil edir. Dəri infeksiyaları Tövsiyə edilən müalicə müddəti - Pəncənin dermatomikozu: 2-6 həftə; - Hamar dəri, aralıq trixofitiyası: 2-4 həftə; - Dərinin kandidozu: 2-4 həftə. İnfeksiya əlamətləri və bununla bağlı şikay ətlərin tam yox olması mikoloji sağalmadan yalnız bir neçə həftə sonra müşahidə edilir.

Başın tüklü və dəri hissələrinin infeksiyaları: Tövsiyə edilən müalicə müddəti: - Başın tüklü hissəsinin göbələk zədələnməsi – 4 həftə. Başın tüklü hissəsinin mikozu əsasən uşaqlarda müşahidə edilir. Onixomikoz Bir çox xəstələrdə uğurlu müalicə müddəti 6-12 həftə arasında davam edir. Əl dırnaqlarının onixomikozu: müalicə üçün əksər hallarda 6 həftə kifayət edir.

Ayaq barmaqlarının onixomikozunun müalicəsi üçün əksər hallarda 12 həftə lazım gəlir. Dırnaqları gec uzanan bəzi xəstələrdə daha uzunmüddətli müalicə tələb oluna bilər. Optimal klinik effekt mikoloji sağalma və müalicə dayandırıldıqdan bir neçə ay sonra müşahidə edilir. Bu, sağlam dırnağın böyüməsi üçün lazım olan zamanla müəyyən olunur.

Ayrı-ayrı qrup xəstələr Qaraciyər funksiyasının pozulması Qaraciyərin xronik və ya aktiv xəstəlikləri olan xəstələrə Lamizil tabletləri əks göstərişdir. Böyrək funksiyasının pozulması Böyrək funksiyası pozulm uş xəstələrdə Lamizil tabletlərin in istifadəsi kifayət qədər tədqiq olunmadığı üçün preparatın bu qrup xəstələrdə qəbulu tövsiyə olunmur. Uşaqlar 2 yaşa qədər uşaqlarda (adətən <12 kq) istifadəsinə dair heç bir məlumat yoxdur. Bədən kütləsi <20 kq olan uşaqlar: gündə 1 dəfə 62,5 mq; Bədən kütləsi 20 kq-dan 40 kq-a qədər olan olan uşaqlar: gündə 1 dəfə 125 mq; Bədən kütləsi >40 kq olan uşaqlar: gündə 1 dəfə 250 mq.

Yaşlı xəstələr Yaşlı xəstələrdə (65 yaş və yuxarı) preparatın fərqli dozalarda istifadəsinə, həmçinin cavan yaşlı xəstələrdə qeyd olunmuş əlavə təsirlərdən fərqli olan əlavə təsirlərin olmasını süb ut edən məlumatlar yoxdur. Yaşlı xəstələrdə preparatın istifadəsindən əvvəl böyrək və ya qaraciyər funksiyalarının mövcud ola bilən pozulmalarını nəzərə almaq lazımdır. İstifadə qaydası Bütöv və ya yarıya bölünmüş tabletlər su ilə daxilə qəbul edilir. Tabletlər hər gün eyni vaxtda və acqarına və ya yeməkdən sonra qəbul edilməlidir.

Prepared by  T-Soft E-Commerce.