Bitib
Stokda olanda mənə xəbər verin.0,05 %-li məhlul Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,5 mq nafazolin nitrat vardır. Köməkçi maddələr: bor turşusu, natrium hidroksid, təmizlənmiş su. 0,1 %-li məhlul vardır Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1,0 mq nafazolin nitrat vardır. Köməkçi maddələr: bor turşusu, natrium hidroksid, təmizlənmiş su.
İstifadəsinə göstərişlər:
Kəskin rinitlər. Allergik rinitlər. Rinoskopiyanı asanlaşdırmaq məqsədilə. Burundan qanaxmanı dayandırmaq üçün.
Əks göstərişləri:
Hiperhəssaslıq, arterial hipertenziya, kəskin ateroskleroz, tireotoksikoz, 1 yaşa qədər uşaqlar (0,05%-li məhlul üçün), xroniki rinit, atrofik rinit, gözün ağır xəstəliyi, bağlıbucaqlı qlaukoma, şəkərli diabet, taxikardiya, monoaminooksidazanın inhibitorlarının yanaşı istifadəsi və onların istifadəsi bitdikdən sonra 14 günə qədər olan dövr, 18 yaşa qədər uşaqlar və yeniyetmələr (0,1%-li məhlul üçün).
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə preparat yalnız ana üçün gözlənilən faydanın döl üçün potensial riskdən üstün olduğu hallarda tətbiq oluna bilər. Həkimlə məsləhətləşmək mütləqdir.
Dərman vasitəsi intranazal olaraq tətbiq edilir. Kəskin və allergik rinitlər zamanı böyüklərdə hər burun boşluğuna gündə 3-4 dəfə 1-3 damcı 0,050,1%-li məhlul damızdırılır. Uşaqlara 0,05%-li sulu məhlul (və ya 0,025%-li məhlul, 0,05%-li məhlulu distillə suyunda həll etməklə) təyin edilir: 1-6 yaş uşaqlara 1-2 damcı, 6-18 yaşlılara gündə 1-3 dəfə 2 damcı. Rinoskopiya zamanı səthi anesteziyanın müddətinin uzadılması məqsədilə 1 ml həcmdə anestetikə 2-4 damcı 0,1%-li nafazоlin məhlulu istifadə edilir. Burundan qanaxmalar zamanı 0,05%-li naftizin məhlulunda nəmləşdirilmiş tampоnlar burun bоşluğuna yerləşdirilir.