Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MILDRONAT 10% 5ML N10 AMP

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-06656
Reseptlə satılır
İstehsalçı ölkə: Latviya
18,22 AZN
Daha çox Sinir sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MİLDRONAT, 0,5 q/5 ml inyeksiya üçün məhlul

MİLDRONAT tərkibi

Təsiredici maddə: 1 ampulda (5 ml) 500,0 mq meldonium dihidrat vardır.

İstifadəsinə göstərişlər

Aşağıdakı hallarda kompleks müalicədə istifadə edilir:

− ürəyin işemik xəstəliyi (ÜİX) (stenokardiya, miokard infarktı), xronik ürək çatışmazlığı (XÜÇ) və dishormonal kardiomiopatiya;

− beyin qan dövranının kəskin və xronik pozulmaları (beyin insultları və serebro-vaskulyar çatışmazlığı);

− hemoftalm və torlu qişaya müxtəlif etiologiyalı qansızmalar, torlu qişanın mərkəzi venasının və onun budaqlarının trombozu, müxtəlif etiologiyalı retinopatiyalar (diabetik, hipertonik);

− zəif iş qabiliyyəti, fiziki gərginlik;

− xronik alkoqolizmdə abstinensiya sindromu (alkoqolizmin spesifik müalicəsi ilə kombinasiya şəklində).

Əks göstərişlər

Meldonium dihidrata qarşı yüksək həssaslıq. Kəllədaxili təzyiqin yüksəlməsi (venoz axınının pozulmasında, kəllədaxili şişlərdə). Ağır böyrək və/və ya qaraciyər çatışmazlığı (istifadənin təhlükəsizliyi barədə kifayət qədər məlumat yoxdur).

Hamiləlik və laktasiya dövründə istifadəsi

18 yaşa qədər uşaqlar (istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir). Yuxarıda qeyd edilən xəstəliklər və hallar müşahidə edildikdə, pasiyent həkimə məlumat verməlidir.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri Qaraciyərin və/və ya böyrəklərin xroniki xəstəlikləri olan pasiyetlərdə preparatı istifadə etdikdə ehtiyatlı olmaq lazımdır (qaraciyər və böyrək funksiyalarını yoxlamaq vacibdir).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Preparat, uzunmüddətli təsir göstərən nitratlarla və stabil gərginli stenokardiyanın müalicəsi üçün istifadə olunan digər antiangial vasitələrlə, ürək qlikozidləri ilə və ürək çatışmazlığının müalicəsi üçün istifadə edilən diuretik vasitələrlə eyni vaxtda istifadə etmək olar. Meldoniumun antikoaqulyatlarla, antiaqreqantlarla, antiaritmik vasitələrlə və mikrosirkulyasiyanı yaxşılaşdıran preparatlarla kombinə etmək mümkündür. Preparat, tərkibində qliseriltrinitrat olan preparatların, nifedipinin, β-adrenoblokatorların, digər hipotenziv vasitələrin və periferik vazodilatatorların təsirini gücləndirə bilər. Simptomların azalması üçün meldonium və lizinoprili eyni vaxtda qəbul edən xronik ürək çatışmazlığı olan pasiyentlərdə kombinə olunmuş müalicənin müsbət təsiri aşkar edilmişdir (baş arteriyaların vazodilatasiyası, periferik qandövranının və həyatın keyfiyyətinin yaxşılaşması, psixoloji və fiziki stressin azalması). İşemiya/reperfuziya ilə törədilmiş zədələnmələri aradan qaldırmaq üçün meldoniumu orot turşusu ilə kombinasiya şəklində istifadə etdikdə əlavə farmakoloji effekt müşahidə olunmuşdur. Dəmir defisiti ilə törədilmiş anemiya ilə pasiyentlərdə Sorbifer və meldoniumun eyni zamanda istifadəsinin nəticəsində qırmızı qan hüceyrələrində yağ turşularının tərkibi yaxşılaşmışdır. Meldonium azidotimidinlə (AZT) törədilmiş ürəyin patoloji dəyişikliklərinin aradan qaldırmasına kömək edir və mitoxondrilərin disfunksiyasına gətirən AZT ilə törədilmiş oksidləşmə stressin reaksiyalarına qarşı vasitəli təsir göstərir ki, bu da, AZT ilə və ya qazanılmış immunçatışmazlığı sindromunun (QİÇS) müalicəsi üçün digər preparatlar ilə kombinasiya şəklində meldoniumdan istifadə QİÇS-in müalicəsinə müsbət təsir göstərir. Etanol ilə törədilmiş müvazinət refleksinin itirilməsi testində meldonium yuxunun davametmə müddətini azaltmışdır. Pentilentetrazolla törədilmiş qıcolmalar zamanı meldoniumn qıcolmaəleyhinə nəzərəçarpacaq təsiri qeyd edilib. Öz növbəsində meldoniumdan müalicədən əvvəl α2- adrenoblokatorları, yoximbini 2 mq/kq dozada və azot oksidin sintaza inhibitorunu (COA) N-(G)- nitro-L-arginini 10 mk dozada istifadə etdikdə, meldoniumun qıcolmaəleyhinə təsiri tam blokadaya alınır. Meldonium ilə doza həddinin aşılması siklofosfamidlə törədilmiş kardiotoksikliyi gücləndirə bilər.

D-karnitini (meldoniumun farmakoloji qeyri-aktiv izomeri) istifadə etdikdə əmələ gələn karnitin defisiti ifosfamidlə törədilmiş kardiotoksikliyi gücləndirə bilər. Meldonium indinavirlə törədilmiş kardiotoksiklik halında və efavirenzlə törədilmiş neyrotoksiklik halında qoruyucu təsir göstərir. Tərkibində meldonium olan digər preparatlarla eyni vaxtda istifadə etmək məsləhət görülmür, belə ki, əlavə təsirlərin yaranması riski arta bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi Hamiləliyə, embrionun və dölün inkişafına, doğuşa və doğuşdan sonrakı inkişafına meldoniumun təsirini qiymətləndirmək üçün heyvanlar üzərində tədqiqatlar kifayət deyil. İnsan üçün potensial risk məlum deyil. Hamiləlik dövrü preparatı istifadə etməyə əks göstərişdir. Heyvanlar üzərində aparılan tədqiqatlardan əldə olunmuş məlumatlar, meldoniumun ana südü ilə xaric olunmasını göstərir. Preparatın insanın ana südü ilə xaric olunması məlum deyil. Yenidoğulmuş/körpə üçün risk istisna olunmur, buna görə laktasiya dövründə bu preparatı istifadə etmək olmaz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və hərəkət edən mexanizmləri idaetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.

MİLDRONAT istifadə qaydası və dozası

Mümkün stimullaşdırıcı effektlə bağlı günün birinci yarısında istifadə etmək məsləhət görülür. Preparatı istifadə etdikdə yeridilmədən əvvəl xüsusi hazırlıq nəzərdə tutulmur. Ürək-damar xəstəlikləri (ÜİX, XÜÇ, dishormonal kardiomiopatiya) Kompleks müalicənin tərkibində gündə 0,5-1,0 q meldonium (0,5 q/5 ml inyeksiya üçün 5-10 ml məhlul) venadaxili, bütün doza dərhal istifadə edilir və ya doza, iki qəbul üçün bölünüb 10-14 gün ərzində istifadə edilir, sonra daxilə qəbul formasına keçilir. Müalicənin ümumi kursu 4-6 həftə təşkil edir. Beyin qan dövranının pozulması Kəskin fazada 10 gün ərzində gündə 1 dəfə 0,5 q venadaxili, sonra preparatın daxilə qəbuluna keçilir. Müalicənin ümumi kursu 4-6 həftə təşkil edir. Xronik pozulmalar zamanı preparatın peroral forması istifadə edilir. Təkrar kurslar (adətən ildə 2-3 dəfə) həkim məsləhətindən sonra mümkündür. Damar patologiyası və torlu qişanın distrofik xəstəlikləri 0,5 q/5 ml inyeksiya üçün 0,5 ml məhlul 10 gün ərzində parabulbar yeridilir. Zəif iş qabiliyyəti, fiziki gərginlik Gündə 1 dəfə 0,5 q venadaxili. Müalicə kursu 10-14 gündür. Ehtiyac olduqda müalicə 2-3 həftədən sonra təkrarlanır. Xronik alkoqolizm Gündə 2 dəfə 0,5 q venadaxili. Müalicə kursu 7-10 gün təşkil edir. Yaşlı pasiyentlər Qaraciyər və/və ya böyrək funksiyasının pozulması olan yaşlı pasiyentərdə dozanın azalması mümkündür. Böyrək funksiyasının pozulması olan pasiyentlər Nəzərə alsaq ki, preparat orqanizmdən böyrəklər vasitəsilə xaric olunur, yüngül dərəcədən orta ağırlıq dərəcəyədək böyrək funksiyasının pozulması olan pasiyentlərdə meldoniumun kiçik istifadə etmək lazımdır. Qaraciyər funksiyasının pozulması olan pasiyentlər Yüngül dərəcədən orta ağırlıq dərəcəsinədək qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə meldoniumun kiçik dozasını istifadə etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.