Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 q məhlulun tərkibində 0,5 mq mometazon furoat monohidrat vardır.
Momezon sprey böyükl ərdə və 3 yaşdan yuxarı uşaqlarda mövsümi v ə ya ilboyu allergik rinitin müalicə və profilaktikasında istifadə olunur. • Mövsümi v ə ya ilboyu allergik rinitin simptomlarının aradan qaldırılması m əqsədilə istifadə olunur. • Mövsümi allergik rinitlə əlaqəli burun tutulmasının aradan qaldırılması məqsədilə istifadə olunur. Momezon sprey 18 yaşdan böyük olan ş əxslərdə burun polipl ərinin, h əmçinin bu patologiya il ə müşayiət olunan qoxubilmə qabiliyyətinin itməsi və burun tutulmasının müalicəsində istifadə olunur.
Preparatın h ər hansı bir komponentin ə qarşı yüks ək h əssaslıq. Mometazon furoat burunun selikli qişasında yerli müalic ə edilməmiş infeksiyaların mövcudluğu zamanı istifadə edilməməlidir. Kortikosteroidlərin yaraların sa ğalmasına inhib əedici t əsiri olduğundan, yaxın keçmişd ə travma və ya cərrahi əməliyyat keçirmiş şəxslərdə Momezon burun spreyi istifadə olunmamalıdır.
Hamilə qadınlarda mometazon furoat burun spreyinin tətbiqinə dair yaxşı nəzarət olunan tədqiqatlar mövcud deyil. Klinik məqsədlə mometazonun müvafiq dozalarda burundaxili tətbiqindən sonra onun plazma konsentrasiyası mü əyyən edilm əyib. Ümumilikdə mometazonun dölə ehtimal olunan t əsiri əhəmiyyət daşımadığı v ə reproduktiv funksiyaya z əiflədici potensialı çox cüzi olduğu q əbul edilib. İnsanda nəsilvermə qabiliyyətinə təsiri haqqında sübutlanmış dəlillər mövcud deyil.
Digər burundaxili kortikosteroidl ərin istifadəsində olduğu kimi, ana üçün potensial fayda sı ana, döl və ya südəmər körpə üçün ehtimal olunan potensial riskd ən yüks ək olma dıqda Momezon burun spreyi hamil əlikdə və laktasiya dövründ ə tətbiq edilm əməlidir. Hamil əlik dövründ ə kortikosteroid vasitələri qəbul etmiş analardan doğul muş körpələrdə böyrəküstü vəzinin qabıq qatının çatışmazlığı ehtimalı mövcuddur, bunun vaxtında aşkar edilm əsi üçün belə körpələr diqqətlə müayinə olunmalıdır.
Mövsümi və ya ilboyu allergik rinit Böyüklər (o cümlədən, ahıl şəxslər) və 12 yaşdan böyük uşaqlar Tövsiyə olunan adi doza hər burun dəliyinə 2 püskürtmə təşkil edir (50 mkq/püskürtmə; ümumi doza – 200 mkq). Simptomlar azaldıqdan sonra hər burun dəliyinə püskürdülən doza 1 püskürtməyə qədər azaldılaraq xəstəliyi nəzarət altında saxlanılması üçün davamlı tətbiq edilə bilər. Xəstəliyin simptomlarına n əzarət q ənaətbəxş olmadıqda istifad ə olunan doza maksimal gün dəlik dozaya qədər artırıla bil ər (hər burun d əliyinə 4 püskürtmə; ümumi doza – 400 mkq). Simptomlar azaldıqdan sonra dozanın azaldılması tövsiyə olunur.
3-11 yaşlı uşaqlar Tövsiyə olunan adi doza hər burun dəliyinə 1 püskürtmə təşkil edir (50 mkq/püskürtmə; ümumi doza – 100 mkq). Momezon burun spreyinin klinik əhəmiyyətli t əsiri bəzi mövsümi allergik rinitli x əstələrdə birinci dozanın t ətbiqindən sonra hətta 12 saat ərzində büruzə verir; bununla birlikd ə dərmanın tam effektivliyinin təzahür etmə müddəti ilk tətbiqindən sonra 48 saat a qədər uzana bil ər. Bu s əbəbdən, tam terapevtik t əsirin əldə edilməsi üçün x əstələr spreyd ən müt əmadi ş əkildə istifadə etməklə müalicəyə davam etməlidirlər. Burun polipləri Böyüklər (o cümlədən, 18 yaşdan yuxarı və ahıl şəxslər) Tövsiyə olunan adi başlanğıc dozası h ər burun dəliyinə 2 püskürtmə təşkil edir (50 mkq/püskürtmə; ümumi doza – 200 mkq).
