Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Lantorol 30 Mg N28 kapsul

Məhsul Kodu : 111-21187
İstehsalçı ölkə: Türkiye
10,21 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LANTOROL, bərk jelatin kapsullar.

Lantorol tərkibi 

Təsiredici maddə:1 kapsulda 30 mq lansoprazol vardır. Köməkçi maddələr: mannitol, saxaroza, natrium laurilsulfat, dinatrium hidrofosfat, kalsium karbonat, natrium karboksimetilsellüloz, hidroksipropilmetilsellüloz E5 və HP55, setil spirti, titan dioksid, natrium metilparaben, natrium Propilparaben. Kapsulun tərkibi: titan dioksid, sarı dəmir oksidi, jelatin.

İstifadəsinə göstərişlər:

 - Mədə və 12-barmaq bağırsaq xorası.

 - Reflüks ezofaqitin müalicəsi.

 - Kompleks antibakterial müalicədə Helicobacter pylori-nin eradikasiyası.

 - Qeyri-steroid iltihabəleyhinə dərman preparatlarının (QSİƏP) istifadəsi ilə əlaqəli yaranan mədə və 12-barmaq bağırsağın eroziv xorasının müalicə və profilaktikası.

 - Qastroezofaqeal reflüks xəstəliyinin (QERX) simptomatik müalicəsi.

 - Zollinger-Ellison sindromu.

Əks göstərişlər - Lansoprazol və digər köməkçi maddələrə qarşı hiperhəssaslıq;

 - HİV proteaz inhibitorları ilə birlikdə istifadəsi (atazanavir, nelfinavir);

 - Mədə-bağırsaq traktı orqanlarının bədxassəli yenitörəmələri;

 - Uşaqlar və 18 yaşa qədər yeniyetmələr;

 - Hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Lansoprazolun hamilə qadınlara təsirinə dair kifayət qədər tədqiqatlar aparılmamışdır. Heyvanlar üzərində aparılmış tədqiqatlarda hamiləliyə, embrional/bətndaxili inkişafa, doğuşa və postnatal inkişafa birbaşa və dolayı mənfi təsiri aşkar edilməmişdir. Lansoprazolun hamilələrdə istifadəsi məsləhət görülmür. Lansoprazolun ana südünə keçməsi məlum deyil. Heyvanlar üzərində aparılan tədqiqatlar zamanı dərmanın südə keçməsi müəyyən edilmişdir. Lansoprazolun yenidoğulmuşlarda səbəb ola biləcəyi ciddi əlavə reaksiyaları nəzərə alınaraq, dərmanın ana üçün vacibliyindən asılı olaraq ya ana südü ilə qidalandırma, ya da müalicə dayandırılmalıdır.

Lantorol istifadə qaydası, dozası

 Optimal effekt əldə etmək üçün Lantorolu gündə bir dəfə səhər daxilə qəbul etmək lazımdır; Helicobacter pylori-nin eradikasiyası zamanı preparatı gündə 2 dəfə qəbul etmək lazımdır ( səhər və axşam ). Lantorol yeməkdən 30 dəqiqə əvvəl az miqdarda su ilə daxilə qəbul edilməlidir. Kapsulu bütöv şəkildə qəbul etmək lazımdır, kapsul çeynənməməli və əzilməməlidir. Əgər kapsulu bütöv şəkildə qəbul etmək mümkün olmazsa, kapsulu açaraq içərisindəki tərkibi az miqdarda alma/pomidor şirəsi (1 xörək qaşığı) və ya az miqdarda yumşaq qidaya qarışdırılaraq qəbul edilir ( yoqurt, alma puresi) Tərkib həmçinin 40 ml alma şirəsi ilə qarışdırılaraq nazoqastral zond vasitəsi ilə verilə bilər. Preparatın suspenziyası və ya məhlulu hazırlandıqdan sonra dərhal istifadə olunmalıdır. Kapsulun möhtəviyyatını bölmək olmaz. Aşağı dozada dərman qəbulu lazım gəldikdə başqa dərman forması seçilməlidir. 12-barmaq bağırsağın xora xəstəliyi: gündə bir dəfə 30mq ( bir kapsul ) 2 həftə müddətində təyin edilir. Rezistent formaların yarandığı hallarda da müalicə 4 həftəyə qədər davam etdirilir. Mədənin xora xəstəliyi və reflüks-ezofagit: gündə bir dəfə 30mq ( bir kapsul ) 4 həftə müddətində təyin edilir. Lazım gəldikdə müalicəni 8 həftəyə qədər davam etdirmək olar. Helicobacter pylori eradikasiyası: 7 gün müddətində (vacib olduqda 14 günə qədər) gündə iki dəfə 30mq ( bir kapsul ) antibakterial dərman vasitələri ilə aşağıdakı kombinasiyada təyin edilir : gündə iki dəfə 250-500 mq klaritromisin + gündə iki dəfə 1 q amoksisillin; gündə iki dəfə 250 mq klaritromisin + gündə iki dəfə 400-500 mq metronidazol. QSİƏP istifadəsi ilə əlaqəli yaranan mədə və 12-barmaq bağırsağın eroziv xorası: gündə bir dəfə 30mq ( bir kapsul ) 4-8 həftə müddətində təyin edilir. Rezistent formalarda daha uzun müddət və yüksək dozalarda təyin edilir. QERX-in simptomatik müalicəsi : gündə bir dəfə 15-30mq ( bir kapsul ) 4 həftə müddətində təyin edilir. Zollinger-Ellison sindromu: doza fərdi seçilir.Adətən gündə bir dəfə 60 mq ( iki kapsul) doza ilə müalicəyə başlanılır. Vacib olduqda doza gündə 120 mq dozaya qədər yüksəldilir, bu doza iki dəfə qəbula bölünməlidir. Müalicə üçün gündə 180 mq dozaya qədər istifadə oluna bilər. Böyrək funksiyalarında pozğunluqlar olan xəstələrdə dozanın korreksiyası tələb olunmur. Ciddi və ağır qaraciyər funksiyalarında pozğunluqlar olan xəstələrdə nəzarət altında olmalıdırlar, gündəlik dozanın 50% azaldılması tövsiyə olunur. Yaşlı xəstələrdə doza fərdi seçilir. Klinik göstəriş olmadan 30 mq gündəlik doza artırılmamalıdır.

Prepared by  T-Soft E-Commerce.