Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda 30 mq lansoprazol vardır. Köməkçi maddələr: saxaroza kürəcikləri, hidroksipropilsellüloza, ağır maqnezium karbonat, saxaroza, qarğıdalı nişastası, natrium laurilsulfat, hipromelloza, metakril turşusu - etil akrilat sopolimeri (1:1) 30% dispersiya, talk, makroqol 6000, titan dioksid (E171). Kapsulun tərkibi: titan dioksid (E171), jelatin.
İstifadəsinə göstərişlər:
Mədə və onikibarmaq bağırsaq xorasının müalicəsi - reflüks-ezofaqitin müalicəsi və profilaktikası - H. Pylori ilə bağlı xora xəstəliklərinin müalicəsi üçün müvafiq antibakterial vasitələrlə kombinasiyada Helicobacter pylori (H. pylori) eradikasiyası - QSİƏP ilə uzunmüddətli müalicənin tələb olunduğu xəstələrdə qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) qəbulu nəticəsində yaranan mədə və onikibarmaq baağırsaq xorasının müalicəsi və profilaktikası - klinik təzahürlərlə qastro-ezofaqeal reflüks - Zollinger-Ellison sindromu
Əks göstərişlər:
- lansoprazola və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq - hamiləlik (I trimestr) və laktasiya dövrü - 18 yaşadək uşaq və yeniyetmələr
Optimal effektin əldə olunması üçün 30 mq Lansoptol kapsulları səhərlər gündə bir dəfə qəbul edilməlidir. Lakin H. Pylori eradikasiyası üçün müalicə, gündə iki dəfə - bir dəfə səhər, bir dəfə axşam qəbulu sxemi üzrə aparılmalıdır. Lansoptolu qida qəbulundan ən azı 30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Kapsulları çeynəmədən, maye ilə bütöv şəkildə udmaq lazımdır. Udma çətinliyi olan xəstələrdə preparat qəbulunu asanlaşdırmaq üçün kapsulları açmaq və qranulaları az miqdarda su, alma/tomat şirəsi ilə qarışdırmaq və ya az miqdarda yüngün qidanın (məs., yoqurt, alma püresi) üzərinə səpmək olar. Həmçinin nazoqastral zond vasitəsilə yeridilmə üçün kapsulları açmaq və qranulaları 40 ml alma şirəsi ilə qarışdırmaq olar. Suspenziyanın və ya qarışığın hazırlanmasından sonra preparatı dərhal yeritmək lazımdır. Onikibarmaq bağırsaq xorasının müalicəsi Tövsiyə olunan doza 2 həftə ərzində gündə bir dəfə 30 mq təşkil edir. Bu dövr ərzində tam sağalmayan xəstələr üçün müalicə növbəti 2 həftə ərzində həmin doza ilə davam etdirilə bilər. Mədə xorasının müalicəsi Tövsiyə olunan doza 4 həftə ərzində gündə bir dəfə 30 mq təşkil edir. Xora, adətən, 4 həftə ərzində sağalır, lakin bu dövr ərzində tam sağalmayan xəstələr üçün müalicə növbəti 4 həftə ərzində həmin doza ilə davam etdirilə bilər. Reflüks-ezofaqit Tövsiyə olunan doza 4 həftə ərzində gündə bir dəfə 30 mq təşkil edir. Bu dövr ərzində tam sağalmayan xəstələr üçün müalicə növbəti 4 həftə ərzində həmin doza ilə davam etdirilə bilər. Reflüks-ezofaqitin profilaktikası Gündə bir dəfə 30 mq. Helicobacter pylori eradikasiyası Müvafiq kombinə edilmiş terapiya seçildikdə, bakterial rezistentlik, istifadə davamiyyəti (əksər hallarda 7 gün, lakin bəzən 14 günədək) və antibakterial vasitələrin müvafiq istifadəsi ilə bağlı lokal metodoloji prinsiplər nəzərdən keçirilməlidir. Tövsiyə olunan doza aşağıda göstərilən preparatlarla birgə 7 gün ərzində gündə bir dəfə 30 mq lansoprazol təşkil edir: gündə iki dəfə 250-500 mq klaritromisin + gündə iki dəfə 1q amoksisillin gündə iki dəfə 250 mq klaritromisin + gündə iki dəfə 400-500 mq metronidazol. Klaritromisinin lansoprazol və amoksisillin ilə, yaxud da klamitromisinin lansoprazol və metronidazol ilə kombinə edilmiş istifadəsi zamanı H. pylori eradikasiyasının səviyyəsi 90%dək artır. Eradikasiyanın uğurlu müalicəsindən 6 ay sonra reinfeksiyaların yaranma riski azalır, bu səbəbdən də residiv ehtimalı azdır. Gündə iki dəfə 30 mq lansoprazol, gündə iki dəfə 1 q amoksisillin və gündə iki dəfə 400-500 mq metronidazol dərman vasitələrindən istifadə olunan sxem, klaritromisin istifadə olunan sxemlə müqayisədə daha aşağı eradikasiya səviyyələri göstərmişdir. Belə istifadə lokal rezistentlik səviyyələri metronidazolla müqayisədə aşağı olan zaman eradikasiya terapiyasının bir hissəsi qismində klaritromisin qəbul edə bilməyən xəstələr üçün mümkündür. QSİƏP ilə uzunmüddətli müalicənin zəruri olduğu xəstələrdə QSİƏP-ın qəbulu səbəbindən yaranan mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin müalicəsi 4 həftə ərzində gündə bir dəfə 30 mq Lansoptol. Bu dövr ərzində tam sağalmayan xəstələr üçün müalicə dah 4 həftə artırıla bilər. Yüksək risk qrupuna aid və ya çətin müalicə olunan xoralardan əziyyət çəkən xəstələrdə daha uzunmüddətli müalicə kursunun və/və ya daha yüksək dozaların tətbiqi mümkündür. Yüksək risk qrupuna aid (> 65 yaş olan və ya xroniki mədə və ya onikibarmaq xorası olan xəstələr) və QSİƏP ilə uzunmüddətli müalicənin zəruri olduğu xəstələrdə QSİƏP səbəbindən yaranan mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin profilaktikası Gündə bir dəfə 30 mq. Klinik təzahürlərlə qastro-ezofaqeal reflüks Tövsiyə olunan doza gündəlik 30 mq təşkil edir. Simptomların yüngülləşməsi demək olar ki, dərhal müşahidə olunur. Dozanın fərdi qaydada müəyyən edilməsi nəzərdən keçirilməlidir. Simptomların gündəlik 30 mq doza qəbulu ilə 4 həftə ərzində yüngülləşməməsi halında sonrakı müayinə tövsiyə olunur. Zollinger-Ellison sindromu Tövsiyə olunan başlanğıc doza gündə 60 mq təşkil edir. Doza fərdi qaydada müəyyən edilməlidir və müalicə tələb olunan müddətədək davam etdirilməlidir. Gündəlik 180 mq-dək dozalar da istifadə olunur. 120 mq-dan artıq dozaların istifadə edilməsi zəruri olduqda, dozanı 2 qəbula bölmək lazımdır. Böyrək funksiyası pozulmuş xəstələrdə doza korreksiyası tələb olunmur. Orta və ya ağır dərəcəli qaraciyər xəstəliklərindən əziyyət çəkən xəstələr mütəmadi müşahidə altında olmalıdırlar, gündəlik dozanın 50% aşağı salınması tövsiyə olunur. Lansoprazolun aşağı klirensi səbəbindən yaşlı xəstələrdə fərdi göstəricilərə əsaslanan doza korreksiyası tələb oluna bilər. Klinik göstərişlərin məcburi halları istisna olmaqla, yaşlı xəstələrdə gündəlik doza 30 mq-dan artıq olmamalıdır. Uşaqlar Klinik məlumatların məhdud olması səbəbindən lansoprazolun uşaqlarda istifadəsi tövsiyə olunmur. Bir yaşına çatmamış körpələrin bu preparatla müalicə edilməsindən qaçınmaq lazımdır, belə ki, mövcud məlumatlar qastro-ezofaqeal reflüks xəstəliyinin müalicəsində müsbət effekt göstərməmişdir.