Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,05 mq latanoprost vardır.
- Açıqbucaqlı qlaukoması olan və oftalmohipertenziyalı böyük pasiyentlərdə (yaşlılar daxil olmaqla) yüksəlmiş gözdaxili təzyiqin azaldılması; - uşaqlarda yüksəlmiş gözdaxili təzyiqin azaldılması və qlaukoma.
Latanoprosta və ya preparatın köməkçi maddələrindən hər-hansı birinə qarşı yüksək həssaslıq.
Hamiləlik Hamilə qadınlarda Latasoptun istifadəsinin təhlükəsizliyinin qiymətləndirilməsi aparılmamışdır, onun farmakoloji effektləri həm hamiləliyin gedişinə görə, həm də dölə və yenidoğulmuşa görə potensial təhlükəli ola bilər. Bu səbəbdən, Latasoptu hamiləlik zam anı istifadə etmək olmaz. Laktasiya Latanoprost və onun metabolitləri ana südünə keçə bilir, bu səbəbdən dərman vasitəsini südverən analarda istifadəsi əks göstərişdir. Latasoptun istifadəsinə ehtiyac olduqda ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Fertillik Heyvanlarda aparılan tədqiqatlarda müəyyən olunmuşdur ki, latanoprost həm erkək, həm də dişi cinsli fərdlərdə fertilliyə dəyərli təsir göstərməmişdir.
Preparat nəqliyyat vasitələrini və mexaanizmləri idarəetmə qabiliyyətinə çox cüzi təsir göstərir. Göz damcısı şəklində digər dərman preparatlarının istifadəsində olduğu kimi, Latasoptun instilyasiyaları zamanı görmə itiliyinin tranzitor zəifləməsi baş verə bilər. Görmənin tam bərpa olunmasına qədər nəqliyyat vasitəsi və ya mexanizmləri idarə etmək olmaz. İstifadə qaydası və dozalar Dozalanması Böyüklərdə istifadəsi (yaşlı pasiyentlər daxil olmaqla) Tövsiyə olunan terapiya: zədələnmiş gözə 1 damcı gündə 1 dəfə.
Optimal effekti dərman preparatının axşam istifadəsi zamanı müşahidə olunur. Preparatı gündə bir dəfədən çox olmayaraq istifadə etmək lazımdır, belə ki, müəyyən olunmuşdur ki, daha tez-tez istifadəsi onun effektivliyinin azalmasına gətirib çıxarır. Doza buraxılan zaman preparatın növbəti istifadəsini terapiya sxeminə uyğun olaraq adi vaxtında davam etdirmək tövsiyə olunur, dozanı iki dəfə artırmağa ehtiyac yoxdur. Uşaqlarda istifadəsi Preparatı uşaqlarda böyüklər üçün qeyd olunmuş dozalanma ilə istifadə etmək olar.
Latasoptun yarımçıqdoğulmuş uşaqlarda (hestasiya yaşı 36 həftədən az) istifadəsinə dair məlumatlar yoxdur, 1 yaşa qədər uşaqlarda istifadəsinə aid məlumatlar məhduddur (4 pasiyent). İstifadə qaydası Dərman preparatının sistem qan axınına düşməsinin qarşısını almaq məqsədilə instilyasiyadan dərhal sonra bir dəqiqə ərzində gözün daxili bucağındakı gözyaşı kisəsinə basmaq tövsiyə olunur (gözyaşı kanalcıqların okklüziyası). Latasoptun istifadəsindən əvvəl kontakt linzaları çıxartmaq və onları taxmazdan öncə, instilyasiyadan sonra ən azı 15 dəqiqə gözləmək lazımdır. Göz xəstəlikləri zamanı Latasoptu digər yerli istifadə üçün dərman preparatları ilə birgə istifadə edilməsinə ehtiyac olduqda instilyasiyalar arasında interval ən azı 5 dəqiqə təşkil etməlidir.