Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ampulda 300 mq asetilsistein vardır.
Həddindən artıq özlü bəlğəmin orqanizmdən xaric olunması, azalması, özlülüyünün tənzimlənməsi üçün bronx-ağciyər xəstəlikləri zamanı Musinak-ın istifadəsi göstərişdir. Bundan başqa parasetamolun yüksək dozaları nın qəbul undan asılı olaraq meydana çıxan qaraciyər çatışmazlığının profilaktikası üçün istifadə olunur.
Aşağıdakı hallarda Musinak istifadəsi əks göstərişdir: Asetilsisteinə və ya tərkibindəki hər hansı inqridiyentə qarşı yüksək həssaslıq.
Hamiləlik kateqoriyası: B Reproduktivlik potensialı olan qadınlar/Kontrasepsiya Musinak-ın reproduktivlik potensialı olan qadınlara və ya kontrasepsiyaya təsir etdiyini göstərən tədqiqatlar yoxdur. Heyvanlar üzərində aparılmış tədqiqatlar reproduk siyaya toksikliyinin olmadığını göstərmişdir. Asetilsistein qəbulu müddətində hamilə qalmış qadınlar haq qında məlumatlar yoxdur. Asetilsisteinlə hamiləlik əleyhinə tabletlərin qarşılıqlı təsiri haqda məlumat yoxdur.
Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlar da hamiləliyə, embrional/döl inkişafına, doğuş və ya postnatal inkişafa birbaşa və ya dolayı təsir müşahidə olunmamışdır. Buna baxmayaraq hamiləlik zamanı istifadəsinə yalnız fayda/risk dəyərləndirilməsindən sonra qərar vermək olar, çünki asetilsisteinin hamiləlik dövründə istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Hamilə qadınlara təyin edərkən ehtiyatlı olmaq lazımdır. Laktasiya Asetilsisteinin ana südünə nüfuz etməsinə dair məlumat yoxdur.
Buna görə də pasiyent üçün gözlənilən fayda uşaq üçün riskdən yüksək olduğu hallar istisna olmaqla, laktasiya dövründə Musinak-dan istifadə etmək olmaz. Reproduksiya qabiliyyəti Asetilsisteinin reproduksiyaya mənfi təsiri aşkarlanmamışdır.
Musinak ampulu nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
Əgər həkim tərəfindən fərqli məsləhət yoxdursa, Musinak-ın dozalanması aşağıdakı kimidir: Mukolitik istifadə -Parenteral yeridilmə: Musinak dərin əzələdaxili və ya venadaxili yeridilir. Böyüklərə gündə 1 və ya 2 dəfə 1 ampul istifadə olunur (cəmi 15-30 mq/kq/sutka olmaqla 2 bərabər dozada). Müalicənin müddəti klinik vəziyyətdən asılı olaraq korreksiya olunur. İnhalyasiya yolu ilə qəbulu: Musinak-ı sıxılmış hava və oksigen püskürdən ultrasəs püskürdücü köməyi ilə və fasiləli müsbət təzyiqli respiratorun köməyi ilə yeritmək olar.
Böyüklərə 1 ampul gündə 1-2 dəfə olmaqla 5-10 gün ərzində püskürdülür. Klinik cavabdan asılı olaraq dozalanma intervalı və miqdarı həkim tərəfindən yenidən korreksiya oluna bilər. Uşaqlarda məsləhət görülən göstərişlərdə 150 mq sutkada 2 dəfə istifadə olunur. Mukovissidoz zamanı sutkalıq doza bir neçə qrama qədər artırıla bilər.
-İntratraxeal yeridilmə: Traxeostomiyalı pasiyentlərdə Musinak-ı traxeostomiya borusuna hər 1-4 saatdan 1-2 ml dozada yeritmək olar. Döş qəfəsinin travması zamanı və ya əməliyyatdan sonra dəri intratraxeal kateteri ilə Musinak-ı hər 1-4 saatdan bir 2-4 ml yeritmək olar. Parasetamol ilə zəhərlənmə zamanı istifadə: 1. Parasetamol ilə doza həddinin aşılması zamanı N-asetilsisteinin venadaxili yeridilməsi üçün məsləhət görülən dozalanma a) Birinci infuziya: başlanğıc yükləmə dozası 1 saat ərzində 150 mq/kq təşkil edir.
b) İkinci infuziya: növbəti 4 saat ərzində 50 mq/kq. c) Üçüncü infuziya: növbəti 16 saat ərzində 100 mq/kq. 2. Pasiyentə ümumi 300 mq/kq dozanı 21 saat ərzində yeritmək məsləhət görülür.
Piylənmə olan pasiyentlərdə dozanın hesablanması zamanı pasiyentin bədən çəkisinin maksimum 110 kq götürülməsi məsləhət görülür. 3. Üçüncü infuziya dozası üçün: yeridilmədən öncə hər pasiyent klinik dəyərləndirmədən keçməlidir. İstifadə tezliyi və müddəti Əgər həkim tərəfindən başqa təyinat yoxdursa, istifadə müddəti 4-5 gündən uzun olmamalıdır.
İstifadə yolu Preparat yalnız parenteral, inhalyasiya və intratraxeal yeridilmə üçün nəzərədə tutulub. Parenteral yeridilmə zamanı anafilaktik reaksiyanın qarşısını almaq üçün infuziya çox yavaş yeridilməlidir. Bunun üçün başlanğıcda onu 5%-li qlükoza və ya 0,9%-li Na Cl ilə həll etmək olar. Bol maye qəbulu Musinak-ın mukolitik təsirini dəstəkləyir.
Xüsusi əhali qruplarına dair əlavə məlumat Böyrək çatışmazlığı Böyrək çatışmazlığı olan pasiyentlərdə asetilsisteinin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. Qaraciyər çatışmazlığı Ağır qaraciyər çatışm azlığı olan pasiyentlərdə (Çayld -Pyu C sinfi) asetilsisteinin orta yarımxaricolma müddəti yüksəlir, klirens isə azalır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Farmakokinetikası” bölümlərinə baxın). Pediatrik pasiyentlər 2 yaşından kiçik uşaqlarda asetilsistein həkim nəzarəti al tında istifadə olunmalıdır. Musinak -ın ampul formasını uşaqlardakı yaş qrupuna uyğun dozalarda istifadə etmək lazımdır (“İstifadə qaydası/İstifadə tezliyi və müddəti” bölümünə baxın).
Yaşlı pasiyentlər Yaşlı şəxslərdə Musinak-ın təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir.