Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Lansobel 30 mq N28 kapsul

Məhsul Kodu : 111-01261
İstehsalçı ölkə: Türkiye
10,21 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LANSOBEL, 30 mq enterik örtüklü mikropellet kapsullar

Lansobel Tərkibi

 Təsiredici maddə:   1 kapsulda 30 mq lansoprazol olan enterik örtüklü qranullar vardır. Köməkçi maddələr: şəkər kürəcikləri (neytral mikropelletlər), mannitol, natrium nişasta  qlikolyatı (Eksplotab), maqnezium karbonat, povidon (PVP K-30),  saxaroza (şəkər), poloksamer 407, hipromelloza (Farmakoat 603),  metakril turşusu-etil akrilat sopolimeri (1:1) dispersion 30 % (Eudrajit  L30 D 55), talk, trietil sitrat E1505 (Sitrofleks), simetikon, bərk jelatin  kapsul № 1 qeyri-şəffaf açıq narıncı gövdə: qırmızı dəmir oksidi (E172),  titan dioksid (E171), sarı dəmir oksidi (E172), jelatin; qeyri-şəffaf  tünd yaşıl qapaq: patentləşdirilmiş mavi V (E131), titan dioksid (E171),  sarı dəmir oksidi (E172), jelatin. 

İstifadəsinə göstərişlər:

  Onikibarmaq bağırsaq xorasının və mədə xorasının müalicəsi  - Reflyuks ezofagitin müalicəsi  - Reflyuks ezofagitin profilaktikası  - Helicobacter pylori ilə bağlı meydana gələn xoraların müalicəsi üçün həyata keçirilən antibiotik müalicəsi ilə yanaşı H.pylori infeksiyasının aradan qaldırılması  - Davamlı olaraq qeyri-steroid iltihabəleyhinə preparatlarla (QSİƏP) müalicə olunan xəstələrdə qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) istifadəsi ilə bağlı meydana gələn mədənin və onikibarmaq bağırsağın xoşxassəli xorasının müalicəsi   - Davamlı olaraq müalicə görən və risk qrupuna daxil olan xəstələrdə qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) istifadəsi ilə balı  meydana çıxa biləcək mədə və onikibarmaq bağırsaq xorasının profilaktikası  - Simptomatik qastro-ezofaqeal reflüks xəstəliyi  - Zollinger-Ellison sindromu. 

Əks göstərişlər:

 Lansobel® 30 mq enterik örtüklü mikropellet kapsullarının tərkibindəki hər hansı komponentə qarşı yüksəs həssaslığı olan şəxslərə təyini əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik kateqoriyası “B”-dir. Lansoprazolun hamiləliyə təsiri ilə bağlı heç bir məlumat yoxdur. Hamilə siçovul və dovşanlar üzərində aparılan reproduktiv araşdırmalar zamanı hamiləliyin lansoprazolun qəbulu səbəbindən pozulması halına rast gəlinməyib. Heyvan reproduksiyasının tədqiqatları insanlar üçün hər zaman uyğun olmadığından, hamilələrin bu preparatdan istifadəsi məsləhət görülmür.  Lansoprazolun və ya metabolitlərinin ana südünə keçməsi haqda məlumat yoxdur. Əksər dərmanlar ana südünə keçdiyi üçün və Lansoprazolun yenidoğulmuşlarda səbəb ola biləcəyi ciddi əlavə reaksiyaları nəzərə alaraq, dərmanın ana üçün vacibliyindən asılı olaraq ya südvermə, ya da müalicə dayandırılmalıdır.

Lansobel istifadə qaydası, dozası

 Optimal effekt əldə etmək məqsədilə (həkim tərəfindən başqa təyinat verilməzsə) Lansobel® gündə bir dəfə səhər saatlarında qəbul edilməlidir, Helicobacter pylori infeksiyasının eradikasiyası zamanı isə gündə iki dəfə olmaqla səhər və axşam qəbul edilməlidir. Lansobel® qida qəbulundan ən azı 30 dəqiqə öncə qəbul edilməlidir. Kapsullar tam halda maye ilə udulmalıdır.  Doza həddinin müəyyən olunması Onikibarmaq bağırsaq xorası Böyüklər üçün tövsiyə olunan peroral doza 2 həftə ərzində gündə bir dəfə 30 mq doza həddi tövsiyə olunur. Bu müddət ərzində tam sağalmayan xəstələrdə müalicə kursu daha iki həftə ərzində eyni dozada davam etdirilir. Mədə xorası Böyüklər üçün tövsiyə olunan peroral doza 4 həftə ərzində gündə bir dəfə 30 mq doza həddi tövsiyə olunur. Xora adətən 4 həftə ərzində sağalır, lakin bu müddət ərzində sağalmayan xəstələrdə dərmanın verilməsini daha 4 həftə ərzində eyni dozada davam etdirmək lazımdır.  Reflyuks ezofagit Böyüklər üçün tövsiyə olunan peroral doza 4 həftə ərzində gündə bir dəfə 30 mq doza həddi tövsiyə olunur. Bu müddət ərzində sağalmayan xəstələrdə dərmanın verilməsini daha 4 həftə ərzində eyni dozada davam etdirmək lazımdır. Reflyuks ezofagitin profilaktikası Böyüklər üçün tövsiyə olunan peroral doza gündə bir dəfə 15 mq. Zərurət olduqda dozanı gündəlik 30mq-a qədər artırmaq olar.  Zollinger-Ellison sindromu daxil olmaqla patoloji hipersekretor hallar Patoloji hipersekretor hallar zamanı Lansobel®-in dozası  xəstəyə görə individual seçilir. Peroral qəbul üçün tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 60 mq. Doza fərdi olaraq tənzimlənməli və müalicə müddəti lazım olduğu qədər davam etməlidir. Gündəlik olaraq 180 mq-dək dozadan istifadə oluna bilər. Əgər tələb olunan gündəlik doza 120 mq-dan çox olarsa qeyd edilən doza iki hissəyə bölməklə qəbul edilməlidir.  Helicobacter pylori infeksiyasının aradan qaldırılması Müvafiq müalicə kursu seçən zaman bakterial davamlılıqla bağlı yerli qaydalara, müalicənin müddətinə (əsasən 7 gün bəzən isə 14 gün) və antibakterial preparatların müvafiq istifadəsinə diqqət yetirilməlidir.  7 gün ərzində gündə iki dəfə aşağıdakı dərman preparatlarından hər hansı biri ilə birgə şəkildə 30 mq Lansobel®-in verilməsi tövsiyə olunur:  Klaritromisin 250-500 mq gündə iki dəfə + amoksisilin 1 q gündə iki dəfə  Klaritromisin 250 mq gündə iki dəfə + metronidazol 400-500 mq gündə iki dəfə  Helicobacter pylori infeksiyasının 90 %-dək eradikasiyasına klaritromisinin lansoprazol və amoksisilin və yaxud metronidazol ilə birlikdə təyinatı zamanı nail olunur.  Uğurlu eradikasiya müalicəsindən altı ay sonra təkrar infeksiyaya yoluxma riski aşağıdır buna görə də pisləşmə ehtimalı çox aşağıdır. Eyni zamanda lansoprazol 30 mq gündə iki dəfə, amoksisilin 1 q gündə iki dəfə və metronidazol 400-500 mq gündə iki dəfə təyin olunmuş istifadə sxemi də araşdırılmışdır.  Bu kombinasiyanın istifadəsi zamanı klaritromisinin istifadəsi zamanı əldə olunan eradikasiya göstəricisindən daha aşağı nəticə əldə olunmuşdur. Metronidazola davamlılıq səviyyəsi aşağı olduğu təqdirdə eradikasiya müaəlicəsi məqsədilə klaritromisin qəbul edə bilməyənlər üçün bu uyğun ola bilər.  Davamlı olaraq qeyri-steroid iltihabəleyhinə preparatlarla (QSİƏP) müalicə olunan xəstələrdə qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) səbəbindən meydana gələn mədənin və onikibarmaq bağırsağın xoşxassəli xorasının müalicəsi  Böyüklər üçün tövsiyə olunan peroral doza 4 həftə ərzində gündə bir dəfə 30 mq. Bu müddət ərzində sağalmayan xəstələrdə daha dörd həftə ərzində müalicə kursu davam etdirilə bilər. Risk qrupuna daxil olan xəstələrdə və yaxud müalicəsi çətin olan xoradan əziyyət çəkən xəstələrdə daha uzun müddətli müalicə kursu və daha yüksək doza təyin oluna bilər.   Davamlı olaraq müalicə görən və risk qrupuna daxil olan xəstələrdə qeyri-steroid iltihabəleyhinə preparatlar (QSİƏP) səbəbindən meydana gələ biləcək mədə və onikibarmaq bağırsaq xorasının profilaktikası (yaşı > 65 olanlar və yaxud əvvəllər mədə və onikibarmaq bağırsaq xorası xəstəliyi olanlar)  Böyüklər üçün tövsiyə olunan peroral doza 15 mq gündə bir dəfə. Əgər sağalma əldə olunmasa gündə bir dəfə olmaqla doza həddi 30mq-a qaldırıla bilər.  Simptomatik qastro-ezofaqeal reflüks xəstəliyi:  Böyüklər üçün tövsiyə olunan peroral doza gündəlik 15 mq və yaxud 30 mq həddi tövsiyə olunur. Qısa zaman ərzində simptomların yüngülləşməsi müşahidə olunur. Dozanın fərdi şəkildə nizamlanması da nəzərdə tutula bilər. Əgər 4 həftə ərzində 30 mq-lıq doza ilə simptomlar yüngülləşməsə əlavə müayinə tövsiyə olunur. Alternativ təyinat yolları Kapsulu udmaqda çətinlik çəkən xəstələr kapsulu açıb, içindəki qranullara toxunmadan 1 xörək qaşığı alma püresi, pudinq, kəsmik, yoqurt və ya süzgəcdən keçirilmiş armudun üzərinə səpərək dərhal uda bilər. Qranulları çeynəmək və əzmək olmaz. Alternativ olaraq, kapsullar açılaraq az miqdarda (təqribən 60 ml) alma və ya pomidor şirəsinə əlavə edilib azca qarışdırmaqla dərhal içilə bilər. Dozanın tam olaraq qəbul edilməsindən əmin olmaq üçün stəkana təkrar olaraq bir neçə dəfə şirə əlavə edilib içilə bilər.  Nazoqastral zondu olan xəstələrdə kapsullar açılıb qranullar 40 ml alma şirəsi ilə qarışdırılır və nazoqastral zond vasitəsilə mədəyə yeridilir. Qranullar qəbul edildikdən sonra boru əlavə alma şirəsi qəbul etməklə yuyulub təmizlənməlidir. Böyrək çatışmazlığı olan xəstələrdə və yaşlılarda doza korreksiyası vacib deyil. Ciddi qaraciyər xəstəliyi olanlarda doza korreksiya olunmalıdır (sutkalıq dozanın 50% azaldılması məsləhət görülür). Lansobel® 30 mq enterik örtüklü mikropellet kapsullar YEMƏKDƏN ƏVVƏL QƏBUL EDİLMƏLİDİR. KAPSULDAKI MİKROPELLETLƏR ÇEYNƏNMƏMƏLİ VƏ ƏZİLMƏMƏLİDİR. 

Prepared by  T-Soft E-Commerce.