Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq fenilefrin hidroxlorid vardır.
- Arterial hipotenziya; - Şok (travmatik, toksik); - Vazodilatatorların doza həddinin aşılması zamanı damar çatışmazlığı; - Yerli anesteziyanın aparılması zamanı vazokonstriktor kimi.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Arterial hipertenziyaların bütün növləri, kardioskleroz, halotan və ya siklopropan narkozu, hipertrofik kardiomiopatiya, feoxromositoma, mədəciklərin fibrillyasiyası, damarların okklüziv xəstəlikləri: arterial tromboemboliya, ateroskleroz, obliterasiyaedici trombangiit (Bürger xəstəliyi), Reyno xəstəliyi, donma zamanı damarların spazmlara meyilliyi, diabetik endarteriit, tireotoksikoz, taxiaritmiya, metabolik asidoz, hiperkapniya, hipoksiya, bağlıbucaqlı qlaukoma, aorta mənfəzinin ağır stenozu, kəskin miokard infarktı, porfiriya, qlükoza-6-fosfatdehidrogenaza defisiti, şəkərli diabet. Sidiyin ləngiməsinin yüksək riski olan, prostat vəzin xəstəlikləri olan pasiyentlər. MAO inhibitorları ilə eyni vaxtda istifadə edilməsi və ya onların qəbulu dayandırıldıqdan sonra 14 gün ərzində.
Yaşlı xəstələr.
Preparat hamiləlik və laktasiya dövründə əks göstərişdir. Laktasiya dövründə dərman vasitəsinin istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Dərman vasitəsindən istifadə edən zaman nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək əks göstərişdir.
Dərman vasitəsi böyüklərə venadaxili, əzələdaxili və dərialtı təyin edilir. Kollaps vaxtı venadaxili yeridilmə zamanı dərman vasitəsinin birdəfəlik dozası 0,1-0,3-0,5 ml 1%-li məhlul təşkil edir. Venadaxili yeridilmə zamanı dərman vasitəsinin birdəfəlik dozasını 20 ml 5%-li qlükoza məhlulunda və ya 0,9%-li natrium xlorid məhlulunda durulaşdırılır, yavaş-yavaş şırnaqla yeridilir. Ehtiyac olduqda, yeridilmə təkrar edilə bilər.
Preparatı venadaxili damcı üsulu ilə yeridilməsinə icazə verilir, bunun üçün 1ml 1%-li Mezaton məhlulunu 250-500 ml 5% -li qlükoza məhlulunda həll etmək lazımdır. Əzələdaxili və dərialtı yeridilmə zamanı böyüklər üçün birdəfəlik doza 0,3-1 ml 1%-li məhlul təşkil edir. Yerli anesteziya zamanı 10 ml anestetik məhluluna 0,3-0,5 ml 1%-li məhlul əlavə edilir. “Ləğvetmə sindromu”nun qarşısını almaq üçün preparatın davamlı infuziyasından sonra (dərman vasitəsinin kəsilməsi zamanı arterial təzyiqin təkrar enməsi) dozanı tədricən azaltmaq lazımdır.
Sistolik təzyiq əgər 70-80 mm civə sütununa qədər aşağı düşdükdə, infuziyanı bərpa etmək lazımdır. Əzələdaxili və dərialtı yeridilmə zamanı böyüklər üçün yüksək dozalar: birdəfəlik 10 mq, gündəlik 50 mq. Venadaxili yeridilmə zamanı böyüklər üçün yüksək doza: birdəfəlik 5 mq, gündəlik 25 mq.