Sevimlilərə əlavə edin
Paylaşın

Lansodens 30 Mq N28 Kapsul

Məhsul Kodu : 111-24505
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
9,29 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

Lansodens, 30 mq qastro-rezistent kapsullar

Lansodens, beynəlxalq patentləşdirilməmiş adı: Lansoprazole

Lansodens tərkibi

Təsiredici maddə: 1 kapsulda 30 mq lansoprazol vardır.

İstifadəsinə göstərişlər

– 12-barmaq bağırsağın xora xəstəliyi
– Mədənin xora xəstəliyi
– Reflüks-ezofaqitin qısamüddətli müalicəsi
– Zollinger-Ellison sindromu kimi patoloji hipersekresiyanın uzunmüddətli müalicəsi
– 12-barmaq bağırsağın Helicobacter pylori ilə assosiasiya olunmuş xora xəstəliyinin müalicəsi

Əks göstərişlər

Lansoprazola və ya preparatın tərkibindəki köməkçi maddələrə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda yalnız fayda/risk nisbəti nəzərə alınaraq istifadə edilə bilər. Lansoprazolun südə keçib-keçmədiyi məlum deyil. Laktasiya dövründə ana südü ilə qidalandırma dayandırılmalıdır.

Pediatriyada istifadəsi

Lansoprazolun uşaqlarda istifadəsi üzrə təhlükəsizlik və effektivlik məlumatları yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Başgicəllənmə, yorğunluq və ürəkbulanma yarana bilər. Bu hallarda nəqliyyat vasitələri və digər diqqət tələb edən mexanizmlərdən istifadə edilməməlidir.

Lansodens istifadə qaydası

– 12-barmaq bağırsaq xorası: 4 həftə, gündə 1 dəfə 30 mq
– Helicobacter pylori-nin eradikasiyası: 10–14 gün, gündə 2 dəfə 30 mq (klaritromisin və amoksisillinlə birlikdə)
– Mədə xorası: 8 həftə, gündə 1 dəfə 30 mq
– Reflüks xəstəliyi və ezofaqit: 8 həftə, gündə 1 dəfə 30 mq (effekt olmadıqda kurs təkrarlana bilər)
– Zollinger-Ellison sindromu: başlanğıc doza 60 mq/gün, doza klinik vəziyyətə uyğun tənzimlənir. Sutkalıq doza 120 mq-dan artıq olduqda, 2 dozaya bölünərək qəbul edilir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-24505

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce