Bitib
Stokda olanda mənə xəbər verin.30 ml Əməköməci çiçəyinin yarpağının ekstraktı (Malva flowers leaf sp. extract) Dərman adaçayı yarpağının ekstraktı (Salvia officinalis leaf extract) Dərman gülümbaharı yarpağının ekstraktı (Calendula officinalis leaf extract). Keçǝtük unkariya (Uncaria tomentosa shell) deionizə edilmiş su (deionized water). Evkalipt yağı (Eucalyptus oil)...
Köməkçi maddələr: Natrium benzonat (Sodium benzoate), Kalium sorbat (potassium sorbate), Aşağıdaki xüsusiyyətlərə malikdir: Boğaz və ağız boşluğunun müalicəsində dezinfeksiyaedici, iltihabəleyhinə və ağrıkəsici təsir göstərən preparatdır. Selikli qişaya antimikrob və zəif ağrıkəsici təsir göstərir. Ağız boşluğunun selikli qişasının epitelizasiyasını sürətləndirir. Dərman adaçayı yarpağının ekstraktı - toksinlərin bədəndən daha sürətli atılmasına yardım edir, həm də öskürəyi kəsir.
Boğazı yumşaldır və rahatlaşdırır. Əməköməci çiçəyinin yarpağının ekstraktı - bürüyücü, balğam gətirici təsislərə malikdir. Həmçinin ağrıkəsicidir. Dərman gülümbaharı yarpağının ekstraktı - güclü antimikrob və yarasağaldıcı təsirləri var.
Həmçinin qankəsici, bürüyücü, balğamgətirici xüsusiyyətlərə də malikdir. Evkalipt yağı - iltihabəleyhinə təsir göstərib, ağrıkəsici, spazmolitik, antiseptik və tərəvətləndirici effektlǝrǝ malikdir, yaraların sağalmasını tezləşdirir. Keçǝtük unkariya - immunostimulyator olub, virus infeksiyalarının və iltihabın qarşısını almaq üçün geniş şəkildə istifadə olunur. Aşağıdakı xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunur: Orofaringeal infeksiyalar Stomatit Gingivit Angina • Faringit • Laringit • Quru öskürək • Boğazda ağrı və xırıltı
Məhsulun tərkibində olan hər hansı komponentə qarşı həssaslıq. Məhsulun istifadəsinə dair bəyan: Ağız boşluğu və boğaz üçün tibbi vasitədir. Dərman vasitəsi deyildir. Yararlıq müddəti: 3 il
1-3 yaş arası uşaqlar: 2 dozadan gündə 3 dəfə 3-6 yaş arası uşaqlar: 2 dozadan gündə 3-4 dəfə 6 yaşdan yuxarı uşaqlar və böyüklər: 1-2 dozadan gündə 5-6 dəfə Bilavasitə selikli qişaya istifadə olunur.