Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq və ya 40 mq izosorbid-5- mononitrat vardır (80%:20% nisbətində izosorbid-5- mononitratın və laktoza monohidratın triturasiyası – 25 mq və ya 5 0mq)
Profilaktik və uzunmuddətli ürəyin işemik xəstəliyi: sabit stenokardiya,postinfarkt stenokardiya,variantlı stenokardiya(Prinsmetal stenokardiyası)
Üzvi nitratlara və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; Qan dövranının kəskin pozulmaları (şok, damar kollapsı); Kardiogen şok, əgər, sol mədəcikdə aortadaxili kontrpulsasiya yolu ilə və ya müsbət ionotrop təsir göstərən vasitələrin nəticəsində yüksək son diastolik təzyiq kifayət qədər təmin edilmirsə; Nəzərəçarpan arterial hipotenziya (sistolik arterial təzyiq < 90 mm c. süt., ); Fosfodiesteraza-5 inhibitorlarının, o cümlədən, sildenafilin, vardenafilin, tadalafilin eyni zamanda qəbulu, çünki onlar nirtatların antihipertenziv təsirini gücləndirir; uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb); riosiquatla eyni vaxtda istifadəsi.
Təhlükəsizliyi nəzərə alaraq MONOSAN hamiləlik və laktasiya dövründə faydanın və potensial riskin qiymətləndirilməsindən sonra yalnız həkimin göstərişi üzrə istifadə edilə bilər, çünki hamilələrdə və uşaq əmizdirən analarda onun istifadəsinin fəsadları barədə bu günə qədər kifayət qədər məlumat yoxdur. Əgər uşaq əmizdirən ana MONOSAN qəbul edərsə, preparatın mümkün əlavə təsirlərinə görə uşağı müşahidə etmək lazımdır.
Xüsusilə müalicənin əvvəlində preparat nəqliyyat idarə etməyə və mexanizmlərlə iş qabiliyyətinə mənfi təsir göstərə bilər.
Tabletlər daxilə yeməkdən sonra qəbul olunmalıdır; tablet bütöv şəkildə bir qədər maye ilə udulmalıdır. Preparatın dozası və qəbuledilmə tezliyi xəstəliyin ağırlığından asılı olaraq fərdi təyin edilir. Ən aşağı dozadan başlamaq lazımdır, müalicə zamanı lazım olduqda doza artırıla bilər. İstifadə gündə 1-3 dəfə 10-20 mq dozalarla başlanır (10 mq doza 20 mq-lıq tabletin 1⁄2 -nə müvafiqdir). Klinik effektin ifadəliliyindən asılı olaraq dozanı 3-4 gündən başlayaraq 20-40 mq-a qədər (gündə 2 dəfə) artırmaq mümkündür, tolerantlığın inkişafının qarşısının alınması baxımından, ikinci tablet 8 saatdan sonra qəbul olunmalıdır. Lazım gələrsə, doza 60 mq/gün-ə qədər (20 mq-lıq tabletlər üçün) və 80mq/gün-ə qədər (40 mq-lıq tabletlər üçün) artırla bilər. Maksimal sutkalıq doza 80 mq təşkil edir. Tez-tez gecələr tutan variant stenokardiya zamanı dərmanı səhər və yatmadan dərhal əvvəl qəbul etmək məsləhətdir.