Sevimlilərə əlavə edin
Paylaşın

Levoksimed 0, 5% 5 ml Damla

Məhsul Kodu : 111-19545
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
11,03 AZN
Kateqoriya: Göz və qulaq
KolleksiyaQiymət Xəbərdarlığı

LEVOKSİMED, 0,5% göz damcısı

Levoksimed tərkibi 

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq levofloksasin (levofloksasin hemihidrat şəklində) vardır. Köməkçi maddələr:natrium xlorid, benzalkonium xlorid, natrium hidroksid və ya xlorid turşusu, inyeksiya üçün su

İstifadəsinə göstərişlər:

 Levoksimed preparatının istifadəsi yaşı 1 və daha yuxarı olan pasiyentlərdə levofloksasinə qarşı həssas mikroorqanizmlərin törətdikləri bakterial mənşəli səthi göz infeksiyalarının yerli müalicəsi üçün göstərişdir. Preparat böyüklərdə, 1 yaşdan 12 yaşa qədər uşaqlarda və 12 yaşdan 18 yaşa qədər yeniyetmələrdə istifadə üçün nəzərdə tutulmuşdur. Preparatdan istifadə etdikdə, antibakterial preparatların müvafiq istifadəsi barədə rəsmi tövsiyələri nəzərə almaq lazımdır.

Əks göstərişlər:

Preparatın istənilən komponentinə və digər xinolonlara qarşı hiperhəssaslıq. Hamiləlik və laktasiya dövrü

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik Levofloksasinin hamilə qadınlarda istifadəsi barədə məlumat yoxdur. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyə birbaşa və ya dolayı mənfi təsirini göstərməmişdir. İnsan üçün potensial risk məlum deyil. Levoksimed göz damcısını hamiləlik dövründə, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduğu halda istifadə etmək olar. Laktasiya Levofloksasin ana südünə nüfuz edir. Lakin terapevtik dozaların istifadəsi zamanı südəmər körpələrdə əlavə təsirlərin təzahürü gözlənilmir. Levoksimed göz damcısını laktasiya dövründə, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduğu halda istifadə edilir. Fertillik Levofloksasin oftalmoloji istifadədən sonra insana maksimal təsirini əhəmiyyətli dərəcədə aşan təsiri zamanı siçovullarda fertilliyin hər hansı pozuntusuna səbəb olmamaışdır.

Levoksimed istifadə qaydası, dozası

Dozalanması Bütün pasiyentlər üçün İlk 2 gün ərzində məhlul ayıq vaxtı 1-2 damcı zədələnmiş gözə (gözlərə) hər 2 saatdan bir gündə 8 dəfəyə, daha sonra növbəti 3-5 gün ərzində 4 dəfəyə qədər instilyasiya edilir. Eyni vaxtda bir neçə yerli istifadə üçün oftalmoloji preparatların istifadəsi zamanı instilyasiya arasında 15 dəqiqəlik intervala əməl etmək vacibdir. Damcısalanın və məhlulun mikrobla çirklənməsinin qarşısını almaq üçün damcısalanın ucunun kipriklərə və ətraf səthlərlə kontaktından çəkinmək lazımdır. Müalicənin müddəti xəstəliyin ağırlıq dərəcəsindən, xəstəliyin klinik və bakterioloji gedişatından asılıdır və adətən 5 gün təşkil edir. Buynuz qişanın xorası və yenidoğulmuşlarda blennoreyanın müalicə üçün preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Yaşlı pasiyentlər Dozanın korreksiyası tələb edilmir. Uşaqlar Pediatrik populyasiyada levofloksasinin göz damcısı formasında istifadəsinin təhlükəsizliyi və effektivliyi 1 yaşdan yuxarı uşaqlarda müəyyən edilmişdir. Böyüklər və 1 yaşdan yuxarı uşaqlarda dozalanma rejimi eynidir. Təhlükəsizliyi və effektivliyi üzrə məlumat olmadığı üçün 1 yaşa qədər uşaqlarda Levoksimedin istifadəsi məsləhət görülmür. İstifadə qaydası Oftalmologiyada, yalnız yerli istifadə üçün.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-19545

Oxşar Məhsullar

Aldrop 10 Mq 20 ml Damcı
6,88 AZN -%0
6,88AZN
Alfam 2 Mq 5 ml Damla
10,27 AZN -%0
10,27AZN
Alltovis Damla, 10 ml
32,60 AZN -%0
32,60AZN
Apfekto 0, 3 % 5 ml Damla
30,00 AZN -%0
30,00AZN
Augenstock Combipres 2/5MG 10 ml Damla
12,44 AZN -%0
12,44AZN
Augenstock Edema 5 % 10 ml Damla
24,20 AZN -%0
24,20AZN
Augenstock Nazin 10 ml Damla
25,80 AZN -%0
25,80AZN
Augenstock Polideks 1/3, 5 Mq 10 ml Damla
8,52 AZN -%0
8,52AZN
Augenştok Lotepred Plyus 10 ml Göz Damcısı
13,62 AZN -%0
13,62AZN
Augenstok Lubrikant 0, 2% 10 ml Damla
30,80 AZN -%0
30,80AZN
Augenstok Lubrikant 3 10 Qr Gel
30,50 AZN -%0
30,50AZN
Augenştok Nevan 0, 3% 10 ml Göz Damcısı
18,00 AZN -%0
18,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce