Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 kapsulda 30 mq lansoprazol vardır. Köməkçi maddələr: saxaroza, mannitol (E421), kalsium karboksimetilsellüloza, dinatrium hidrofosfat, maqnezium karbonat, şəkər qranulları, natrium metilparaben (E219), natrium propilparaben (E217), polivinil providon (K-30), polisorbat 80, hidroksipropil- metilselüloza E-5, hiroksipropilmetilselüloza P-55, talk, setil spirti, titan dioksid, izopropil spirti, jelatin (inək).
İstifadəsinə göstərişlər:
Mədə və onikibarmaq bağırsaq xorasının profilaktikası və müalicəsi, Qida borusunun iltihabı xəstəliyi (reflyuks-ezofagit) müalicəsi, Helicobacter pylori ilə bağlı meydana gələn mədə və onikibarmaq bağırsaq xoralarının müalicəsi, Davamlı olaraq qeyri-steroid iltihabəleyhinə preparatların (asprin, ibuprofen, ketoprofen, piroksikam və s. QSİƏP) istifadəsi ilə bağlı meydana gələn mədənin və onikibarmaq bağırsaq xorasının profilaktikası və müalicəsi, Qastro-ezofageal reflüks xəstəliyinin (mədə turşusunun patoloji şəkildə mədədən qida borusuna doğru geri gəlişi) müalicəsi, Zollinger-Ellison sindromu daxil olmaqla patoloji hipersekretor hallar.
Əks göstərişləri:
LANSİL preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslığı olan şəxslərə təyini əks göstərişdir. Atazanavir (HİV müalicəsi üçün) olan dərmanlar qəbul edən xəstələr LANSİL istifadə etməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Əgər Siz hamiləsiniz , hamiləliyi etimal edirsiniz və ya planlaşdırısizsa, bu preparatı istifadə etməyə başlamazdan əvvəl müalicə həkiminizə və ya əczaçıya məlumat verin. Hamiləlik dövründə dərman vasitəsininin istifadəsi yalnız ciddi göstərişlər əsasında və müalicə həkiminin nəzarəti altında olmalıdır. Əgər müalicə müddətində hamilə olduğunuzu bilsəniz dərhal həkiminiz, yaxud əczaçı ilə məsləhətləşin. Laktasiya dövründə istifadəsi Bu preparatı istifadə etməyə başlamazdan əvvəl müalicə həkiminizə və ya əczaçıya məlumat verin. Həkiminiz tərəfindən mütləq təyin edilmədikcə laktasiya dövründə LANSİL qəbul etməyin.
Gündə bir dəfə LANSİL istifadə edirsinizsə, səhər yeməyindən 30 dəqiqə əvvəl hər səhər eyni vaxtda qəbul edin. Gündə iki dəfə LANSİL qəbul edirsinizsə, ilk dozanı səhər yeməyindən 30 dəqiqə əvvəl, ikincisini isə axşam qəbul edin. Həkim tərəfindən fərqli şəkildə təyin edilməzsə: Mədə xorası Tövsiyə olunan peroral doza 4 həftə ərzində gündə bir dəfə 30 mq. 2-4 həftə əlavə müalicə təyin olunması faydalı ola bilər Onikibarmaq bağırsaq xorası Tövsiyə olunan peroral doza 2 həftə ərzində gündə bir dəfə 30 mq. Reflyuks ezofaqitin qısamüddətli müalicəsi Tövsiyə olunan peroral doza 4 həftəyə qədər gündə bir dəfə 30 mq. Reflyuks ezofagitin profilaktikası Tövsiyə olunan doza gündə 1 dəfə 15 mq təşkil edir. Davamlı olaraq qeyri-steroid iltihabəleyhinə preparatlarla (QSİƏP) müalicə olunan xəstələrdə qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) səbəbindən meydana gələn mədənin və onikibarmaq bağırsağın xoşxassəli xorasının müalicəsi Böyüklər üçün tövsiyə olunan peroral doza 4 həftə ərzində gündə bir dəfə 30 mq. Davamlı olaraq müalicə görən və risk qrupuna daxil olan xəstələrdə qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) səbəbindən meydana gələ biləcək mədə və onikibarmaq bağırsaq xorasının profilaktikası (yaşı > 65 olanlar və yaxud əvvəllər mədə və onikibarmaq bağırsaq xorası xəstəliyi olanlar) Böyüklər üçün tövsiyə olunan peroral doza 15 mq gündə bir dəfə. Qastroezofaqeal reflüks xəstəliyi: Peroral doza 4 həftə ərzində gündə bir dəfə 15 mq və ya 30 mq tövsiyə olunur. Zollinger-Ellison sindromu Tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 60 mq; doza xəstənin vəziyyətindən aslı olaraq korreksiya olunub gündə 180 mq-a qədər artırıla bilər. Helicobacter pylori infeksiyasının aradan qaldırılması Aşağıdakı antibiotiklərlə birlikdə lansoprazolun tövsiyə olunan dozası 7 gün ərzində gündə 2 dəfə 30 mq: Klaritromisin 250-500 mq gündə iki dəfə + amoksisilin 1 q gündə iki dəfə Klaritromisin 250 mq gündə iki dəfə + metronidazol 400-500 mq gündə iki dəfə İstifadə qaydası Kapsulları çeynəmədən, bir stəkan su ilə ilə bütöv şəkildə udmaq lazımdır. Udma çətinliyi olan xəstələrdə preparat qəbulu aşağıdakı kimidir: Udma çətinliyi olan xəstələrdə preparat qəbulunu asanlaşdırmaq üçün kapsulları açmaq və qranulaları az miqdarda su, alma / tomat şirəsi ilə qarışdıraraq və ya az miqdarda yüngün qidanın (məs., yoqurt, alma püresi) üzərinə səpərək qəbul etmək olar. Nazoqastral zondu olan xəstələrdə kapsullar açılıb qranullar 40 ml alma şirəsi ilə qarışdırılır və nazoqastral zond vasitəsilə mədəyə yeridilir. Preparat, qarışıq hazırlandıqdan dərhal sonra yeritmək lazımdır. Qəbul edilərkən mikropeletlər çeynənməməli və əzilməməlidir. Klinik sınaqdan keçməməsi səbəbindən digər içkilər və ya mayelərlə birlikdə istifadəsi tövsiyə edilmir. Fərqli yaş qrupları Uşaqlar Klinik məlumatların məhdud olması səbəbindən lansoprazolun uşaqlarda istifadəsi tövsiyə olunmur. Bir yaşına çatmamış körpələrin bu preparatla müalicə edilməsindən qaçınmaq lazımdır, belə ki, mövcud məlumatlar qastroezofaqeal reflüks xəstəliyinin müalicəsində müsbət effekt göstərməmişdir. Yaşlı xəstələrdə istifadəsi Yaşlı xəstələrdə (65 yaşdan yuxarı) lansoprazolun müalicəsi həkim nəzarəti altında aparılmalıdır; xüsusi istifadə qaydası və doza tənzimlənməsi tələb olunmur. Böyrək çatışmazlığı Böyrək funksiyası pozulmuş xəstələrdə doza korreksiyası tələb olunmur. Qaraciyər çatışmazlığı Orta və ya ağır dərəcəli qaraciyər çatışmazlığı olan xəstələr mütəmadi olaraq nəzarət altında saxlanılmalı və gündəlik doza yarıbayarı azaldılmalıdır. LANSİL preparatının yemək və içkilərlə birlikdə qəbul edilməsi LANSİL ac qarına qəbul edilməlidir.