Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 850 mq metformin hidroxlorid vardır (662,8 mq metforminə ekvivalent).
Metformin Denk 850 şəkərli diabet in müalcəsində istifadə edilən biquanidlər qrupundan olan preparatdır. İnsulin mədəaltı vəzi tərəfindən ifraz edilən orqanizmin qandan qlükoza almasını təmin edən hormondur. Orqanizm ehtiyat kimi daha sonra istifadə edir. Diabet xəstəliyi olanlarda mədəaltı vəzi kifayət qədər insulin ifraz etmir və ya orqanizm insulini düzgün istifadə edə bilmir.
Bu da qanda qlükoza səviyyəsinin arması ilə nəticələnir. - 2-ci tip şəkərli diabet xəstələrində monoterapiya zamanı qanda şəkərin səviyyəsinə nəzarəti gücləndirmək məqsədilə, idman və pəhrizə əlavə olaraq. - Böyüklərdə Metformin Denk 850 örtüklü tabletlər monoterapiya olaraq və ya digər oral antidiabetik preparatlarla və ya insulinlə birlikdə istifadə edilə bilər. - 10 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə Metformin Denk 850 monoterapiya olaraq və ya insulinlə birlikdə istifadə edilə bilər.
- Pəhrizin uğursuz olduğu halda birinci dərəcəli terapiya olaraq metformin hidroxlorid ilə müalicə olunan 2-ci tip diabetli artıq çəkili xəstələrdə diabetik fəsadların azaldığı müşahidə edilmişdir.
- Metformin və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq. - Qaraciyər çatışmazlığı. - Böyrəklərin funksiyasının ciddi pozğunluqları. - İdarəoluna bilməyən diabet, məsələn, kəskin hiperqlikemiya (qanda qlükoza miqdarının yüksəlməsi), ürəkbulanma, qusma, diareya, sürətli çəki itkisi, laktoasidoz və ya ketoasidoz olduqda.
Ketoasidoz keton cisimciklərinin qanda toplanması və diabetik prekomaya səbəb olan haldır. Simptomlarına mədə ağrısı, sürətli və dərin nəfəsalma, yuxululuq və ya qeyri -adi meyvə ətirli nəfəs aiddir. - Uzunmüddətli və ya kəskin diareya və ya qusma ilə əlaqəli dehidratasiya (bədənin normadan artıq su itirməsi). Dehidratasiya laktoasidoz riskini artıran böyrək problemlərinə səbəb ola bilər.
- Tənəffüs sisteminin və böyrəklərin kəskin infeksion xəstəlikləri. - Kəskin ürək çatışmazlığından müalicə alırsınızsa və ya yaxın keçmişdə miokard infarktı keçirtmisinizsə, qan dövranında ciddi problemlər (məsələn, şok) və ya tənəffüs çətinliyi varsa. Bu, laktasidoz riskini artırmaqla toxumalarda oksigen çatışmazlığına səbəb ola bilər. -Alkoqolizm.
Yuxarıdakılardan hər hansı biri olduqda dərmanı qəbul etməzdən əvvəl həkimə müraciət edin. Həkim məsləhəti alın, əgər: - Rentgen və ya şüa diaqnostikası zamanı yod tərkibli kontrast maddəl ərdən istifadəyə ehtiyac olarsa. - Ağır cərrahi əməliyyatda. Müayinə və ya əməliyyatdan əvvəl və sonra Metformin Denk 850 qəbul u bir müddət dayandırılmalıdır.
Bu müddət ərzində başqa müalicəyə ehtiyac olub-olmamasına həkim qərar verəcəkdir. Həkimin göstərişlərinə dəqiq əməl etmək vacibdir.
Hamiləlikdə şəkərli diabetin müalicəsində insulinə ehtiyac ola bilər. Hamiləlikdə və ya hamiləlik planlaşdırıldıqda müalicənin dəyişdirilməsi üçün həkimə müraciət edilməlidir. Hamiləlik planladıqda, hamiləlikdə və ya laktasiya dövründə bu preparatın istifadəsi tövsiyə olunmur.
Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır. Metformin Denk 850 təklikdə hipoqlikemiyaya səbəb olmadığı üçün nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir. Lakin, take special Metformin Denk 850 ilə digər diabetəleyhinə preparatların (sulfonilurlar, insulin, meqlitinidlər) birgə istifadəsi hipoqlikemiyaya səbəb ola bildiyi üçün diqqətli olmaq lazımdır. Hipoqlikemiya simptomları olduqda nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetməkdən çəkinin.
Bu preparat, yalnız həkim məsləhəti ilə qəbul edilməlidir. Əmin olmadıqda həkim və ya əczaçı ilə məsləhətləşin. Metformin Denk 850 həyat keyfiyyətinə təsir etmir. Həkimin tövsiyə etdiyi pəhriz və hərəkətlərə əməl edin.
Lazımlı dozaya qədər tənzimləməni asanlaşdırmaq üçün 500 mq və 1000 mq metformin hidroxlorid tərkibli örtüklü tabletlər də mövcuddur. Tövsiyəolunan doza 10 yaşından böyük uşaqlarda və yeniyetmələrdə adətən gündə 1 dəfə 500 m q və ya 850 m q Metformin Denk-dir. Gündəlik maksimum doza 2 -3 dəfəyə bölünməklə 2000 mq-dır. 10-12 yaşlı uşaqların müalicəsində istifadəsi ilə əlaqədar təcrübələr məhdud olduğu üçün yalnız həkimin xüsusi məsləhətilə tövsiyə olunur.
Böyüklərdə adətən gündə 2-3 dəfə 500 mq və ya 850 mq Metformin Denk-dir. Gündəlik maksimum doza 3 dəfəyə bölünməklə 3000 mq-dır. Böyrək funksiyası pozğunluğu olduqda, həkim daha aşağı doza təyin edə bilər. Eyni zamanda insulin istifadə olunursa, Metformin Denk 850-nin istifadə qaydası həkim tərəfildən bildirilməlidir.
Nəzarət • Qanda qlükozanın miqdarı müntəzəm olaraq yoxlanlmalı və Metformin Denk 850 -nin dozası buna müvafiq həkim tərəfindən uyğunlaşdırılmalıdır. Həkim lə mütəmadi olaraq əlaqə saxlayın. Xüsusilə uşaqlarda və yeniyetmələrdə və dahalarda bu vacibdir. • İldə 1 dəfə böyrəklərin funksiyası həkim tərəfindən yoxlanılmalıdır.
Böyrək funksiyası pozğuluğu olan xəstələrdə və yaşlılarda buna daha çox ehtiyac ola bilər. İstifadə qaydası Metformin Denk 850 yeməklə və ya yeməkdən sonra qəbul edilir. Bu həzm sistemində yarana biləcək əlavə təsirlərin qarşısını alır. Tabletləri əzmək və çeynəmək olmaz.
1 stəkan su ilə qəbul edin. • Əgər gündə 1 doza təyin olunarsa, səhər qəbul edilməlidir; • Əgər gündə 2 doza təyin olunarsa, səhər və axşam qəbul edilməlidir; • Əgər gündə 3 doza təyin olunarsa, səhər, günorta və axşam qəbul edilməlidir. Metformin Denk 850-nin bəzən güclü və ya zəif təsir etdiyini düşünürsü nüzsə, bu zaman həkimə və ya əczaçıya müraciət edin.