Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 16 mq və ya 24 mq betahistin dihidroxlorid vardır.
Menyer xəstəliyinin müalicəsində istifadə olunur. Menyer xəstəliyi – aşağıdakı simptomlarla təzahür edir: Ürəkbulanma və qusma ilə müşayiət olunan başgicəllənmə. Qulaqlarda küy. Eşitmənin zəifləməsi və ya itməsi.
Vestibulyar pozğunluqların simptomatik müalicəsi.
Aşağıdakı hallarda moreserk preparatını qəbul etməyin: Tabletin tərkibində olan hər hansı bir inqrediyentə (bax: “Tərkibi”) qarşı allergiyanız (yüksək həssaslıq) varsa; Böyrəküstü vəzin şişi (feoxromositoma) ilə bağlı yüksək qan təzyiqi olduqda. Bunlardan hər hansı biri Sizdə mövcuddursa və yaxud bu barədə hər hansı şübhələriniz varsa, dərman vasitəsinin qəbulundan öncə həkimlə məsləhətləşin. Effektliliyi və təhlükəsizliyi barədə kifayət qədər məlumat olmad ığından Moreserkin 18 yaşdan kiçik uşaqlarda istifadəsi məsləhət görülmür.
Həkimlə məsləhətləşmədən hamiləlik dövründə Moreserk qəbul etməyin. Betahistinin hamilə qadınlarda istifadəsinə dair məlumatlar kifayət qədər deyil. Müalicə müddətində hamilə olduğunuz aşkar olunarsa, dərhal həkimə müraciət edin. Moreserki istifadə edərkən həkimlə məsləhətləşmədən döşlə qidalandırmayın.
Preparatın ana südü ilə xaric olması barədə məlumat yoxdur. Hamiləlik və laktasiya dövründə preparatın ana üçün faydası döl və ya körpə üçün potensial riskindən yüksək olduğu halda istifadə oluna bilər.
Tədqiqatlar zamanı Moreserkin avtomobil və ya texnikadan istifadə qabiliyyətinə təsir göstərmədiyi müəyyən olunmuşdur.
Tabletləri su ilə udun. Tabletləri yeməklə birgə və ya yeməkdən sonra qəbul edin. Moreserk təsir gücünə görə fərqlənən iki müxtəlif dozada (16 mq və 24 mq tabletlər) buraxılır. Başlanğıc gündəlik doza 2-3 dəfəyə qəbul olunmaqla 24 mq təşkil edir.
Lazım gəldikdə doza 48 mq-a qədər artırıla bilər. Yaşlılar üçün dozalanma aşağıdakı kimidir: 16 mq tablet 24 mq tablet gündə 3 dəfə 1/2-1 tablet gündə 2 dəfə 1 tablet Müalicəyə həssaslığınızdan asılı olaraq həkiminiz Sizə uyğun dozanı təyin edəcəkdir. Müalicəvi təsir bir neçə gün və ya bir neçə həftə ərzində meydana çıxa bilər. Moreserklə müalicə zamanı bir neçə həftədən sonra xəstəlik əlamətlərinin aradan qalxması müşahidə olunur və maksimal müalicəvi effekt bir neçə aydan sonra əldə olunur.
Hər zaman həkimin təyinatına riayət edin, çünki həkim Sizin üçün uyğun dozanı müəyyənləşdirir. Tabletlərin qəbulunu həkim məsləhət gördüyü müddət ərzin də davam etdirin. Tabletlərin maksimal təsir göstərməsi üçün vaxt tələb olunur. Ahıl yaşlı şəxslərdə, həmçinin böyrək və/və ya qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Moreserkin qida və maye ilə eyni zamanda qəbulu Moreserk qida və maye ilə birgə qəbul oluna bilər. Moreserki qəbul edərkən alkoqol qəbuluna məhdudiyyət qoyulmur. Moreserkin qəbulunu unutmuşsunuzsa Əgər Siz tableti qəbul etməyi unutmuşsunuzsa, növbəti dozanın qəbul vaxtını gözləyin. Növbəti dozanı öz vaxtında qəbul edin.
Unudulumuş dozanın əvəzinə ikiqat doza qəbul etməyin. Moreserkin qəbulunun dayandırılması Həkiminizin məsləhət gördüyü müddət ərzində müalicəni davam etdirin. Müalicəni saxlamazdan öncə bunu həkimə bildirin. İstifadə ilə bağlı əlavə suallar yaranarsa, həkimdən/əczaçıdan soruşun.