Добавить в любимое
Делиться

Magne B6 N60 Tb

Код продукта : 111-25912
İstehsalçı ölkə : Fransa
0 Комментарий Комментарий
КоллекцияЦена сигнализации

Maqne B6, örtüklü tabletlər

Maqne B6, beynəlxalq patentləşdirilməmiş adı: yoxdur

Maqne B6 tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 470 mq maqnezium laktat dihidrat (48 mq maqneziuma bərabərdir), 5 mq piridoksin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Müəyyən edilmiş maqnezium çatışmazlığı. Bir aylıq müalicədən sonra yaxşılaşma qeyd olunmadıqda müalicənin davam etdirilməsi məqsədəuyğun deyil.

Əks göstərişlər

Preparatın tərkib hissələrinə qarşı yüksək həssaslıq; ağır dərəcəli böyrək çatışmazlığı (kreatininin klirensi 30 ml/dəq-dən aşağı); 6 yaşa qədər uşaqlar; fruktozaya qarşı dözümsüzlük; qlükoza-qalaktoza malabsorbsiya sindromu; saxaraza-izomaltaza çatışmazlığı; levodopanın yanaşı istifadəsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə yalnız zəruri olduqda və həkimin təyinatı ilə istifadə olunmalıdır. Laktasiya dövründə maqnezium ana südünə keçdiyindən, qəbulundan qaçınmaq tövsiyə olunur.

Pediatriyada istifadəsi

Tabletlər yalnız 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur. 6 yaşdan yuxarı (bədən çəkisi 20 kq-dan çox olan) uşaqlara gündə 4–6 tablet verilir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir göstərmir. Xüsusi tövsiyələr yoxdur.

Maqne B6 istifadə qaydası

Tabletlər qida qəbulu zamanı 1 stəkan su ilə qəbul edilir.
– Böyüklər: gündə 6–8 tablet, 2–3 dəfəyə bölünməklə
– Uşaqlar (6 yaşdan yuxarı): gündə 4–6 tablet
Maqneziumun qanda səviyyəsi normallaşdıqdan sonra müalicə dayandırılmalıdır.

Фильтры продуктов
Код продукта поставщика:111-25912
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce