Bitib
Stokda olanda mənə xəbər verin.Lidokain Hidroxlorid, beynəlxalq patentləşdirilməmiş adı: Lidocaine
Təsiredici maddə: 1 ampulda (5 ml) 50 mq və ya 1 ampulda (2 ml) 40 mq lidokain hidroxlorid (lidokain hidroxlorid monohidrat şəklində) vardır.
İnfiltrasion, keçirici (sinirlərin blokadaya alınması) və epidural anesteziya. Əl və ayaq barmaqlarının, qulaqların, burunun və kişi cinsiyyət orqanının anesteziyası və adrenalinin istifadəsi əks göstəriş olan digər hallar.
Dərman preparatının tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı və ya anamnezdə digər yerli anesteziyaedici amid preparatlara qarşı hiperhəssaslıq. Anamnezdə lidokainin yeridilməsinə qarşı epileptiform qıcolmaların qeyd olunması; ağır arterial hipotenziyadan əziyyət çəkən pasiyentlərdə, kardiogen və ya hipovolemik şok qeyd olunan pasiyentlərdə epidural anesteziya üçün lidokainin istifadəsi yolverilməzdir; əl və ayaq barmaqlarının, qulaqların, burunun, kişi cinsiyyət orqanının anesteziyası zamanı preparatın adrenalinlə birlikdə istifadəsi; uşaq yaşlı pasiyentlər – 20 mq/ml məhlul üçün, 1 yaşa qədər uşaqlar – 10 mq/ml məhlul üçün. Bundan əlavə, anesteziyanın bu və ya digər növünün aparılması üçün ümumi əks göstərişləri nəzərə almaq lazımdır.
Lidokainin hamilə qadınlarda istifadəsi barədə heç bir adekvat məlumat yoxdur. Lidokain plasentar baryerdən keçir. Lidokain bir çox hamilə qadınlarda və reproduktiv yaş dövründə olan qadınlarda istifadə edilməmişdir. Lidokainin reproduktiv proseslərin pozulmasına (məsələn, inkişaf qüsurlarının tezliyinin yüksəlməsi və ya dölə hər hansı birbaşa və ya dolayı təsiri) təsiri barədə heç bir məlumat yoxdur. Bununla belə, insan üçün risk sona qədər müəyyən edilməmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlarda lidokainin hamiləliyin gedişinə, embrio-fetal inkişafa, doğuşun gedişinə və postnatal inkişafa təsiri barədə tam məlumat yoxdur. Preparatı hamilə qadınlarda qısa müddət ərzində istifadə etdikdə, müalicənin ana üçün gözlənilən faydasını və döl üçün potensial riski hərtərəfli qiymətləndirmək lazımdır. Lidokainin istifadəsi ilə aparılan paraservikal və ya pudental blokada döldə bradikardiya və ya taxikardiya kimi reaksiyaların baş vermə riskini yüksəldir. Bu səbəbdən, döldə ürək yığılmalarının tezliyinə nəzarət edilməlidir. Lidokain az miqdarda ana südünə nüfuz edir. Tövsiyə olunan dozalarda istifadə edildikdə, uşağa təsir ehtimalı azdır. Bununla belə, laktasiya dövründə lidokainin istifadəsi üçün zərurət yarandığı halda, uşaqda allergik reaksiyanın meydana çıxma ehtimalını nəzərə alaraq, müalicənin fayda və risk nisbətini qiymətləndirmək lazımdır.
Uşaqlarda preparatın dozası, pasiyentin yaşına və fiziki vəziyyətinə müvafiq, korreksiya olunmalıdır. 1 yaşdan yuxarı uşaqlara məhlul 10 mq/ml dozada təyin olunur; 4 yaşa qədər uşaqlarda preparatı xüsusi ehtiyatla istifadə etmək lazımdır; konsentrasiyası 20 mq/ml olan məhlul uşaqlarda istifadə etmək üçün nəzərdə tutulmamışdır.
Dozadan və yeridilmə üsulundan asılı olaraq, lidokain hərəki fəaliyyətə və koordinasiyaya qısamüddətli təsir göstərə bilər. Yerli anesteziya nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdə istifadə olunan bədən hissələrinin funksiyalarına təsir etdiyi halda, bu növ fəaliyyətlə məşğul olmaqdan imtina etmək lazımdır. Anesteziyaya məruz qalmış bədən hissəsinin funksiyaları tam bərpa olunduqdan sonra, iş fəaliyyətinin bərpa edilməsi mümkündür.
Yerli anesteziya aparıldıqda, preparatın dozalanma rejimi anesteziyanın növündən və operativ müdaxilənin xarakterindən asılı olaraq müəyyən olunur. Lidokain hidroxloridin yeridilməsi, regionar anesteziyanın aparılması təcrübəsinə malik olan həkimlər tərəfindən (və ya onların nəzarəti altında) həyata keçirilməlidir. Lidokain hidroxloridin 10 mq/ml dozada məhlulu böyüklərə və 1 yaşdan yuxarı uşaqlara təyin olunur, konsentrasiyası 20 mq/ml olan məhlul yalnız böyüklərin istifadəsi üçün nəzərdə tutulmuşdur. İnfiltrasion anesteziya üçün 30 ml-ə qədər, konsentrasiyası 10 mq/ml olan məhlul istifadə olunur. Əl və ayaq barmaqlarının, penisin, qulaqların və burunun ağrısızlaşdırılması üçün yalnız, tərkibində adrenalin olmayan və konsentrasiyası 10 mq/ml olan 2-3 ml lidokain məhlulu istifadə olunur. Keçirici anesteziya məqsədi ilə böyüklər üçün maksimal ümumi dozanı aşmamaq şərti ilə 10 mq/ml və 20 mq/ml konsentrasiyalı məhlullardan istifadə edilir; stomatoloji təcrübədə 1-5 ml 20 mq/ml dozada məhlul istifadə olunur. Paraservikal anesteziya aparıldıqda, hər tərəfə 10 mq/ml dozada 10 ml (100 mq) məhlul yeridilməlidir. Epidural anesteziya üçün: bel nahiyəsinin anesteziyası – 10 mq/ml dozada 25-40 ml; döş nahiyəsinin anesteziyası – 10 mq/ml dozada 20-30 ml; cərrahiyədə oma nahiyəsinin anesteziyası – 10 mq/ml dozada maksimum 40 ml; mamalıq təcrübəsində oma nahiyəsinin anesteziyası – 10 mq/ml dozada 20-30 ml. Preparatın maksimal tövsiyə olunan ümumi dozası: 10 mq/ml üçün – 40 ml (400 mq), 20 mq/ml üçün – 20 ml (400 mq). Tələb olunan effektin əldə olunmasını təmin edən ən aşağı dozanı yeritmək lazımdır. Uşaqlar, böyrək və qaraciyər funksiyası pozulmuş, yaşlı pasiyentlər üçün doza aşağı salınmalıdır.