Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda 250 mq və ya 500 mq meldonium dihidrat vardır.
Aşağıdaki hallarda kompleks müalicənin tərkibində: − ürək və qan-damar sisteminin xəstəlikləri: stabil gərginlik stenokardiyası, xroniki ürək çatışmazlığı (NYHA-nın I-III funksional sinfi), kardiomiopatiya, ürəyin və qan-damar sisteminin fəaliyyətinin funksional pozuntusu; − beyin qan dövranının kəskin və xronik işemik pozuntuları; − iş qabiliyyətinin azalması, fiziki və psixoemosional gərginlik; − beyin qan dövranının pozulmasından, beyin travmasından və ensefalitdən sonrakı bərpa dövrü.
- Preparatın istənilən komponentinə qarşıyüksək həssaslıq; - ağır böyrək və/və ya qaraciyər çatışmazlığı (istifadənin təhlükəsizliyi barədə kifayət qədər məlumat yoxdur). - hamiləlik və laktasiya dövrü. - 18 yaşa qədər uşaqlar (istifadəsinin təhlükəsizliyi tədqiq edilməmişdir). Pasiyentdə yuxarıda sadalanan xəstəliklər və ya hallar qeyd edildikdə, bu barədə həkimə məlumat vermək lazımdır.
Hamiləlik Hamiləliyə, embrionun/dölün inkişafına, doğuşa və doğuşdan sonrakı inkişafına meldoniumun təsirini qiymətləndirmək üçün heyvanlar üzərində tədqiqatlar kifayət deyil. İnsan üçün potensial risk məlum deyil, bu səbəbə görə hamiləlik dövründə preparatı istifadə etmək olmaz. Laktasiya Heyvanlar üzərində aparılan tədqiqatlardan əldə olunmuş məlumatlar, meldoniumun ana südü ilə xaric olunmasını göstərir. Preparatın insanın ana südü ilə xaric olunması məlum deyil.
Yenidoğulmuş/körpə üçün risk istisna olunmur, bu səbəbə görə laktasiya dövründə bu preparatı istifadə etmək olmaz.
Nəqliyyat vasitəsini və hərəkət edən mexanizmləri idaetmə qabiliyyətinə mənfi təsiri barədə məlumat yoxdur.
Daxilə qəbul edilir. Mümkün tonuslandırıcı effektilə əlaqədar günün birinci yarısında istifadə etmək məsləhət görülür. Ürək və qan-damar xəstəlikləri, beyin qan dövranının pozulması Böyüklərə gündə 500-1000 mq (250 mq-lıq 2-4 kapsul və ya 500 mq-lıq 1-2 kapsul) təyin edilir, bütün doza ya bir dəfəyə, ya da 2 qəbula bölünməklə istifadə edilir. Maksimal sutkalıq doza 1000 mq təşkil edir.
İş qabiliyyətinin zəifləməsi, yüklənmə və sağalma dövrü Doza gündə 500 mq (250 mq-lıq 2 kapsul və ya 500 mq-lıq 1 kapsul) təşkil edir. Sutkalıq dozanı birdəfəyə və ya 2 bərabər dozaya bölməklə qəbul etmək olar. Maksimal sutkalıq doza 500 mq təşkil edir. Müalicə kursunun müddəti 4-6 həftə təşkil edir.
Müalicə kursunu ildə 2-3 dəfə təkrar etmək mümkündür. Qaraciyərin və/ya böyrəklərin fəaliyyətinin çatışmazlığı olan pasiyentlərdə meldoniumun dozasını azaltmaq vacibdir. Qaraciyərin və/ya böyrəklərin fəaliyyətinin çatışmazlığı olan yaşlı pasiyentlərdə meldoniumun dozasını azaltmaq vacibdir. 18 yaşa qədər uşaqlarda meldoniumun istifadəsinin təhlükəsizliyi və effektivliyi barədə məlumat olmadığı üçün istifadə etmək olmaz.
Preparatın qəbulu unudulduqda, dərhal ötürülmüş dozanı qəbul etmək lazımdır. Ötürülən dozanı əvəz etmək üçün ikiqat doza qəbul etmək olmaz. Qəbulu həkim məsləhəti üzrə davam etmək lazımdır.