5-6 həftə ərzində simptomlar gözlənilən dərəcədə azalmadıqda günlük doza 2 d əfə artırıla bil ər – hər burun d əliyinə 2 püskürtm ə gündə 2 d əfə (ümumi doza – 400 mkq). Simptomlar aradan qalxdıqdan sonra Momezon burun spreyinin günd əlik d əstəkləyici dozası minimal effektiv göstəricisinə qədər tədricən azaldılmalıdır (titrləşdirilərək). Daha 5 -6 h əftədən sonra müalic ədə yaxşılaşma əldə edilmədikdə alternativ terapiya üs ullarının z ərurəti nəzərdən keçirilməlidir. Burun polipl ərinin müalic əsində Momezon burun spreyinin effektivliyin ə və təhlükəsizliyinə dair klinik tədqiqatların müddəti 4 ay təşkil etmişdir.
Flakon pompasının işlək vəziyyətə gətirilməsi Momezon burun spreyinin ilk istifad əsində flakon yaxşıca çalxalanmalı v ə flakon pompası 10 d əfə basılıb-buraxılmalıdır (10 püskürtm ə, püskürdül ən spreyin möht əviyyatının bərabər görünüş ü əldə edilənədək). Hər püskürmədə flakondan dərmanın təqribən 100 mq suspenziyası ifraz olunur ki, bu da 50 mkq mometazon furoat monohidrata müvafiqdir. Spreyin pompası 14 gün v ə ya daha uzun müdd ət istifad ə edilmədikdə onun işl ək v əziyyətə gətirilməsi və istifadəsinin yenidən başlanılması üçün flakon pompası 2 d əfə basılıb-buraxılmalıdır, püskürdülən spreyin möhtəviyyatının bərabər görünüşü əldə edilənədək. Hər istifadədən əvvəl flakon yaxşıca çalxalanmalıdır.
Yararlıq müdd əti bitdikd ən v ə ya ilk istifad ədən 2 ay sonra flakon tullanılmalıdır. İstifadəsi üzrə təlimat Momezon burun spreyinin istifadəsi aşağıdakı kimi hər burun dəliyinə tətbiq olunmalıdır. Şəkil 1 Şəkil 2 1. Flakon ehtiyyatla çalxalanmalı və onu tozdan qoruyan qapağı çıxardılmalıdır (Şəkil 1).
2. Burundan ehtiyyatla nəfəs verilməlidir. 3. Bir burun dəliyi barmaq ilə tutulmalı və burun applikatoru burunun digər, açıq olan dəliyinə yerləşdirilməlidir (Şəkil 2).
Flakonu şaquli vəziyyətdə saxlanılmasıma şərtilə baş həfif dərəcədə irəli əyilməlidir. 4. Burundan ehtiyyatla nəfəs alınması başlanılmalı və bu zaman burun applikatoru onu tutan əlin barmaqları vasitəsilə BİR DƏFƏ aşağı sıxılmaqla sprey burun dəliyinə püskürdülməlidir. Burun applikatoru burun dəliyindən çıxardılmalı və tənəffüs ağızdan verilməlidir.
5. Yuxarıda izah edilmiş prosedur hər burun dəliyi üçün təkrarlanmalıdır. 6. Spreyin istifadəsindən sonra burun applikatoru təmiz dəsmal və ya digər parça ilə ehtiyyatla silinməli və flakonun üstü tozdan qoruyan qapaq ilə örtülməlidir.
Burun spreyinin flakonunun təmizlənməsi Burun spreyinin flakonunun müt əmadi ş əkildə təmizlənməsi vacibdir, əks t əqdirdə onun işl əməsi üçün əngəllər yarana bilər. Bunun üçün aşağıda göstərilən prosedurlar tətbiq edilməlidir: Burun applikatoru Pompanın ucluğu Burun applikatoru Şəkil 3 Şəkil 4 Şəkil 5 1. Flakonun tozdan qoruyan qapağı çıxardılmalı və ilıq su ilə yuyulmalıdır (şəkil 1). 2.
Burun applikatoru ehtiyyatla çıxardılmalı (ş əkil 3) v ə ilıq su il ə yuyulduqdan sonra axar su altında yaxalanmalıdır (ş əkil 4). İti əşyalar v ə ya iyn ə vasitəsilə burun applikatorunun parçalara bölünm əsi c əhdləri edilm əməlidir – bu, applikatorun z ədələnməsi il ə nəticələnə bilər. 3. Yuyulduqdan sonra burun applikatoru və tozdan qoruyan qapaq yerinə qaytarılmalıdırlar.
4. Burun applikatoru 5-ci şəkildə göstərildiyi kimi 1-2 dəfə basılıb-buraxılmalıdır. 5. Flakon toz qapağı il ə örtülməli v ə təmizləndikdən sonrakı ilk istifad əsində 2 d əfə basılıbburaxılmaqla flakon pompası öz işlək vəziyyətinə qaytarılmalıdır.