Sevimlilərə əlavə edin
Paylaşın

Lazolvan 30 Mq N20 Tablet

Məhsul Kodu : 111-02107
İstehsalçı ölkə : Italiya
1 Şərh Şərh
6,00 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

LAZOLVAN, tabletlər

Lazolvan tərkibi

 Təsiredici maddə:   1 tabletin tərkibində 30 mq ambroksol hidroxlorid vardır.  Köməkçi maddələr: qurudulmuş qarğıdalı nişastası, susuz kolloid silisium dioksid, laktoza  monohidrat, maqnezium stearat. 

İstifadəsinə göstərişlər:

 Bəlğəmin əmələ gəlməsi və nəqlinin pozulması ilə bağlı olan kəskin və xroniki bronx-ağciyər xəstəlikləri zamanı sekretolitik müalicə. 

Əks göstərişlər:

 LAZOLVAN 30 mq tabletlər ambroksol hidroxloridə və ya preparatın istənilən köməkçi maddəsinə qarşı yüksək həssaslığı olan pasiyentlərdə əks göstərişdir. LAZOLVAN 30 mq tabletlər 6 yaşa qədər uşaqlara təyin olunmamalıdır. 6 yaşa qədər uşaqlara LAZOLVAN sirop və/və ya LAZOLVAN inhalyasiyalar üçün məhlul təyin olunmalıdır.  Qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəliklər zamanı istifadəsi əks göstərişdir.

Hamiləlik və laktasiya dövrü:

 Hamiləlik Ambroksol hidroxlorid plasentar baryerdən keçir. Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın hamiləliyin gedişinə, embrional/fetal inkişafa, doğuşa və ya postnatal inkişafa birbaşa və ya dolayı neqativ təsiri aşkarlanmamışdır. Preparatın hamiləliyin 28-ci həftəsindən sonra istifadəsində geniş təcrübə dölə olan neqativ təsirin heç bir sübutunu aşkarlamamışdır. Buna baxmayaraq, istənilən dərman vasitəsinin hamiləlik zamanı istifadəsinə aid ehtiyat tədbirlərinə riayət edilməlidir. LAZOLVAN preparatının istifadəsi xüsusilə də hamiləliyin birinci trimestrində tövsiyə olunmur. Laktasiya dövrü Heyvanlar üzərində aparılan tədqiqatlarda göstərildiyi kimi ambroksol ana südünə nüfuz edir. Laktasiya dövründə istifadəsi tövsiyə olunmur. 

Lazolvan istifadə qaydası, dozası

 6-12 yaşlı uşaqlar: adətən 1/2 tablet gündə 2-3 dəfə (2-3 x15 mq/gün ambroksol hidroxloridə bərabərdir).  Böyüklər və 12 yaşdan yuxarı uşaqlar Adətən, ilk 2-3 gün 1 tablet 3 dəfə/gün (3 x 30 mq/gün ambroksol hidroxloridə bərabərdir), sonra isə 1 tablet 2 dəfə/gün (2 x 30 mq ambroksol hidroxloridə bərabərdir). Böyüklər və 12 yaşdan yuxarı uşaqlarda dozanın gündə 2 dəfə 2 tabletə (120 mq/gün ambroksol hidroxloridə bərabərdir) qədər artırmaqla terapevtik təsirin güclənməsini əldə etmək olar.  Böyrək funksiyasının pozulması və ya qaraciyər funksiyasının ağır dərəcəli pozulması zamanı LAZOLVAN yalnız həkimin məsləhətindən sonra qəbul edilməlidir.  Qaraciyər funksiyasının pozulması ilə pasiyentlərdə ambroksol hidroxloridin xaric olunması ləngiyir, bu səbəbdən onun qan plazmasında səviyyəsi 1,3-2 dəfə yüksəlir. Preparatın yüksək terapevtik indeksi səbəbindən dozanın tənzimlənməsi tələb olunmur.  Klinik olaraq sübut edilmişdir ki, ambroksolun farmakokinetikası yaşdan və cinsiyyətdən asılı deyil, bu səbəbdən ahıl yaşlı pasiyentlərdə dozanın təzimlənməsi tələb olunmur. Lazolvan 30 mq tabletlər həkimin təyinatı olmadan 4-5 gündən artıq istifadə olunmamalıdır.  Növbəti dozanın qəbulu ötürüldüyü halda həmin dozanı dərhal yadınıza düşdüyü anda qəbul edin. Əgər həmin an növbəti dozanın qəbulu vaxtına düşürsə ikiqat dozanı qəbul etməyin, adi qəbul qaydası ilə davam edin.  İstifadə qaydası  LAZOLVAN 30 mq tabletlər qida qəbulundan asılı olmayaraq qəbul olunur; tabletlər kifayət qədər maye (məsələn, su və ya meyvə şirəsi) ilə içilərək bütöv udulur. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-02107

Oxşar Məhsullar

Acc 200MG N20 Efv Tb
7,61 AZN -%0
7,61AZN
Alte 125 ml Sirop
2,70 AZN -%0
2,70AZN
Alte 125 Qr 95 ml Sirop
1,50 AZN -%0
1,50AZN
Alteks 25MG 125 ml Srp
1,60 AZN -%0
1,60AZN
Ambroksol 15 Mq 5 ml Sirop
2,90 AZN -%0
2,90AZN
Ambroksol 30 Mq N20 Tablet
1,44 AZN -%0
1,44AZN
Ambrolitin 15MG/5 ml 100 ml Srp
3,26 AZN -%0
3,26AZN
Ansimar 20 Mg 200 ml Sirop
10,50 AZN -%0
10,50AZN
Ansimar 400 Mg N20 Tablet
10,00 AZN -%0
10,00AZN
Asetilo 600 Mg N20 Efv Tab
8,09 AZN -%0
8,09AZN
Asmartin 125 ml Sirop
8,78 AZN -%0
8,78AZN
Ass 200 N20 Paket
7,90 AZN -%0
7,90AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce