Sevimlilərə əlavə edin
Paylaşın

Monaliz 50MKG 140 Doz Burun Spreyi

Məhsul Kodu : 111-50736
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
9,20 AZN
Kateqoriya: Burun və boğaz
KolleksiyaQiymət Xəbərdarlığı

MONALİZ, dozalanmış nazal sprey

MONALİZ tərkibi

Təsiredici maddə: 1 dozada 50 µq mometazon furoat (monohidrat şəklində) vardır.

İstifadəsinə göstərişlər

• böyüklərdə, yeniyetmələrdə və 6 yaşdan yuxarı uşaqlarda mövsümi və ilboyu davam edən allergik rinit əlamətlərinin (burun tutulması) müalicə və profilaktikası; • böyüklər və 12 yaşdan yuxarı yeniyetmələrdə mövsümi allergik rinitin profilaktikası üçün, • MONALİZ 3-6 yaş arası uşaqlarda allergik rinitin müalicəsi üçün istifadə edilə bilər. Allergik rinitin profilaktikasını nəzərdə tutulan tozlanma mövsümünün başlanmasından 2-4 həftə öncə keçirmək tövsiyə edilir. • 18 yaşdan yuxarı xəstələrdə burun tutulması və iyduymanın zəifləməsi daxil olmaqla nazal poliplərin və onlarla əlaqədar simptomların müalicəsi.

Əks göstərişlər

• Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq; • Burunun selikli qişasında müalicə edilməmiş yerli (lokal) infeksion xəstəliyin mövcudluğu zamanı MONALİZ istifadə edilməməlidir. • Burun nahiyəsində travma və ya cərrahi əməliyyat keçirmiş xəstələrdə yaralar sağalana kimi kortikosteroid qrupuna daxil olan dərman vasitələri istifadə olunmamalıdır. Kortikosteroidlər yaraların sağalmasını ləngidə bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri məlum deyil.

MONALİZ istifadə qaydası və dozası

İlk dəfə istifadəsindən öncə və ya prepart 14 gün və ya daha çox müddətə istifadə edilməyibsə, sprey pompası yenidən korreksiya olunmalıdır. İstifadəsindən öncə flakonu yaxşıca çalxalayın. Eynicinsli sprey müşahidə olunana qədər sprey pompasıun üzərinə 10 dəfə basılıb-buraxılmalıdır. hər bir püskürmə zamanı təxminən 50 µq mometazon furoat monohidrata ekvivalent olan, 100mq mometazon furoat suspenziyası sprey pompası vasitəsi ilə daşınır.

Mövsümi allergik və ya ilboyu rinit Böyüklər (o cümlədən, yaşlı xəstələr) və 12 yaşdan yuxarı uşaqlar: Profilaktik tədbir kimi və ya müalicə zamanı tövsiyə olunan adi gündəlik doza, hər burun dəliyinə gündə1 dəfə 2 püskürtmə (100 µq) təşkil edir (ümumi olaraq 200 µq). Simptomlar azaldıqdan sonra gündəlik doza azaldılaraq hər burun dəliyinə 1 püskürtmə (50 µq) olmaqla gündə1 dəfə (ümumi olaraq 100 µq) xəstəliyin nəzarət altında saxlanılması üçün davamlı tətbiq edilə bilər.Xəstəliyin simptomlarına nəzarət qənaətbəxş olmadıqda istifadə olunan doza, gündə1 dəfə hər bir burun dəliyinə 4 püskürtməyə (ümumi olaraq 400 µq) qədər artırıla bilər. Simptomlar azaldıqdan sonra dozanın azaldılması tövsiyə olunur. 3 - 11 yaşlarda olan uşaqlar Tövsiyə olunan gündəlik doza gündə 1 dəfə hər bir burun dəliyinə 1 püskürtmədir (50µq/püskürtmə, ümumi olaraq 100 µq).

Adətən mövsümi allergik riniti olan bəzi xəstələrdə nazal spreyin ilk istifadəsindən sonra 12 saat ərzində onun klinik nəzərəçarpacaq effekti müşahidə olunur; amma, müalicənin tam faydası ilk 48 saat ərzində əldə olunması mümkün deyil. Bu səbəbdən, xəstələr tam terapevtik nəticə əldə etmək üçün preparatı müntəzəm istifadə etməlidirlər. Burun polipozu Yetkinlərdə (yaşlı xəstələr daxil olmaqla) və 18 yaşdan yuxarı yeniyetmələrdə: Tövsiyə olunan doza, gündə 1 dəfə hər burun dəliyinə 2 püskürtmə (50 µq /püskürtmə; ümumi doza – 200 µq) təşkil edir. 5-6 həftə ərzində simptomlar gözlənilən dərəcədə azalmadıqda günlük doza 2 dəfə artırıla bilər – hər burun dəliyinə 2 püskürtmə gündə 2 dəfə (ümumi doza – 400 µq).

Daha 5-6 həftədən sonra müalicədə yaxşılaşma əldə edilmədikdə alternativ terapiya üsullarının zərurəti nəzərdən keçirilməlidir. Burun poliplərinin müalicəsində MONEZİN burun spreyinin effektivliyinə və təhlükəsizliyinə dair klinik tədqiqatların müddəti 4 ay təşkil etmişdir. İstifadə qaydası İlk dəfə istifadəsindən öncə flakonu yaxşıca çalxalayın, bircinsli sprey müşahidə olunana qədər sprey pompasının üzərinə 10 dəfə basılıb-buraxılmalıdır. Əgər prepart 14 gün və ya daha çox müddətə istifadə edilməyibsə, pompan yenidən korreksiya edib üzərinə 2 dəfə basıb-buraxın (bircinsli sprey müşahidə olunana qədər).

Hər istifadədən əvvəl flakon yaxşıca çalxalanmalıdır. Yararlılıq müddəti bitdikdən və ya ilk istifadədən 2 ay sonra flakon atılmalıdır. Xüsusi qrup xəstələr üçün əlavə məlumat Böyrək / Qaraciyər çatışmazlığı Böyrək və qaraciyər çatışmazlığı olan xəstələr üçün məlumat yoxdur. Pediatriyada istifadəsi Nazal kortikosteroidlərin uzun müddət yüksək dozada istifadəsi zamanı müntəzəm olaraq uşaqların boy artımına nəzarət edilməlidir.

Əgər boy artımının ləngiməsi aşkar edilərsə, nazal kortikosteroidlərin dozasının simptomlara kontrol edəcək ən kiçik dozayadək azaldılması ehtimalı nəzərə alınmalıdır. Boy artımının ləngiməsi müşahidə olunan uşaqlar üçün pediatr konsultasiyası tələb olunur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-50736

Oxşar Məhsullar

Akva Maris 10 ml Damla
6,50 AZN -%0
6,50AZN
Akva Maris 30 ml Burun Spreyi
12,20 AZN -%0
12,20AZN
Akva Maris Allergiya 20 ml Sprey
20,80 AZN -%0
20,80AZN
Akva Maris Ekstra 150 ml Sprey
19,50 AZN -%0
19,50AZN
Akva Maris Norm 50 ml Burun Spreyi
13,00 AZN -%0
13,00AZN
Akva Maris Plyus 30 ml Sprey
15,20 AZN -%0
15,20AZN
Akva Maris Stronq 30 ml Sprey
14,00 AZN -%0
14,00AZN
Akva Maris Uşaqlar üçün 150 ml Sprey
17,60 AZN -%0
17,60AZN
Angilor 30 ml Sprey
19,80 AZN -%0
19,80AZN
Anginovag 10 ml Sprey
16,15 AZN -%0
16,15AZN
Anzibel Bal-Limon N20 Tablet
6,00 AZN -%0
6,00AZN
Anzibel Mentol N20 Tablet
6,00 AZN -%0
6,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce