Sevimlilərə əlavə edin
Paylaşın

Mikrazim 25000 Iu N20 Cap

Məhsul Kodu : 111-06732
İstehsalçı ölkə : Rusiya
0 Şərh Şərh
15,00 AZN
Kateqoriya: Həzm sistemi
KolleksiyaQiymət Xəbərdarlığı

MİKRAZİM, bərk jelatin kapsullar

MİKRAZİM tərkibi

Təsiredici maddələr: Pankreatin 10000 TV 25000 TV Bağırsaqda həll olan pelletlərin 168 mq* 420 mq* tərkibinə daxil olan pankreatin tozu 125 mq 312 mq aşağıda göstərilən maddələrin aktivliyinə müvafiqdir: proteaza 520 TV 1300 TV amilaza 7500 TV 19000 TV lipaza 10000 TV 25000 TV *- nominal aktivlik hesabı ilə Bağırsaqda həll olan pellet örtüyünə daxil olan

İstifadəsinə göstərişlər

Mədəaltı vəzin xarici sekret or funksiyasının çatışmazlığı zamanı əvəzedici müalicə: xroniki pankreatit, pankreatektomiya, şüalanmadan sonrak ı vəziyyət, dispepsiya, mukovissidoz, meteorizm, qeyri-infeksion mənşəli diareya. Sağlam şəxslərdə qidalanma prosesinin pozulmaları zamanı (yağlı qida, artıq qida, qeyri - müntəzəm qidalanma) həzmi yaxşılaşdırmaq üçün; çeynəmə fun ksiyasının pozğunluqlarında, azhərəkətli həyat tərzində və uzunmüddətli immobilizasiyada; qida mənimsənilməsinin pozğunluqları (mədə və nazik bağırsaqların rezeksiyasından sonrakı vəziyyət). Qarın boşluğu orqanlarının rentgen və ultrasəs muayinəsinə hazırlıq zamanı.

Əks göstərişlər

- preparatın komponentlərinə qarşı yüksək həssaslıq; - kəskin pankreatit; - xroniki pankreatitin kəskinləşməsi.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı pankreatinin istifadəsinin təhlükəsizliyi tam tədqiq olunmayıb. Əgər, preparatın ana üçün faydası döl üçün potensial riskdən üstündür sə, o zaman preparat istifadə edilə bilər.

MİKRAZİM istifadə qaydası və dozası

Preparat Mikrazimin dozası xəstəliyin ağırlıq dərəcəsindən və pəhrizin tərkibindən asılı olaraq fərdi seçilir. Əgər preparatın birdəfəlik dozası 1 kapsuldan çoxdursa, kapsulların ümumi miqdarının yarısını bilavasitə yeməkdən qabaq, digər yarısını yemək zamanı, qeyriqələvi maye (su, meyvə şirəsi) ilə qəbul etmək lazımdır. Birdəfəlik doza 1 kapsul olduqda onu yemək zamanı qəbul etmək lazımdır. Udulma ç ətin olduqda və uşaqlar üçün kapsulu açmaq və pelletləri çeynənməsi tələb olunmayan qidalara (məs.: alma püresi, yoqurt) əlavə etmək olar.

Pelletlərin xırdalanması və ya çeynənilməsi, həmçinin p H 5,5- dən yuxarı olan qidalara əlavə edilməsi, onların mədə şirəsinin təsirindən qoruyan qi şasının dağılmasına səbəb olur. Hazırlanmış qar ışıq dərhal istifadə edilməlidir. Ferment müalicəsi müddətində maye çatışmazlığı qəbizlik törətdiyindən kifayət qədər maye qəbul etmək lazımdır. Mukovissidoz Həyatın birinci ilində olan və 4 yaşdan kiçik uşaqlarda başlanğıc doza hər qida qəbulu zamanı bədən çəkisinin hər kiloqramına 1000 TV lipaza, 4 yaşdan yuxarı uşaqlara hər kiloqram çəkiyə 500 TV lipaza təşkil edir.

Doza xəstəliyin ağırlıq dərəcəsindən, steatoreyanın və nutritiv statusun nəzərəçarpma dərəcəsindən asılı olaraq fərdi seçilir. Əksər xəstələr üçün saxlayıcı doza sutkada bədən çəkisinin hər kiloqramına 10 000 TV lipazanı aşmamalıdır. Mədəaltı vəzin ekzokrin çatışmazlığının digər formaları Xroniki pankreatitli xəstələrdə əvəzedici müalicə zamanı fermentlərin dozası xarici sekretor çatışmazlığın dərəcəsindən və xəstənin fərdi qida vərdişlərindən asılıdır. Steatoreya zamanı (sutkalıq nəcisdə yağ 15 q- dan çox olduqda), həmçinin pəhrizin əsaslı effekt vermədiyi halda, ishal və bədən çəkisinin azalması mövcud olduqda – hər qida qəbulunda 25000 təsir vahidi lipaza təyin olunur.

Lazım gəldikdə və yaxşı keçirildikdə doza bir qəbulda 30000– 35000 TV lipazaya qədər artırılır. Dozanın sonrakı artımı əksər hallarda müalicənin nəticələrini yaxşılaşdırmır və diaqnoza, rasionda yağların azaldılmasına və/və ya əlavə preparatların – proton nasosu inhibitorlarının təyininə təkrar baxışı tələb edir. İshal və bədən çəkisinin azalması ilə müşayiət olunmayan yungül steatoreya zamanı 10000 – 25000 TV bir qəbulda təyin olunur. Uşaqlar üçün yolveriləbilən s utkalıq doza: 1.5 yaşa qədər –50000TV; 1.5 yaşdan yuxarı uşaqlarda – 100000TV.

Pankreatinin qəbulu bir neçə gün (həzmin pozulması zamanı), və ya bir neçə ay və ya il (uzunmüddətli əvəzedici müalicə zamanı) davam etdirilə bilər.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06732

Oxşar Məhsullar

ACIDELOX (MAALOX) N30 SASHE
26,50 AZN -%0
26,50AZN
Active Flora Baby 5 ml Damla
18,00 AZN -%0
18,00AZN
Adehep 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Adehep 400MG N5 Amp
49,90 AZN -%0
49,90AZN
Ademta 400 Mq N20 Tablet
45,40 AZN -%0
45,40AZN
Ademta 400 Mq N5 Ampula
49,90 AZN -%0
49,90AZN
Adeomaks N30 Tablet
57,80 AZN -%0
57,80AZN
Aflib N20 Tablet
41,00 AZN -%0
41,00AZN
Aktivləşdirilmiş Kömür 250 Mq N10 Tablet
0,35 AZN -%0
0,35AZN
Algipak Duo 200 ml Suspenziya
29,40 AZN -%0
29,40AZN
Alkala N 150 ml Toz
21,77 AZN -%0
21,77AZN
Alloxol N10 Tablet
0,70 AZN -%0
0,70AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce