Bitib
Stokda olanda mənə xəbər verin.Respub TƏSDİQ EDİLMİŞDİR Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri E.M.Ağayev blic Ministry of t "13" avqust 2020-ci il 1 şamın tərkibində 50 mq çobanyastığının qatı ekstraktı (Matricariae extractum spissum) 3:1 (ekstragent: təmizlənmiş su), 20 mq Xanımotu köklərinin qatı ekstrakti (Belladonnae radicis extractum spissum) 4:1 (ekstragent: etanol 70 hecm %-i), 80 mq Cytisi scoparii herbae (1 hisse), at şabalıdı kökü (Hippocastani corticis) (1 hissə), qaytarma bitkisinin kökümsovu (Tormentillae rhizomae) (1 hissə) və boymədərən bitkisidən (Millefolii herbae) (1 hissə) ibarət mürəkkəb qatı ekstrakt (4:1) (ekstragent: etanol 40 həcm %-i), 100 mq benzokain vardır. Köməkçi maddələr: qliserin (E 422), bərk yağ. Təsviri Torpedoya bənzər formalı, qəhvəyi rəngli, özünəməxsus qoxuya malik şamlardır. Şamın səthində ağ ərpin olmasına yol verilir.
Farmakoterapevtik qrupu ATC kodu: C05AD03.
Neo-Rektol babasil (hemoroy) üçün xarakterik olan simptomların müalicəsində istifadə olunan rektal şamdır. Neo-Rektol şamından həmçinin düz bağırsağın selikli qişasının xroniki iltihabı, anusun qıcıqlanması və çatları zamanı istifadə olunur. Preparat qeyd edilən göstərişlərdə ənənəvi istifadə üçün nəzərdə tutulmuşdur və onun effektivliyi müstəsna olaraq uzunmüddətli istifadəyə və təcrübəyə əsǝslanır.
Benzokainə, mürəkkəbçiçəklilər (Asteraceae-Compositae) sinfinə aid olan bitkilərə və hansı komponentine qarşı hiperhəssaslıq. Preparatın istənilən komponentlərinə qarşı həssaslıq. Şiş xəstəlikləri.
Vaxtındanəvvəl doğuşun başvermə təhlükəsi olduğu üçün hamiləlik zamanı istifadə etmək olmaz. Laktasiya dövründə preparatın istifadəsinin təhlükəsizliyi tədqiq edilməmişdir. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Neo-Rektol nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Neo-Rektol nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
Böyüklərə: gecələr düz bağırsağa 1 şam, daha ağır hallarda gündə 2-3 şam yeridilir. Şamı ağrı simptomları yox olana qədər, lakin 7 gündən artıq olmayaraq yeritmək lazımdır. Şamı pərdəcikdən çıxarmaq üçün pərdəciyi uc hissənin üzərindən şaquli olaraq çərtmək və möhkəm cırmaq lazımdır.
Farmakodinamikası Neo-Rektol şamı benzokainin ağrıkəsici təsiri sayəsində ağrıları aradan götürür. Preparatın tərkibində həmçinin büzüşdürücü, iltihabəleyhinə və spazmolitik təsirlərə malik olan komponentlər vardır ki, bunlar da anorektal nahiyədən qanaxmanı və ödemi aradan qaldırır. Farmakokinetikası Rektal istifadədən sonra preparatın komponentlərinin biomənimsənilməsi və farmakokinetik parametrləri barədə məlumat yoxdur.
Nəcisdə qan aşkar edildikdə, həkimə müraciət etmək lazımdır. Yerli benzokain tərkibli preparatlardan istifadə edildikdə, methemoglobinemiyanın yaranma riski mövcuddur (simptomları-solğun boz-göy rəngli dəri, dodaq, dırnaq, təngnəfəslik, yorğunluq, başağrı, başgicəllənmə, taxikardiya). Preparatdan 18 yaşa qədər uşaqlarda istifadə etmək olmaz. Ehtiyatla Preparatdan istifadə etməzdən əvvəl xəstəliyin səbəbini müəyyən etmək üçün həkimə müraciət etmək lazımdır.
Böyük hemorroidal düyünlər zamanı şamı yeritdikdən sonra şamı basdıqda onun həll olmasına qədər davam edən (təxminən 5-10 dəqiqə) ağrılar əmələ gələ bilər. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Məlum deyil.
Neo-Rektol preparatından istifadə edərkən əlavə təsirlər aşkar edilməmişdir, lakin hər hansı əlavə təsir meydana çıxarsa həkimə müraciət etmək lazımdır. Qaşınma və ya qızartının əmələ gəlməsi mümkündür. Yüksək həssaslıq reaksiyaları, o cümlədən, allergik reaksiyalar (təngnəfəslik, Kvinke ödemi, damar kollapsi, anafilaktik şok), methemoqlobinemiya inkişaf etdikdə və ya xəstəliyin simptomları kəskinləşdikdə preparatdan istifadəni dayandırmaq və həkimə müraciət etmək lazımdır. Doza həddinin aşılması Tövsiyə olunandan artıq dozanın istifadə edilməsi zamanı və ya göstərilən üsula müvafiq gəlməyən qaydada istifadə edildikdə həkimə və ya əczaçıya müraciət etmək lazımdır.