Добавить в любимое
Делиться

Magnerot 500 Mq N20 Tb

Код продукта : 111-06057
İstehsalçı ölkə : Almaniya
1 Комментарий Комментарий
КоллекцияЦена сигнализации

MAQNEROT, tabletlər

MAQNEROT tərkibi

MAQNEROT tərkibi, 1 tabletin tərkibində 500 mq maqnezium orotat dihidrat (32,8 mq və ya 1,35 mmol maqnezium) vardır.

Maqnerot, istifadəsinə göstərişlər

Maqnezium çatışmazlığı, əzələ aktivliyinin pozğunluqlarına səbəb olduqda (sinir-əzələ pozğunluqları, baldır əzələsinin qıcolmaları).

Əks göstərişlər

Təsiredici maddəyə və ya “Tərkibi” bölməsində sadalanan köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq, böyrək funksiyasının ağır pozğunluğu, miasteniya gravis və ürək keçiricilik sisteminin kollapsı halında (AV blokada).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə maqnezium əlavəsi ilə aparılan epidemioloji tədqiqatlar maqneziumun hamiləliyə və döl/yenidoğulmuşların sağlamlığına mənfi təsirlərinin olduğunu göstərməmişdir. Maqnerot hamiləlik və laktasiya dövründə göstəriş olduqda, terapevtik dozalarda istifadə edilə bilər.

İstifadə qaydası və dozası

Tabletlər az miqdarda maye ilə daxilə qəbul edilməlidir. 7 gün ərzində gündə 3 dəfə 2 tablet (196,8 mq və ya 8,1 mMol maqnezium), sonra isə gündə 2–3 dəfə 1 tablet təyin edilir (98,4 mq və ya 4,05 mMol maqnezium). Müalicə kursu 4–6 həftədən az olmamalıdır. Təkrar kurslar həkimlə məsləhətləşdikdən sonra aparıla bilər. Baldır əzələlərinin gecə qıcolmalarında gecələr 2–3 tablet qəbul etmək məsləhət görülür.

Фильтры продуктов
Код продукта поставщика:111-06057
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce