Sevimlilərə əlavə edin
Paylaşın

Moneks 50MKG 140doz Burun Spreyi

Məhsul Kodu : 111-24834
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
9,20 AZN
Kateqoriya: Burun və boğaz
KolleksiyaQiymət Xəbərdarlığı

MONEKS™, dozalanmış nazal sprey, suspenziya

Moneks tərkibi

Təsiredici maddə: 1 doza (100 mq) nazal spreyin tərkibində 50 mkq mometazon furoat (51,75 mkq mometazon furoat monohidrat şəklində) vardır.
Köməkçi maddələr: mikrokristallik sellüloza - natrium karboksimetilsellüloza (Avicel RC 591), qliserin, limon turşusu monohidrat, natrium sitrat dihidrat, polisorbat 80, benzalkonium xlorid (50%), təmizlənmiş su.


Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
Burun boşluğunun selikli qişasının zədələnməsi ilə müşayiət edilən müalicə olunmamış yerli infeksiya.
Qlükokortikosteroidlərin (QKS) sağalma proseslərinə inhibəedici təsiri səbəbilə anamnezində yaxınlarda cərrahi əməliyyat və ya burun boşluğunun selikli qişasının zədələnməsi ilə müşayiət edilən burun travması olan xəstələrdə yara sağalana qədər intranazal QKS-lər istifadə olunmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın təhlükəsizliyinə dair adekvat və nəzarət edilən klinik tədqiqatlar aparılmamışdır. İntranazal istifadə üçün olan digər QKS-lər kimi, Moneks™ nazal sprey hamiləlik və laktasiya dövründə preparatdan gözlənilən fayda döl və yenidoğulmuş üçün potensial riskdən üstün olduqda istifadə oluna bilər. Hamiləlik dövründə QKS-lərdən istifadə etmiş anaların yenidoğulmuş uşaqları böyrəküstü vəzin hipofunksiyasının yaranma ehtimalına görə diqqətli müayinə edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məlumat yoxdur.


Moneks istifadə qaydası, dozası


Spreyin ilk istifadəsindən əvvəl püskürdücünü nizamlamaq məqsədilə normal püskürmə əldə edilənədək dozalayıcı qurğunu təqribən 10 dəfə sıxmaq lazımdır. Hər sıxılma zamanı tərkibində 50 mkq mometazon furoata ekvivalent miqdarda mometazon furoat monohidrat olan təqribən 100 mq suspenziyanın püskürməsi baş verir. Sprey 14 gün və ya daha çox müddətdə istifadə edilmədikdə növbəti istifadədən əvvəl suspenziyanın normal püskürməsi əldə edilənədək dozalayıcı qurğunu 2 dəfə sıxmaq lazımdır.
Hər istifadədən əvvəl flakonu silkələmək lazımdır.

Mövsümi və ya ilboyu allergik rinit
Böyüklər (yaşlılar daxil olmaqla) və yeniyetmələr: Adətən tövsiyə olunan doza hər burun dəliyinə gündə 1 dəfə 2 inhalyasiya (50 mkq/1 inhalyasiya) təşkil edir (ümumi gündəlik doza – 200 mkq). Müalicəvi təsir əldə edildikdən sonra dəstəkləyici müalicə üçün hər burun dəliyinə gündə 1 dəfə 1 inhalyasiyaya qədər dozanın azaldılması mümkündür (ümumi gündəlik doza – 100 mkq).
2-11 yaşda olan uşaqlar: Adətən tövsiyə olunan doza hər burun dəliyinə gündə 1 dəfə 1 inhalyasiya (50 mkq/1 inhalyasiya) təşkil edir (ümumi gündəlik doza – 100 mkq).

Burun polipozu
Böyüklər (yaşlılar daxil olmaqla) və yeniyetmələr (18 yaş və yuxarı): Adətən tövsiyə olunan doza hər burun dəliyinə gündə 1 dəfə 2 inhalyasiya (50 mkq/1 inhalyasiya) təşkil edir (ümumi gündəlik doza – 200 mkq). 5-6 həftə ərzində simptomlarda azalma olmadıqda gündəlik dozanın hər burun dəliyinə gündə 2 dəfə 2 inhalyasiyaya qədər yüksəldilməsi mümkündür (ümumi gündəlik doza – 400 mkq).

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-24834

Oxşar Məhsullar

Akva Maris 10 ml Damla
6,50 AZN -%0
6,50AZN
Akva Maris 30 ml Burun Spreyi
12,20 AZN -%0
12,20AZN
Akva Maris Allergiya 20 ml Sprey
20,80 AZN -%0
20,80AZN
Akva Maris Ekstra 150 ml Sprey
19,50 AZN -%0
19,50AZN
Akva Maris Norm 50 ml Burun Spreyi
13,00 AZN -%0
13,00AZN
Akva Maris Plyus 30 ml Sprey
15,20 AZN -%0
15,20AZN
Akva Maris Stronq 30 ml Sprey
14,00 AZN -%0
14,00AZN
Akva Maris Uşaqlar üçün 150 ml Sprey
17,60 AZN -%0
17,60AZN
Angilor 30 ml Sprey
19,80 AZN -%0
19,80AZN
Anginovag 10 ml Sprey
16,15 AZN -%0
16,15AZN
Anzibel Bal-Limon N20 Tablet
6,00 AZN -%0
6,00AZN
Anzibel Mentol N20 Tablet
6,00 AZN -%0
6,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce