Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 5 mq levosetirizin dihidroxlorid vardır.
Böyüklərdə və 2 yaşdan yuxarı uşaqlarda allergik rinitin (persistedici allergik rinit daxil olmaqla) və xroniki idiopatik övrənin simptomatik müalicəsi.
− Təsiredici maddəyə, setirizinə, hidroksizinə, piperazin törəmələrinə və ya preparatın köməkçi komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq; − kreatinin klirensi 10 ml/dəq-dən az olduqda böyrək funksiyasının ağır pozulmaları.
Müqayisəli klinik tədqiqatlar zamanı levosetirizinin tövsiyə olunan dozada qəbul edildiyi zaman diqqət konsentrasiyanın azalmasına, reaksiya verməyə və ya nəqliyyat vasitələrini idarə etmək qabiliyyətinə təsir olduğu aşkar edilmədi. Buna baxmayaraq, bəzi xəstələrdə levosetirizindən müalicə zamanı yuxuya meyillik, yorğunluq və asteniya inkişaf edə bilər. Buna görə də, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etdikdə xəstələr preparatın orqanizmə fərdi reaksiyasını nəzərə almalıdırlar.
Dozalanması Böyüklər və 12 yaş və 12 yaşdan yuxarı yeniyetmələr Tövsiyə olunan gündəlik doza 5 mq (20 damcı) təşkil edir. Yaşlı xəstələr Böyrək funksiyasının orta və ağır dərəcəli pozulması olan yaşlı xəstələrdə dozaya düzəliş tövsiyə olunur ("Böyrək funksiyasının pozulması olan xəstələr", aşağıda bax). Böyrək funksiyasının pozulması olan xəstələr Qəbul tezliyi böyrək funksiyasına müvafiq olaraq fərdi olaraq təyin olunmalıdır (aşağıdakı cədvələ baxın). Aşağıdakı cədvəli istifadə edərək kreatinin klirensinin C Lcr ml/dəq dəyərlərinə müraciət etmək lazımdır.
Qan zərdabında kreatinin səviyyəsinə (mq/dl) əsaslanaraq C Lcr ml/dəq aşağıdaki formul üzrə hesablana bilər: C Lcr = [140 – yaş (illər) x bədən kütləsi (kq)] (x 0,85 qadınlar üçün) 72 x qan zərdabında kreatinin(mq/dl) Böyrək funksiyasının pozulması olan xəstələr üçün dozaya düzəliş: Qrup Kreatinin klirensi (ml/dəq) Doza və qəbulun tezliyi Normadan kənara çıxmadan ≥ 90 5 mq sutkada 1 dəfə Yüngül dərəcə 60 - 89 5 mq sutkada 1 dəfə Orta dərəcə 30 - 59 5 mq bir dəfə 2 gündən bir Ağır dərəcə 15 - < 30 5 mq bir dəfə 3 gündən bir Böyrək çatışmazlığının terminal mərhələsi-dializdə olan xəstələr < 15 İstifadəsi əks göstərişdir Böyrək funksiyasının pozulması olan uşaqlarda doza xəstənin böyrək klirensi və bədən çəkisi nəzərə alınmaqla fərdi olaraq seçilməlidir. Böyrək funksiyasının pozulması olan uşaqlarda preparatın tətbiqi haqqında heç bir konkret məlumat toxdur. Qaraciyər funksiyasının pozulması olan xəstələr Doza tənzimlənməsi yalnız qaraciyər funksiyası pozulmuş xəstələr üçün tələb olunmur. Qaraciyər və böyrək funksiyalarının pozulması olan xəstələrdə istifadə edildikdə dozaya düzəliş tələb olunur ("Böyrək funksiyasının pozulması olan xəstələr", yuxarıda baxın).
Uşaqlar 6-12 yaş arası uşaqlar Tövsiyə olunan gündəlik doza 5 mq (20 damcı) təşkil edir. 2-6 yaş arası uşaqlar Tövsiyə olunan gündəlik doza 2,5 mq təşkil edir. 1,25 mq doza iki qəbul üçün bölünməlidir (gündə iki dəfə 5 damcı). 6 aydan 12 yaşa qədər olan uşaqlarda levosetirizinin istifadəsi ilə bağlı klinik məlumatlar körpələrdə və 2 yaşa qədər uşaqlarda dərmanın istifadəsini əsaslandırmaq üçün kifayət deyil.
İstifadə üsulu Preparat qidanın qəbulundan asılı olmayaraq daxilə istifadə edilir. Levosetil-i qəbul etmək üçün bir qaşıq istifadə edilməlidir. Lazım olarsa, preparatın dozası suda həll oluna bilər. Damcıları suda həll edərək, xüsusən də uşaqlarda istifadə edildikdə, damcıların əlavə olunduğu suyun həcminin xəstənin qəbul edə biləcəyi suyun həcmi ilə mütənasib olması nəzərə alınmalıdır.
Həll olunmuş məhlul dərhal qəbul olunmalıdır. Damcıları sayarkən, şüşə şaquli (tərs) tutulmalıdır. Damla axını kəsildikdə və lazımı dozanı ölçmək mümkün olmadıqda, şüşə yenidən şaquli vəziyyətə qaytarılmalı, sonra yenidən çevrilməli və damcıların sayılmasına davam edilməlidir. İstifadə müddəti İntermittiv allergik rinit üçün müalicə (simptomlar həftədə dörd gündən az və ya ildə 4 həftədən az müddətdə müşahidə olunur) xəstəliyə və anamnezə müvafiq olaraq aparılmalıdır; simptomlar ləğv olduqdan sonra müalicə dayandırıla bilər və simptomlar yenidən yarandıqdan sonra bərpa edilə bilər.
Persistedici allergik rinitdə (simptomlar həftədə dörd gündən çox və ya ildə dörd həftədən çox müşahidə olunur) xəstəyə allergenlərə məruz qalma müddətində davamlı terapiya təklif oluna bilər. Levosetirizindən ən azı 6 ay davam edən istifadənin klinik təcrübəsi mövcuddur. Xroniki övrə və xroniki allergik rinitdə setirizin (rasemat) bir ilə qədər istifadəsi ilə bağlı klinik təcrübə mövcuddur.