Sevimlilərə əlavə edin
Paylaşın

Nazafleks 18 ml Burun Spreyi

Məhsul Kodu : 111-25594
İstehsalçı ölkə : Koreya
0 Şərh Şərh
22,00 AZN
Kateqoriya: Burun və boğaz
KolleksiyaQiymət Xəbərdarlığı

Nazafleks, burun üçün sprey 

Nazafleks tərkibi

Təsiredici maddə:  1 ml məhlulun tərkibində 0,5 mq mometazon furoat, 1,4 mq azelastin  
hidroxlorid vardır.

Əks göstərişlər

 Nazafleks burun spreyinin tərkib hissələrindən hər hansı birinə qarşı yüksək həssaslığı olan 
pasiyentlər. 
 Burunun selikli qişasının müalicə olunmamış lokal infeksiyası olan pasiyentlər.  
 Kortikosteroidlərin yaraların sağalmasına inhibəedici təsirini nəzərə alaraq, yaxın zamanda 
burun əməliyyatı keçirmiş və ya burun xəsarəti almış şəxslərin yara sağalana qədər 
intranazal kortikosteroidlərdən istifadə etməmələri tövsiyə olunur.  
 Hamiləlik və laktasiya dövrü. 
 6 yaş və daha kiçik uşaqlar. 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Nazafleks burun spreyinin hamiləlik və laktasiya dövründə istifadəsinə dair heç bir məlumat 
olmadığından, bu preparat hamilə və süd verən qadınlarda istifadə edilməməlidir.   
Azelastin hidroxlorid siçanlarda, siçovullarda və dovşanlarda inkişaf toksikliyi nümayiş 
etdirmişdir. Azelastin hidroxlorid  mq/m2 üzrə hesablamada böyüklər üçün tövsiyə olunan 
maksimal sutkalıq  dozadan təxminən 280 dəfə yüksək olan dozanın peroral qəbulu zamanı 
siçanlarda embrionun və dölün məhv olmasına, inkişaf anomaliyalarına (qurdağızlıq, quyruğun 
qısa olması və ya ümumiyyətlə olmaması, qabırğaların bitişməsi, olmaması və ya şaxələnməsi), 
sümükləşmənin ləngiməsinə və dölün çəkisinin azalmasına səbəb olmuşdur. 
Hamilə qadınlarda yetərli və yaxşı nəzarət olunmuş tədqiqatlar aparılmamışdır. Digər nazal 
kortikosteroid preparatları kimi, mometazon furoat burun spreyi də, onun ana üçün potensial 
faydası ana, döl və ya körpə üçün istənilən potensial riskdən üstün olmadığı halda, hamiləlik və 
laktasiya dövründə istifadə edilməməlidir. Hamiləlik dövründə kortikosteroidlər qəbul etmiş 
anaların dünyaya gətirdikləri körpələr hipoadrenalizm baxımından diqqətlə müayinə 
olunmalıdırlar. 

İstifadə qaydası və dozası 

Böyüklər, 12 yaş və daha böyük uşaqlar: Tövsiyə edilən adi doza gündə iki dəfə hər burun 
dəliyinə bir dəfə püskürtmədir.   
(Hər püskürtmə zamanı 100 mq suspenziya buraxılır. Hər dozanın tərkibində 0,05 mq 
mometazon furoat və 0,14 mq azelastin hidroxlorid vardır. Ümumi gündəlik doza mometazon 
furoat üçün 0,2 mq və azelastin hidroxlorid üçün 0,56 mq-dır.                                                        İstifadə zamanı xüsusi ehtiyat tədbirləri 
Bu preparat burun spreyi kimi istifadə edilməlidir. Birinci dozanı püskürtməzdən əvvəl, flakonu 
yaxşıca çalxalayın və dozalayıcı nasosu 10 dəfə sıxaraq işə salın (bərabər yayılan bircins sprey 
əldə edilənədək ). Əgər dozalayıcı nasos 14 gün və daha artıq müddətdə istifadə edilməzsə, 
bərabər yayılan bircins sprey əldə edilənədək dozalayıcı nasosu 2 dəfə sıxın. 
Hər dəfə istifadə etməzdən əvvəl flakonu yaxşıca çalxalayın. Flakonun üzərində göstərilmiş 
püskürtmə sayı bitdikdən sonra və ya ilk istifadədən 2 ay sonra flakon atılmalıdır. 
Nazafleks burun spreyini birbaşa gözlərinizə və ya burun çəpərinizə püskürtməyin. 
Digər pasiyentlərin yoluxmasının qarşısını almaq üçün Nazafleks burun spreyindən digərləri ilə 
birlikdə istifadə etməyin. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-25594

Oxşar Məhsullar

Akva Maris 10 ml Damla
6,50 AZN -%0
6,50AZN
Akva Maris 30 ml Burun Spreyi
12,20 AZN -%0
12,20AZN
Akva Maris Allergiya 20 ml Sprey
20,80 AZN -%0
20,80AZN
Akva Maris Ekstra 150 ml Sprey
19,50 AZN -%0
19,50AZN
Akva Maris Norm 50 ml Burun Spreyi
13,00 AZN -%0
13,00AZN
Akva Maris Plyus 30 ml Sprey
15,20 AZN -%0
15,20AZN
Akva Maris Stronq 30 ml Sprey
14,00 AZN -%0
14,00AZN
Akva Maris Uşaqlar üçün 150 ml Sprey
17,60 AZN -%0
17,60AZN
Angilor 30 ml Sprey
19,80 AZN -%0
19,80AZN
Anginovag 10 ml Sprey
16,15 AZN -%0
16,15AZN
Anzibel Bal-Limon N20 Tablet
6,00 AZN -%0
6,00AZN
Anzibel Mentol N20 Tablet
6,00 AZN -%0
6,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce